Naxçıvan Dövlət Universiteti
"Mənim universitetim" layihəsinin
budəfəki hədəfi Naxçıvan Dövlət
Universitetidir
Naxçıvan Dövlət
Universiteti (NDU) 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (ADPİ) Naxçıvan filialı kimi fəaliyyətə
başlayıb. 1972-ci ildə ADPİ-nin Naxçıvan
filialının bazasında Naxçıvan Dövlət
Pedaqoji İnstitutu yaradılıb. Azərbaycan SSR Nazirlər
Sovetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə
Naxçıvan Dövlət Pedaqoji İnstitutu
Naxçıvan Dövlət Universitetinə çevrilib.
Ümummilli lider Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı
ilə NDU-ya yüksək özünüidarə statusu,
muxtariyyət hüququ verilib. Hazırda universitetdə 12
fakültədə, bakalavr səviyyəsi üzrə 58
ixtisas və magistratura səviyyəsi üzrə 39
ixtisaslaşma üzrə 5349 nəfər tələbə təhsil
alır. 12 ölkədən 350 nəfər xarici ölkə
vətəndaşı bu universitetin tələbəsidir.
2014-2015-ci tədris ilində NDU-ya 1091 nəfər tələbə
qəbul olub. Universitetin bakalvr məzunlarından 74 nəfəri
NDU-ya, 12 nəfər isə Azərbaycanın digər ali məktəblərində
magistraturaya qəbul olublar. 34 tələbə "Gələcəyin
müəllimi" təqaüdü alır. Universitetdə 9 nəfər
AMEA-nın həqiqi üzvü, 5 nəfər AMEA-nın
müxbir üzvü, 38 elmlər doktoru, 179 fəlsəfə
doktoru, 28 professor, 111 dosent, 194 elmi dərəcəsi olmayan, 88
tədris-köməkçi heyət üzvü
çalışır. 2014-2015-ci tədris ili
üçün ali məktəblərə keçirilən
qəbul imtahanlarında ölkə üzrə ali məktəbə
qəbul olan ən yaşlı tələbə bu universitetdə
təhsil alır. 2013-cü ildən universitetə biologiya
üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir
üzvü Saleh Məhərrəmov rəhbərlik edir.
Maddi-texniki baza
Naxçıvan Dövlət Universitetində 11 tədris korpusu və 1 xəstəxana, Elektron Kitabxana, Qonaq evi fəaliyyətdədir. NDU-da həmçinin konservatoriya, universitet klinikası, Olimpiya idman mərkəzi, 2 stadion, Botanika bağı və müasir tipli tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün üçmərtəbəli Tələbə Sosial Xidmət Mərkəzi, müasir tipli universitet qonaq evi tikilib.
Tələbələrin sağlam həyat tərzi
keçirmələri üçün 2 qapalı
və 2 açıq idman meydançası vardır. 42 ədəd elektron
lövhəli siniflə
yanaşı 14 otaqda internet mərkəzi,
61 auditoriyada proyektorlar
quraşdırılıb. Universitetdə iki informasiya-texnologiya laboratoriyası var. İşlək kompüterlərin sayı
730 ədəddir,
bunlardan 360-ı internetə qoşulub. 2015-ci ildə universitetdə informasiya -
texnologiya mərkəzinin açılışı olub. Bununla
əlaqədar 350 ədəd fərdi kompüter, 16 ədəd elektron
kürsü və proyektor, 18 ədəd
kamera və 18 ədəd
geniş ekranlı televizor
quraşdırılıb ki, foyelərdə qoyulan monitorlarla universitetin bütün informasiyalarının ötürülməsini təmin
etmək, siniflərdə
açıq və video dərslərin, elektron
imtahan siniflərində isə dərslərin və
imtahanların gedişinə,
həmçinin
korpuslarda mühafizə kameralarının hamısına nəzarət edilir. Universitetdə 3 internet mərkəzi, nəşriyyat,
media mərkəzi, televiziya studiyası və bir neçə
muzey var. "Fikir" informasiya bülleteni, "Yeni fikir"
qəzeti nəşr olunur. Naxçıvan Dövlət
Universitetində Wi-Fi kampus simsiz internet şəbəkəsindən
istifadə olunur.
