Beynəlxalq festival və müsabiqələr qalibi

 

Tahirə Tağıyeva 1999-cu ildə Bakıda anadan olub. Hazırda Bakı Avropa Liseyinin IX sinfində təhsil alır. Bir çox uğurlara imza atan  yeniyetmə  2011-ci ildə Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq şöbəsində əlaqələndirici şuranın üzvü seçilib. Azərbaycan uşaqlarının II Ümumrespublika forumunda moderator kimi iştirak edib.  2006-cı ildə Azad Azərbaycan Teleradio yayım şirkəti tərəfindən keçirilən "Çıraq" musiqi müsabiqəsində III yerə ATV-nin mükafatına layiq görülüb.

T.Tağıyeva "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Mənim qədim şəhərim" mövzusunda təşkil etdiyi müsabiqədə diplom sertifikata layiq görülüb.

Tahirənin uğurları bununla bitmir. O, 2009-cu ildə   BMT-in İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən "Mənim insan hüquqlarım"  mövzusunda keçirilən rəsm müsabiqəsinin  fəxri fərmanı ilə təltif  edilib.

2010-cu ildə Mədəniyyət Turizm Nazirliyi, Dövlət Film Fondu tərəfindən keçirilən "Mən kino çəkirəm" rəsm müsabiqəsinin diplomuna layiq görülüb.

2012-ci ildə keçirilmiş  VI İNEPO Avrasiya  olimpiadasında ölkə təmsilçisi kimi sertifikat qazanıb. Həmin ildə Türkmənistanda keçirilmiş beynəlxalq rəsm müsabiqəsinin  sertifikatına, 2013-cü ildə  Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən Bakıda keçirilən "Saf rənglər" I Beynəlxalq Uşaq Yaradıcılıq Festivalında diploma layiq görülüb. 

 

Azərbaycan müəllimi.- 2015.- 11 aprel.- S.11.