"Adım gənc istedadların "Qızıl

kitabı"na yazılanda çox sevindim"

 

Beynəlxalq müsabiqələr laureatı, Prezident

təqaüdçüsü, pianoçu Toğrul  Hüseynli ilə söhbət

 

- Toğrul, necə oldu ki, səndə fortepiano ifaçılığına həvəs yarandı? Bu musiqi alətini  sənə kim sevdirib?

- Uşaq yaşlarımdan musiqiyə marağım olub. Görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq teatrının solisti kimi çalışmışam. Fortepiano ilə tanışlığım isə 4 yaşıma təsadüf edib. Bu musiqi alətinə  həvəsi  məndə bacım Könül oyadıb. Onun fortepianoda ifa etdiyi klassik əsərləri  dinlədikcə bu alətə olan həvəsim artıb 6 yaşımda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşam. Elə ilk müəllimim bacım olub. Hazırda o, Bakı Musiqi Akademiyasının dosentidir.

- İlk uğurlarını necə xatırlayırsan?

- 11 illik təhsil müddətində  bir çox respublika beynəlxalq müsabiqələrdə iştirak edərək diplomlar qazandım. 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş gənc ifaçıların I respublika müsabiqəsinin qalibi oldum, Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən pianoçuların I beynəlxalq müsabiqəsində laureat  adını qazandım.

- Həyatında ən önəmli, yaddaqalan  gün hansıdır?

- 2009-cu ildə ölkə Prezidenti İlham Əliyevin  müvafiq sərəncamı  ilə adım Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazıldı xüsusi aylıq  təqaüdə layiq görüldüm. Bu, mənim seçdiyim sənətə  məsuliyyətimi birə-beş artırdı daha səylə çalışmağa başladım. Adım gənc istedadların "Qızıl kitabı"na yazılanda çox sevindim. Bir yeniyetmə üçün bundan böyük sevinc yaddaqalan gün olarmı? 

-  Necə oldu ki, xaricdə təhsil almağa qərar verdin? Kimsə bunu məsləhət gördü, yoxsa?..

- M.Rostropoviç adına Beynəlxalq musiqi festivalındakı uğurlu çıxışım bu arzumun reallaşmasına təkan verdi. 2009-cu ildə Minsk şəhərində keçirilən beynəlxalq musiqi festivalında Köln Konservatoriyasının professoru Vasiliy Lobanovla tanış oldum   arzumu  ona bildirdim. Professorun keçirdiyi  ustad dərslərində festivalın Qala konsertində iştirak etdim ustad tərəfindən virtuoz ifaçı kimi  dəyərləndirildim. Onun xeyir-duası məni bir az da  ruhlandırdı. Bakı Musiqi Akademiyasına qəbul olduqdan bir il sonra Almaniyanın Köln şəhərinə getməyi qərar verdim. Almaniyanın Köln şəhər Konservatoriyasında fortepiano ifaçılığı üzrə təhsilimi davam etdirirəm. Hazırda professor V.Lobanov   A.Florih kimi görkəmli musiqiçilərdən  dərs alıram.

- Qərib ölkədə yaşamaq təhsil almaq çətin deyil ki?

- Xeyr! Orada keçirilən mötəbər  tədbirlərdə, musiqi festivallarında həvəslə  iştirak edirəm. Dünya şöhrətli musiqiçilərlə, bəstəkarlarla tanış olmuşam. Görkəmli musiqiçilərin əhatəsində olduğum üçün özümü xoşbəxt sayıram.

- Gələcəkdə musiqiçi kimi fəaliyyətini Avropada davam etdirmək istərdinmi?

-  Avropada qazandığım bilikləri təcrübəni Azərbaycan musiqisinin inkişafına yönəltmək, solo pianoçu kimi Azərbaycanın adını ən yüksək  musiqi arenalarında təmsil etmək ən ümdə arzumdur.

- Fortepianoçu kimi hansı musiqiçilərin yaradıcılığından bəhrələnmisən? 

- XX əsrin böyük musiqiçilərindən olan Svyatoslav Rixterin,  Emil Gilelsin, eləcə müasir pianoçulardan Nikolay Luqanskinin adlarını çəkə bilərəm. Azərbaycan fortepiano məktəbi isə hələ sovetlər dövründən güclü musiqiçilər yetişdirib. Görkəmli musiqiçilər olan Fərhad Bədəlbəyli Murad Adıgözəlzadənin yaradıcılığından zövq alıram. Azərbaycan fortepiano məktəbinin musiqiçi kimi yetişməyimdə rolu  böyükdür.

- Azərbaycan muğamı xaricdə necə qarşılanır?

- Azərbaycan muğamı bütün dünyada  maraqla qarşılanır.  Hər bir xalqın musiqisi ona əzizdir. Arzu edirəm ki, folklorumuzla bərabər, bu bəşəri musiqimizi necə qoruduğumuzu dünyaya nümayiş etdirək.

-  Azərbaycanlı pianoçu kimi Almaniyada solo  konsertlər vermisənmi?

-  Köln Ali Musiqi Məktəbinin Almaniyadakı Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən Almaniyada, Hollandiyada silsilə konsertlərim təşkil  olunub. Konsertlərimdə Azərbaycan, rus Avropa bəstəkarlarının əsərlərini  səsləndirmişəm. Təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, ifalarım çox  bəyənilir sevilir.

Sənə uğurlar diləyirik. İnanırıq ki, ən böyük qələbələrin hələ qarşıdadır.

- Sağ olun, təşəkkür edirəm.

           

Azərbaycan müəllimi.- 2015.- 11 aprel.- S.11.