Bu ilin əvvəlində
universitetdə "Elektron təhsil şəbəkəsi və
rəqəmsal multimedia infrastrukturu" layihəsinin
açılışı olub. Mərkəz
kamera-müşahidə, server, texniki təminat, direktor və mühəndis otaqlarından
ibarətdir. Yeni quraşdırılan "CİSCO"
markalı 202 İP telefondan ibarət
vahid telefon şəbəkəsi universitetin bütün
qurumları arasında sürətli və
asanlaşdırılmış kommunikasiyanın təmin
olunmasına imkan yaradır. Layihə çərçivəsində
tələbə və müəllimlərin
kodlaşdırılması aparılmış, tələbələr
üçün 14 min ədəd ID tələbə bileti,
müəllimlər üçün 2000 ədəd ID kart
hazırlanıb. 9 ədəd yeni kompüter internet şəbəkəsinin
və universitet saytının idarə edilməsi üçün
nəzərdə tutulub. Server otağındakı 8 ədəd
"HP" markalı server universitetin professor-müəllim və
tələbə kontingenti haqqında məlumatların, tədrisə
aid bütün sənədləşmə işləri və
müəllimlərin elektron imzalarının, elektron
imtahanların, distant təhsilin və müəllimlərin
mühazirə kontentləri video və slayd şəklində
yerləşdirilib, bütün məlumatların elektron arxivlənməsi
üçün 20 illik arxiv serveri nəzərdə tutulub.
"Universitet"
televiziyasında yaradılan yeni infrastruktur videodərslərin
hazırlanmasına və distant tədrisin tətbiqinə də
imkan verəcək. Bu məqsədlə "Universitet"
televiziyasına 2 televizor, 5 yaxa və 2 masaüstü mikrofon dəsti,
6 səsgücləndirici, 1 montaj kompüteri, 2 videokamera və
12 projektor verilib, virtual studiya quraşdırılıb. Yeni
qurulmuş sistem idarəetmə, server otağından və
studiya otaqlarından ibarətdir. Sistemin qurulmasında əsas
məqsəd universitetdə distant təhsilə keçid və
elektron universitetin yaradılması ilə bağlıdır.
İdarəetmə otağında kontentlər - videodərslər
xüsusi proqram vasitəsilə "HD" formatda çəkilib
yaddaşa yazılır, universitetin internet portalındakı
müəllim üçün ayrılmış elektron
mühazirə bölməsinə yerləşdirilir.
Hazırda "Universitet" televiziyasının və
"Nuhçıxan" radiosunun Naxçıvan şəhərində
HD mpeg-4 rəqəmsal formatda yayımına
başlanılıb.
Universitetdə
baytarlıq ixtisası üçün yeni üç mərtəbəli
bina inşa edilib. Binanın xarici və daxili müasir
dövrün tələblərinə və ixtisasın
profilinə uyğun qurulub. Birinci mərtəbədə
baytarlıq klinikası, diaqnostik laboratoriya, vivarium, süni
mayalanma laboratoriyası, baytarlıq apteki yerləşir.
İkinci mərtəbədə bakterioloji laboratoriya və əkmə
otağı, parazitologiya, fiziologiya və biokimya,
arıçılıq problemləri, ekspertiza, farmakologiya və
toksikologiya laboratoriyası, sterilizasiya otağının fəaliyyət
göstərməsi nəzərdə tutulub.
Üçüncü mərtəbədə anatomiya muzeyi,
sitologiya, histologiya və embriologiya kabineti, patologiya
laboratoriyası, yemləmə, yetişdirmə və genetika
kabineti, elektron sinif və imtahanların qəbulu və
informatika dərslərinin tədrisi üçün
kompüter sinfi yerləşir. Əlavə olaraq, burada 70 nəfərlik
akt zalı var.
Digər
sahələr kimi, idman sahəsində də universitetin
maddi-texniki bazasının gücləndirilməsi diqqət mərkəzindədir.
2014 - cü ildə 1 ədəd professional boks rinqi, 2 ədəd tennis
stolu, dəmir yolu
ixtisası üçün 1 komplekt vaqonlar alınıb.
İmtahan sessiyası
2014-2015-ci
tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və obyektiv
keçirilməsini təmin etmək məqsədilə 2 istiqamətdə - ənənəvi
qaydada (5 test 3 sual olmaqla) və
elektron test üsulu ilə (I, II və III kurslar üzrə)
hazırlıq aparılıb.
I, II və
III kursları əhatə edən bütün imtahanların,
eləcə də fakültələrin müraciəti əsasında
dördüncü kursların bəzi imtahanları elektron
qaydada götürülüb.
