Balam
(Ana duyğuları)
Güllər cilvələndi sən
doğulan gün,
Gülümsədi göydə ulduzlar, ay, gün.
Süd qoxudun, laylalarım dil açdı
Dünyamı dəyişdin, bala, büsbütün.
Gözlərin kömürdü, dodaqların
qan,
Kirpiklərin saçaq, qaşların
qaytan,
Eynilə
özümdür hey deyir
atan,
Dünyamı dəyişdin, bala, büsbütün.
Gülüşün könlümdə
sevgi barıdır,
Baxışın evimin qaymağ,
balıdır,
Səninçün əsirəm hamı halıdır,
Dünyamı dəyişdin, bala, büsbütün.
Mələksənmi, ay canımın
parası,
Saçın boyağıdır gözün
qarası,
Hay-küyündü dərdlərimin
çarası,
Dünyamı dəyişdin, bala, büsbütün.
Rübabəyəm, həyat dolu marağım,
Səsin,
qığıltındır varım, növrağım,
"Ana"
deyişindir gücüm,
dayağım,
Dünyamı dəyişdin, bala, büsbütün.
Bayatılar
Bahar gəlib vətənimə,
Bacalarda ovqat yanır.
Doğmalaşır qardaş-bacı,
Bir ocaqda daldalanır.
Gəlin
olubdur səməni,
Qızıl kəməri belində,
Ruzi-bərəkət gətirir,
Müqəddəs tellərində.
Qapı
pusur qız-gəlinlər,
Çıxıblar qulaq falına.
Niyyət
edir gələn yaza,
Yetişsinlər amalına.
Atalar manqal başında,
Kəbab çəkir, şərbət
açır.
Analar süfrə bəzəyir,
Balalara qucaq açır.
Qəhqəyə, gülüşə bax,
Bənzəyir şərqi səsinə.
Oddan atılır uşaqlar,
Bir-birinin bəhsinə.
Süfrələrdə şəkərbura,
Şamlar yanır hər obada.
Kəlbəcər, Şuşa, Qarabağ,
Bayram istəyir
orada.
Şadlanıram səndə Vətən,
Mübarək yazın, Novruzun.
Əmin-amanlıq içində,
Gəlin olsun hər bir qızın.
Rübabə SAHİB,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin magistrantı
Azərbaycan müəllimi.-
2015.- 4 aprel.- S.13.