London məktəbinin
fəxri olan azərbaycanlı
London Universitet Kollecində bakalavr təhsili alan
Mədinə Quliyeva ilə söhbət
Mədinə Quliyeva 1994-cü il avqustun 10-da Bakı şəhərində anadan
olub. 2000-2007-ci illərdə Bakıdakı
292 nömrəli tam orta
məktəbdə təhsil
alıb.
2007-ci ildə atasının
xarici ezamiyyətə
göndərilməsi ilə
əlaqədar olaraq orta təhsilini Londondakı "Hollan Park" məktəbində
davam etdirib. 2012-ci ildə orta təhsilini başa vuraraq London Universitet Kollecinə daxil olub. Hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Böyük Britaniyanın London Universitet Kollecində "Beyin elmləri" ixtisası üzrə bakalavr təhsilini davam etdirir. Orta məktəb illərindən
xüsusi istedadı və fəallığı ilə
seçilən Mədinə
təhsil aldığı
ali məktəbdə
həm də elmi tədqiqatlarda iştirak edir. Onunla söhbətimizə də
orta məktəb illərindən başladıq.
London məktəbinini
fəxri
Orta məktəbin
bütün siniflərini
əla qiymətlərlə
başa vurmuşam.
Şəklim hər
zaman məktəbin şərəf
lövhəsində yer alıb. Hər tədris ilini əla qiymətlərlə
başa vurduğuma və ictimai işlərdə fəal olduğuma görə müdiriyyət tərəfindən
diplomlarla təltif olunmuşam.
Rəsm çəkməyi, milli rəqslərimizi və şeir yazmağı çox sevirəm. Azərbaycan və
ingilis dillərində
bir neçə şeirim dövri mətbuatda dərc olunmuşdu. Bundan əlavə, bədii gimnastika üzrə "Spartak" İdman Cəmiyyətinin üzvləri arasında
3-cü, Bakı şəhəri
üzrə
isə 6-cı yerə
çıxmışam. Ü.Hacıbəylinin
120, R.Behbudovun 90,
"Arşın mal alan"
filminin 60 illiyinə həsr olunmuş uşaq rəsmləri müsabiqəsində iştirakıma
görə sertifikata layiq görülmüşəm.
2 dəfə rəsmlərim müsabiqənin
kataloquna daxil edilmişdir. Qarabağa
həsr olunmuş ilk şeirim
"Üç alma" adlı
uşaq jurnalının
3-cü nömrəsində çap olunmuşdur.
Orta təhsilimin
London hissəsində də
uğurlarım olub. Xarici dilə tez yiyələndiyimə və
riyaziyyatdan keçirilən
müsabiqənin qalibi
olduğuma görə
Londondakı
"Hollan Park" Məktəbi tərəfindən
fəxri fərmanla təltif olunmuşam. İki dəfə "Perfect tense" mükafatına
layiq görüldüm
və şəklim məktəbin hollunda şərəf lövhəsində
asılıb.
2008-ci ildə London İmperial
Kolleci (Imperial College London) tərəfindən
düzənlənmiş robot yarışmasında
dostlarımla hazırladığım
daşıyıcı robot ali məktəb üzrə
3-cü yerə layiq görülüb.
İncəsənət dərsi üçün hazırladığım layihələrdəki əsərlərimin
çoxu məktəbin
sərgi zalında yer aldıgı və hər zaman maraqla qarşılandığına
görə
Londondakı "PrinceTs
Drawing School"un sagirdi olmağa dəvət edilmişəm.
Hazırda London Universitet Kollecində
"Beyin elmləri"
üzrə bakalavr təhsili alıram.
"Yaxşı
oxumalı və yaxşı
mütəxəssis olmalıyam"
İxtisas seçimimdə valideynlərimin
böyük rolu olub. Xüsusən də
anam və xalam mənim həkim olmağımda təkid edirdilər, seçdiyim
neyrologiya ixtisasını
da mənə onlar sevdirib. Onların dəstəyi və dəyərli
məsləhətləri ilə Azərbaycanın xaricdə
təhsil almış
yüksək ixtisaslı
neyro-cərrahlara ehtiyacı
olduğunu öyrəndim və insanlara bu sahədə yardım etmək istədim. Xaricdə təhsil almaq arzumu reallaşdırmaq
üçün "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı"nın seçim prosesində iştirak etdim və təqaüdə layiq görüldüm.
Sevincimin hədd-hüdudu yox idi. Xaricdə, dünyanın ən nüfuzlu ali məktəblərindən birində
təhsil almaq arzumun reallaşması ilə əlaqədar dövlətimə, dəstək və qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə çox minnətdaram.
Dövlət Proqramının iştirakçısı
olan bir tələbə kimi anlayıram ki, yaxşı oxumalı və yaxşı
mütəxəssis olmalıyam. Prezidentimizin "biz maddi sərvətimizi insan kapitalına çevirməliyik" konseptual proqramını biz gənclər həyata keçirməliyik.
Bu prosesdə gənclərin fəallığını
yüksək qiymətləndirirəm.
Bütün dünyada
olduğu kimi, ölkəmizin təhsil sistemində keyfiyyət
dəyişiklikləri baş
verir və yeniliklərə, aparılan
islahatlara münasibətim
çox müsbətdir.
"Ölkəm
üçün təbii
ki, darıxıram"
Təhsil həyatım çox intensiv keçir. Asudə vaxtım,
demək olar ki, yox dərəcəsindədir. Dərslərimlə
yanaşı, rəqslərə ("Salsa", Tanqo, modern və stepdans) gedirəm. Lal dilini öyrənirəm. İngiltərə mühitinə adaptasiya olmaq həm asan, həm də çətindir. Təbii ki, ölkəm üçün darıxıram.