"Elektron
test" layihəsinə əsasən bu üsulla qəbul
edilməsi müəyyən olunmuş semestr imtahanlarından
hər biri üzrə test bankına daxil etmək
üçün 150 sual hazırlanıb və sualların
sayı 300-ə çatdırılıb, sual və hər
suala biri düzgün olmaqla 5 cavab yazılı qaydada
"Elektron təhsil" şöbəsinə təqdim
edilib.
2014-2015-ci
tədris ilinin payız semestrinin imtahan sessiyasında
bütün imtahanlar ilk dəfə olaraq 6 sinifdə 130
kompüterin vasitəsi ilə aparılıb. Ümumilikdə
991 semestr imtahanı elektron qaydada keçirilib.
Apelyasiya
komissiyası ilə yanaşı payız semestrinin imtahan
sessiyasının normal şəkildə, təlimatlara
uyğun qaydada keçirilməsini, yarana biləcək
münaqişələrin obyektiv və operativ həllini təmin
etmək məqsədi ilə universitetdə imtahan qərargahı
və "Qaynar xətt" xidməti yaradılıb. Daxil
olan şikayətlər vaxtında və obyektiv qiymətləndirilib.
Elmi kitabxana
Universitetin
kitabxanası 1968-ci ildən fəaliyyət göstərir.
Kitabxananın fondunda dünyanın 30-dan çox dilində
200 minə yaxın ədəbiyyat saxlanılır. Kitabxana 20
ölkənin 35 universiteti ilə beynəlxalq informasiya
mübadiləsi aparır. Hazırda kitabxanada 6 şöbə,
11 fond və 11 oxu zalı fəaliyyət göstərir.
Kitabxana 15 min oxucuya ümumi və
ixtisaslaşdırılmış oxu zalları vasitəsi ilə
xidmət göstərir. 2013-cü ildən isə kitabxana
elektron kitabxana kimi fəaliyyətdədir. Kitabxananın fəaliyyətinin
əsas istiqamətini, kitabxana biblioqrafiya proseslərinin
avtomatlaşdırılması sistemlərinin tətbiqi ilə
oxuculara kitabxana xidmətinin müasir tələblərə
uyğun qurulmasını təmin etmək, oxuculara və
istifadəçilərə virtual rejimdə xidmət göstərmək
üçün elektron kitabxananın və elektron kataloqun məlumat
bazasının genişləndirilməsi təşkil edilir.
"PROLİB" avtomatlaşdırılmış
Kitabxana-İnformasiya İdarəetmə sistemi yaradılaraq tətbiq
olunur. Elektron kataloqun bazalarında işlər bu proqram vasitəsi
ilə həyata keçirilir. Elmi Kitabxanada bu günədək
3500 adda 30.000 sayda kitabın elektron kataloqu yazılıb, 5000-dən
artıq kitabın isə tammətnli elektron versiyası
hazırlanaraq oxucuların istifadəsinə verilib. Elmi
Kitabxananın bir neçə korpusda filialları fəaliyyət
göstərir.
Azərbaycanda ilk dəfə olaraq
NDU-da Universitet Elmi Şurasının 6 mart 1997-ci il tarixli qərarı
ilə "Heydər Əliyev Universiteti Kitabxanası" təşkil
olunub. Bu, ümummilli liderin həyat və dövlətçilik
fəaliyyətini özündə əks etdirən zəngin
kitabxanadır. Burada 3000-dən artıq kitab, jurnal, albom və
s. qorunub saxlanılır.
Tibb
Kitabxanası 2000-ci ildən fəaliyyət göstərir.
Burada tibb elminə dair müxtəlif dillərdə 7000-ə
yaxın ədəbiyyat var.
Magistratura
üzrə dekanlığın kitabxanası 2011-ci ildən fəaliyyət
göstərir. Kitabxananın fondunda müxtəlif dillərdə
2000-dən çox ədəbiyyat toplanıb.
Elmi
Kitabxananın geniş oxucu kütləsi üçün
www.lib.ndu.edu.az ünvanında saytı yaradılıb.
Elmi-tədqiqat işləri
2014-cü ildə universitetin elmi-təşkilati
strukturu 47 kafedradan və büdcədən maliyyələşən
"Regionun inkişafı problemləri" elmi-tədqiqat
laboratoriyasından ibarət olub. Universitet əməkdaşları
2011-2015-ci illər üçün Universitet Elmi Şurası
tərəfindən təsdiq olunmuş layihəyə əsasən
21 elmi istiqamətdə elmi-tədqiqat işləri yerinə
yetirib. Belə ki, 2014-cü ildə elmi istiqamətlər
üzrə 35 kafedrada və "Regionun inkişafı problemləri"
elmi-tədqiqat laboratoriyasında 262 əməkdaş 22 problem
üzrə 257 mövzuda elmi-tədqiqatlar
aparıb. Bütün istiqamətlər, problemlər və
mövzular AMEA Elmi İnnovasiyalar Mərkəzinin yeni nəşr
olunan bilik sahələrinin universal iyerarxik təsnifatı olan
rubrikatoruna uyğun olaraq sıralanıb və həmin mərkəzdə
qeydiyyata alınıb. 2014-cü ildə NDU əməkdaşlarının
122 kitabı, o cümlədən 30 monoqrafiyası, 2 dərslik,
52 dərs vəsaiti, 38 metodik vəsait və proqramı, 818
elmi məqaləsi çap olunub, bunlardan 115-i xarici nəşrlərin
payına düşür. Xaricdə dərc olunan məqalələrin
10-u Tomson Royter İnstitutu tərəfindən qəbul edilən
Science Citation İndex seriyasına daxil olan jurnallarda dərc
olunub. Həmçinin əməkdaşların 83 tezisi nəşr
olunub və məruzə edilib ki, onlardan da 40-ı xarici
ölkələrin payına düşür. Əməkdaşlardan
1 nəfəri elmlər doktoru proqramı üzrə, 7 nəfəri
isə fəlsəfə doktoru proqramı üzrə
müdafiə edib, 1 nəfər professor, 9 nəfər isə
dosent elmi adı alıb. 2 nəfər əməkdaş
AMEA-nın müxbir üzvü seçilib. 2013-cü ilin
oktyabr- noyabr aylarında Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təsdiq etdiyi plana əsasən Naxçıvan
Dövlət Universitetində doktorantura və dissertantura
proqramları üzrə qəbul aparılıb. Qəbulun nəticələrinə
əsasən 7 nəfər fəlsəfə doktoru proqramı
üzrə doktoranturaya, 22 nəfər fəlsəfə
doktoru, 5 nəfər elmlər doktoru proqramı üzrə
dissertanturaya qəbul olunub. 2014-cü ildə Naxçıvan
Dövlət Universitetində 3 beynəlxalq, 5 respublika, 23
Muxtar Respublika və ya universitet səviyyəli elmi konfrans və
həmçinin 16 tələbə konfransı
keçirilib.
Laboratoriyalar
Təməl
tibb fənləri kafedrasında fiziologiya, biokimya, mikrobiologiya
laboratoriyaları, anatomiya, histologiya, fiziologiya kabinetləri fəaliyyət
göstərir. Fakültənin tabeliyində olan klinik
laboratoriyanın imkanlarından da kafedraya aid praktik dərslərin keçirilməsində
istifadə edilir.
Botanika
kafedrasının laboratoriya və kabinetləri. Kafedranın nəzdində biokimya laboratoriyası və 4 fənn
kabineti fəaliyyət göstərir.
Bitki
sistematikası kabineti 2 otaqdan təşkil olunub. Birinci tədris
otağı proyektorla təchiz edilib, 2-ci tədris
otağında əyani vəsaitlər olan yüzlərlə
tablo və mulyaj saxlanılır.
Histologiya,
embriologiya, sitologiya, genetika, kənd təsərrüfatı və
bitki anatomiyası kabinetlərində müxtəlif tablolar,
preparatlar və digər əyani vəsaitlər var. Kafedranın
həmçinin 1 rəqəmsal, 20-dən artıq müasir
işıq mikroskopu var.
Baytarlıq
laboratoriyası. Ən müasir texniki avadanlıqlarla təchiz
olunmuş, bu günlərdə istifadəyə veriləcək
Baytarlıq klinikası, diaqnostik laboratoriya, vivarium, süni
mayalanma laboratoriyasında baytarlıq ixtisasının tələbələri
təcrübi biliklərini artıracaq, ev heyvanlarında xəstəliyin
diaqnostikası, laboratoriya analizlərinin həyata keçirilməsi,
saylarının çoxaldılması ilə məşğul
olacaqlar.
Kimya
kafedrasının laboratoriyası. Kafedra kimya müəllimliyi,
biologiya və əczaçılıq ixtisasında təhsil
alan bakalavrlara xidmət edir.