Gözəl Bakımız,
Novruz tonqalı, buta kimi küləklərə
baş əymiş sam ağacları, muğam, doğmalarım
üçün darıxıram.
Britaniyalıların zəngin mədəniyyəti, ədəbiyyatı,
incəsənət və
tədris-təhsil ocaqları
nə qədər yaxşı olsa da, bizim insanlar
qədər yaxşı
ola bilməz.
Ona görə də xaricdə oxuyan tələbələr
olaraq bir-birimizi axtarırıq. "Xocalıya ədalət!" kampaniyasını dəstəkləyirik və ölkəmiz barədə əsl həqiqətləri xaricilərə
çatdırırıq. Bundan əlavə, keçirdiyimiz
bir çox digər tədbirlərimizdə
London İmperial Kolleci
ilə yanaşı, Böyük Britaniyanın
digər universitetlərində
təhsil alan azərbaycanlı tələbələr
də iştirak edirlər. Bu yaxınlarda tələbələrimizin yaxından
iştirakı ilə London İmperial
Kollecində çox yüksək səviyyədə
Novruz Festivalı keçirdik.
"Daha çox beyində baş verən
biokimyəvi mexanizmlərlə maraqlanıram"
"Beyin elmləri" üzrə bütün
dünyada Harvarddan sonra ikinci, Avropada isə birinci yerdə olan universitetdə təhsil almaq qürurlandırıcı bir hissdir. Seçdiyim ixtisas çox
vacib və maraqlıdır. Daha çox beyində baş
verən biokimyəvi mexanizmlərlə maraqlanıram. Apardığımız
tədqiqatlardan mənim
üçün ən
maraqlısı "Bacteriophage Lambda"nın
(bakterial virus) genetik informasiyasının
kitabxanasını yaratmaq
olub. Bu tədqiqat əvvəlki
illərdə çox
vaxt aparsa da hazırda modern avadanlıqlar
sayəsində bir neçə həftədə
aparıla bilər.
"Puzzle" (intellektual oyun)
oynamağa bənzəyir, tam olan genetik informasiya hissələrə
(coloniler-bəzi təkhüceyrəli
canlılar bölündükləri
zaman bir-birindən ayrılmayaraq sürü əmələ gətirirlər,
coloniler təkhüceyrəli
canlılar ilə çoxhüceyrəli canlılar
arasında keçid formasıdır) bölünür
və bu hissələrdən istifadə
edərək bölünən
genetik informasiyanın kitabxanası yaradılır.
Sənətimi həqiqətən
də çox sevdiyimi 2014-cü ildə Ankarada keçdiyim praktiki təcrübə zamanı anladım. İstərdim ki, uğurlu
beyin əməliyyatları
vətənimdə də
olsun. Ancaq elmi tədqiqatlar olmadan bu sahədə
irəliləmək qeyri-mümkündur.
"Məni elmi tədqiqatlara cəlb edən
dünya şöhrətli professorlar
var"
Universitetdə məni elmi tədqiqatlara cəlb edən dünya şöhrətli
professorlar var. Onların
arasında Londondakı
Beynəlxalq Neyrocərrahiyə
Mərkəzinin
qurucusu və rəhbəri, London Kral Cəmiyyətinin üzvü,
professor Henri Marşı xüsusi
qeyd etmək istərdim. H.Marş 40 ildən artıqdır ki, dünyada beyin şişlərinin aradan qaldırılması
üzrə ən unikal əməliyyatlara rəhbərlik edib. Professor
öz tələbələri
ilə ən çarəsiz xəstələri
həyata qaytarıb.
Dərsə, imtahana fərdi şəkildə hazırlaşmağa
üstünlük verirəm. İmtahan,
seminar, mühazirələr burada qədim Avropa ənənələrinə
söykənir, ali təhsil ocağında demokratik yanaşma hökm sürür, mütaliə
etmək üçün
geniş imkanlar yaradılmışdır. Böyük Britaniyada təhsil
islahatları ləng gedir. Bu ölkənin
təhsil sisteminin tam təkmilləşdiyini deyə
bilərik.
"Təhsilimi tibb üzrə magistr
dərəcəsində davam etdirmək
istərdim"
Britaniyanın ən nüfuzlu ali məktəblərindən birinin azərbaycanlı tələbəsi kimi mənim bir amalım var - vətənə və xalqıma xidmət etmək. Bunun üçün yeni ixtisasa yiyələnmək, daha dəqiq, məqsədyönlü, vətənə lazım olan ixtisas seçilməlidir. Xaricdə oxumaq və təhsil almaq müsbət haldır. Atalar demişdir: "Çox yaşayan çox bilməz, çox gəzən, çox görən və çox oxuyan çox bilər". İstərdim ki, ingiltərəli tələbələr təcrübə almaq üçün Almaniyaya, ABŞ-a deyil, bizim ölkəmizə, milli onkologiya mərkəzimizə gəlsinlər.
Planlarım - təcrübələr, laboratoriya işləri, elm və yenə elmdir. Təhsilimi nanotexnologiya və bərpa tibbi üzrə magistr dərəcəsində davam etdirmək istərdim. Bu, çox yeni sahədir, bəzən orqan mühəndisliyi kimi də adlandırılır, əsas məqsədi nanotexnologiyadan və 3D printerlərdən istifadə edərək orqan yaratmaqdır.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2015.- 11 aprel.- S.9.