Yusif Məmmədəliyev
adına elmi-tədqiqat kimya laboratoriyası 1982-ci ilin
yanvar ayında
yaradılıb. Laboratoriya müxtəlif cihazlar və
reaktivlərlə təchiz edilib. Kimya kafedrasının
laboratoriya və kabineti nəzdində 6 tədris laboratoriyası və 1 fənn kabineti fəaliyyət göstərir.
Zoologiya kafedrasının
laboratoriyaları. Zoologiya kafedrası nəzdində
"İnsan və heyvan fiziologiyası"
laboratoriyası,"İnsan anotomiyası", "Fiziologiya
və biofizika", "Biologiyanın tədrisi
metodikası", "Biocoğrafiya və seçmə fənlər",
"Arıçılıq"
kabineti, "Zoologiya muzeyi" açıq hava təcrübə sahəsi
mövcuddur.
"İnsan
və heyvan fiziologiyası" laboratoriyasında fizioloji təcrübələrin
aparılması üçün lazım olan avadanlıqlar və
reaktivlər alınıb. Burada sinir-əzələ
fiziologiyası, mərkəzi
sinir sistemi, qan, ürək-damar, tənəffüs, həzm,
maddələr və enerji mübadiləsi və s. üzvlərin
funksiyalarının fəaliyyəti araşdırılıb
öyrənilir.
Fiziologiya
laboratoriyası qanın fiziki-kimyəvi xassələrinin
öyrənilməsinə, sinir-əzələ sisteminə
aid laborator dərslərinin keçirilməsi
üçün əyani vəsitələrlə təchiz
olunub. Biokimya laboratoriyasında fiziki-kimyəvi, biokimyəvi
analizlərə aid dərslərin keçirilməsi
üçün hər cür şərait vardır.
Mikrobiologiya laboratoriyasında mikroorqanizmlərin
morfologiyasını öyrənmək üçün
müvafiq analiz işləri aparılır.
Kabinetlərin
təchizatı da müvafiq dərslərin əyani vasitələrlə
təmin edilməsinə imkan verir. Anatomiya kabinetini təbii,
süni skeletlə, daxili orqanların mulyajları,
plakatları ilə təmin
edilməsi dərslərin normal səviyyədə keçilməsinə
imkan verir. Histologiya kabinetində müxtəlif orqan, toxumalara
məxsus histoloji kəsiklər, plakatlar dərslərin
mikroskop və şəkillər üzərində mənimsənilməsinə
şərait yaradır. Fiziologiya kabinetini orqanizmin
bütün orqan - toxumalarının funksiyalarını əks
etdirən şəkillərlə təmin edilib.
Universitetin
daxili imkanlarından əlavə bəzi dərslər şəhər
xəstəxanalarının laboratoriyalarında keçilir.
Regionun
inkişaf problemləri elmi-tədqiqat laboratoriyası 1992-ci
ildən fəaliyyət göstərir. Laboratoriya
Naxçıvan regionunun zəngin maddi və mənəvi sərvətlərini, tarixi
keçmişini, sosial-iqtisadi və mədəni
inkişafı ilə bağlı məsələləri hərtərəfli
şəkildə öyrənməklə məşğuldur.
Fizika-riyaziyyat
fakültəsi nəzdində informatika kafedrasının
laboratoriyası. Müasir tipli 8 kompüterin, elektron lövhə
və printerlərin olduğu bu laboratoriyada tələbələr
dərsləri İKT vasitəsilə əyani şəkildə
keçirlər, müasir kompüter proqramlarını,
proqramlaşdırma dillərini öyrənirlər.
Fakültədə
"Mexanika", "Molekulyar fizika", "Elektrik",
"Optika", "Yarımkeçiricilər" kimi tədrisyönlü
laboratoriyalar da fəaliyyət göstərir.
Memarlıq
və mühəndislik fakültəsində NATO-nun
"AzNET" layihəsi əsasında "CİSCO"
akademiyasının laboratoriyası qurulub istifadəyə
verilib ki, burada da tələbələr internet şəbəkələrinin
quruluşu və iş prinsipini öyrənirlər.
Beynəlxalq əlaqələr
Naxçıvan
Dövlət Universitetinin Amerika Birləşmiş
Ştatları, İngiltərə, Fransa, Türkiyə
Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya,
Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam
Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq
Respublikası, Avstriya və digər
ölkələrin universitetləri ilə əməkdaşlıq
əlaqələri mövcuddur. 82-dən çox dünya
universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq
müqavilələri var. Bundan əlavə, "Mövlana
mübadiləsi" proqramı çərçivəsində
Türkiyənin 40-dan çox universiteti ilə əməkdaşlıq
müqavilələri imzalanıb.
Universitet
2011- ci ildə "Erasmus Mundus" və "Erasmus Humeria" layihələrinə
qoşulub. Tədris ocağı həmçinin 7 Tempus layihəsinin
də iştirakçısıdır.
2014-cü
ildə Naxçıvan Dövlət Universiteti Mərakeş
Krallığının II Həsən Kasablanka, Rusiya
Federasiyasının Uxta Dövlət Texniki Universiteti, Azərbaycandakı
Fransız Universiteti, Şimali Kiprin Şərqi Aralıq
Universiteti, Polşanın Krakov İqtisad Universiteti ilə əməkdaşlıq
müqavilələri imzalanıb.
Universitetlərarası
müqavilələrə əsasən 2014-2015-ci tədris
ilinin ilk semestrində 3 nəfər ingilis dili, 1 nəfər
isə alman dili müəllimliyi ixtisası üzrə
Şota Rustaveli adına Batumi Dövlət Universitetində,
rus dili müəllimliyi ixtisası üzrə təhsil alan 3
nəfər tələbə isə Rusiya Federasiyasının
Penza Dövlət Universitetində təhsillərini davam etdiriblər.
Ötən semestri xaricdə uğurla başa vuran tələbələr
ictimai işlərdə də fəallıq göstəriblər.
"Erasmus-Mundus" proqramı beynəlxalq münasibətlər
ixtisaının IV kurs tələbəsi Ağalar Məmmədov
Çexiyada, ingilis dili müəllimliyi ixtisasının III
kurs tələbəsi Güllü Rəhimova isə
Rumıniyada bir illik təhsil almaq hüququ qazanıblar.
2012-2014-cü illərdə Naxçıvan Dövlət
Universitetinin doktorantlarından Şəhanə Hüseynova
kimya, Cəmilə Fərəcova German dilləri ixtisası
üzrə doktorantura təhsillərini Santiago de Compostela (USC)
Universitetində davam etdiriblər.
Universitet və mərkəzlər
Heydər
Əliyev Universiteti. 1997-ci ildə yaradılan "Heydər
Əliyev Universiteti" tələbə gəncliyə
müstəqil dövlətçiliyimizin ideoloji aspektlərinin
elmi əsaslarla aşılanması sahəsində siyasi-mənəvi
tərbiyə qurumu kimi çox səmərəli fəaliyyət
göstərir.
Burada
ötən dövr ərzində 191 məşğələ
keçirilib.
Heydər
Əliyev Universitetində xarici ölkələrin Azərbaycandakı
səfirlərinin ulu öndərin həyatının və
siyasi fəaliyyətinin həmin ölkələrlə əlaqələrinə
dair mühazirələri təşkil edilir. Yaponiya, Çin,
Cənubi Koreya, Misir Ərəb Respublikası, Polşa,
Macarıstan, Rusiya Federasiyası və başqa ölkələrin
səfirlərinin Heydər Əliyev Universitetindəki
mühazirələri maraqla qarşılanıb. Qeyd edək
ki, Heydər Əliyev Universitetinin filmotekası və
kitabxanası da var.
Atatürk
mərkəzi. 1995-ci ildə Naxçıvan Dövlət
Universitetində Atatürk Araşdırma Mərkəzi
yaradılıb. Məqsəd Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətini
dərindən araşdırıb öyrənməkdən,
türk dünyasının böyük öndərinin
keçdiyi şərəfli yolun timsalında Azərbaycanın
yeni nəslində müstəqillik, dövlətçilik,
dünyəvilik, vətənpərvərlik kimi yüksək
mənəvi dəyərləri tərbiyə etməkdən
ibarətdir.
NDU
Atatürk Mərkəzi Türkiyə Cümhuriyyətindəki
Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu ilə,
bu quruma daxil olan elmi-tədqiqat mərkəzləri ilə, həmçinin
Azərbaycandakı Atatürk Mərkəzi ilə əlaqələrin
yaradılması və inkişaf etdirilməsi vəzifələrini
də yerinə yetirir. Naxçıvan Atatürk Araşdırma
Mərkəzi 2004-cü ildən Naxçıvan Dövlət
Universiteti Atatürk Mərkəzi adlandırılıb.
"Bilik"
tədris-internet mərkəzi. Bu mərkəz 2011-ci ildə
istifadəyə verilib. Mərkəzin fəaliyyətinin əsas
istiqaməti ali məktəb daxilində müəllim və tələbə
heyətinə keyfiyyətli, yüksək sürətli
internet xidməti göstərməkdən ibarətdir.
İnformasiya-kommunikasiya texnologiyaları avadanlıqları ilə
təchiz olunmuş mərkəzdə asudə vaxtın səmərəli
təşkili və İKT sahəsindəki biliklərin
artırılması məqsədilə ofis
proqramlarının tədrisi kursları da təşkil olunur.
Mərkəz 6 ədəd stolüstü kompüterlə, 7 ədəd
noutbukla və elektron lövhə ilə təchiz olunub. Mərkəzdə
bütün kompüterlər vahid idarəolunma sisteminə
qoşulub.
Ernest
Heminquey Mərkəzi 2002-ci ilin may ayında təsis edilən
bu mərkəzdə 2003 - cü ilin mayında Ernest Heminqueyin
həyatı və yaradıcılığına həsr
olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Naxçıvan
Dövlət Universitetinin Ernest Heminquey Mərkəzi həm də
muzey kimi fəaliyyət göstərir. Burada dünya
şöhrətli sənətkarın həyatı və
yaradıcılığının ən səciyyəvi məqamlarını
əks etdirən çoxsaylı maraqlı fotolar, nadir sənədlər,
tərcümeyi-hal materialları nümayiş etdirilir. Mərkəzdə
filologiya ixtisası üzrə təhsil alan tələbələr
dünya ədəbiyyatına dair dərslər keçirlər.
İnnovasiyaların
ötürülməsi mərkəzi. Bu mərkəz 2011-ci
ildə universitetin tərəfdaş kimi
çıxış etdiyi "İnnovasiyaların
işgüzarlığa çevrilməsində universitetlərin rolunun
artırılması" TEMPUS layihəsi çərçivəsində
istifadəyə verilib. Layihənin
konsorsiumunda Azərbaycan, Almaniya, Özbəkistan,
İspaniya və Portuqaliyadan olan ali təhsil müəssisələri
və biznes qurumları tərəfdaş kimi iştirak edir. Mərkəzin
fəaliyyət planının əsas istiqaməti regionun
biznes və sahibkarlıq qurumları ilə universitet
arasında əlaqələri möhkəmləndirmək, sahibkarları
dünya alimləri tərəfindən əldə edilən innovativ
texnologiyalarla tanış etməkdir. Mərkəzdə yerli və
xarici mütəxəssislər tərəfindən müxtəlif
istiqamətləri əhatə edən kurslar da təşkil
olunur.
Koreya Mərkəzi.
2011-ci ildə istifadəyə verilən Cənubi Koreya Mərkəzində
Koreyanın dövlət atributları, milli musiqi alətləri,
eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını,
ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar,
elektron məlumat vasitələri toplanıb. Mərkəzin
müasir informasiya texnologiyaları, Koreya dilində
ensiklopediya, lüğət və digər məlumat nəşrləri
ilə təmin olunması diqqət mərkəzində
saxlanılır. Cənubi Koreyanın Rim Çenq Universiteti
Koreya Mərkəzinə tədris ləvazimatları, milli
geyimlər və musiqi alətləri bağışlayıb.
2012-2013-cü tədris ilindən etibarən Naxçıvan
Dövlət Universitetində Koreya dilini öyrədən
kurslar açılıb.
Media mərkəzi.
1991-ci ildə nəşrə başlayan "Fikir"
adlı universitet qəzeti milli-tarixi proseslərin
işığında meydana çıxan, Azərbaycan ali təhsil
sistemində çap olunan ilk mətbuat orqanı kimi xüsusi
əhəmiyyət kəsb edir. 1997-ci ildə universitet nəzdində
"Qeyrət" nəşriyyatı yaradılıb.
Naxçıvan Dövlət Universitetinin 2000-ci ildən fəaliyyət
göstərən Mətbuat xidmətinin əsasında Mətbuat
şöbəsi 2009-cu ildən etibarən uğurlu fəaliyyəti
ilə universitetlə KİV arasında əlaqələndirici
rol oynayır. 2006-cı ildən ayrıca kanalda
yayımlanması nəzərdə tutulan Universitet
televiziyası var.
2011-ci
ilin aprelindən nəşrə başlayan "Yeni Fikir"
qəzeti, yeni yaradılan "Nuhçıxan"
adlandırılan universitet radiosu, yenidən qurulan universitet
televiziyası (UTV), əyani vasitələr, multimedia və
audio-vizual texniki imkanlarla zəngin televiziya və radio tədris
kabinələri, Mətbuat şöbəsi və jurnalistika
kitabxanasını özündə cəmləşdirən və
ən nəhayət, bütün görülən işlərin
yekunu olaraq Media Mərkəzi açılıb.
İnformasiya-Kommunikasiya
Texnologiyaları Mərkəzi. İnformasiya-kommunikasiya
texnologiyaları şöbəsi (İKT) 2009-cu ildə
universitetin mövcud və gələcəkdəki informasiya
strukturunun etibarlı və müasir bir şəkildə fəaliyyətini
təmin etmək üçün qurulub. 2009-cu ildə
universitetdə "CİSCO texnologiyaları əsasında" bütün universiteti əhatə
edən lokal şəbəkə quraşdırılıb.
Universitet internetlə təmin olunan gündən bir çox
xarici universitetlərlə HD keyfiyyətli video
bağlantılar, telekörpülər qurulub.
Ali təhsil
ocağının rəsmi internet səhifəsi
yaradılıb. Universitetin həyatında gündəlik
baş verən bütün dəyişikliklər internet səhifəsində
yerləşdirilir. Universitetin internet səhifəsi
www.ndu.edu.az-dır. Mərkəzdə universitet kollektivinin
kompüter biliklərini artırmaq üçün bir
çox kurslar və seminarlar keçirilir. Koreya Beynəlxalq
Əməkdaşlıq Agentliyinin (KOİCA) universitetlə
birgə həyata keçirdiyi "Naxçıvan Dövlət
Universiteti üçün elektron təhsil şəbəkəsi
və rəqəmsal multimedia infrastrukturunun
yaradılması" layihəsi əsasında KOİCA tərəfindən
ayrılan 3 500 000 ABŞ dolları həcmində vəsait
hesabına Media Mərkəzi və İnformasiya-Kommunikasiya
Texnologiyaları Mərkəzi müasir tələblərə
cavab verəcək səviyyədə yenidən qurulmuşdur.
Tələbə
Hüquq Maarifləndirmə Mərkəzi sosial idarəetmə
və hüquq fakultəsinin hüquqşünaslıq
ixtisası üzrə tələbələrinin nəzəri
biliklərinin daha da möhkəmləndirilməsi, onların
praktikada tətbiqi və digər fakültələrin tələbələri
arasında hüquqi maarifləndirmə işinin
aparılması məqsədilə yaradılıb.
Mərkəz
hər tədris ilinin əvvəlində müxtəlif
ixtisasların tələbələri ilə söhbətlər
aparır və fəal tələbələri öz
üzvlüyünə qəbul edir. Üzvlüyə qəbul
könüllülük prinsipi ilə aparılır. Təşkilat
universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil
alan tələbələri üçün Naxçıvan
Muxtar Respublikası Vəkillər Kollegiyası ilə birlikdə
məhkəmə təlimlərinin təşkilini həyata
keçirir.
Tələbə
Turizm Assosiasiyası. 2011-ci ildən magistratura fakültəsinin
nəzdində fəaliyyət göstərən bu mərkəzdə
turizmlə bağlı layihələr işlənib
reallaşdırılır, konfrans, seminar və forumlar təşkil
olunur. Burada digər turist qurumları ilə əlaqələrin
qurulması, beynəlxalq turizm layihələrinə
qoşulmaq istiqamətində də iş aparılır. Tələbə
Turizm Assosiasiyası tələbələrin Azərbaycanın
zəngin təbii sərvətləri, qədim tarixi,
memarlıq abidələri, mentaliteti, əlverişli
coğrafiyası ilə tanışlıq məqsədilə
vaxtaşırı ekskursiyalar təşkil edir.
Azərbaycanşünaslıq
mərkəzi. Mərkəz 2012-ci ildə Azərbaycanın, o
cümlədən Naxçıvan Muxtar Respublikasının
tarixini, mədəniyyətini, iqtisadi əlaqələrini
öyrənmək məqsədilə yaradılıb. Mərkəzdə
magistraturada tədris olunan "Azərbaycanşünaslıq"
seçmə fənni ilə bağlı ədəbiyyatlar, əyani
vasitələr toplanıb.
Muzeylər
Universitet
dünyası muzeyi 1997-ci ildə yaradılıb. İlk fəaliyyətinə
200 eksponatla başlayan muzeydə hazırda minə yaxın
eksponat qorunub saxlanır. Burada toplanan sənədlər,
fotoşəkillər, elmi əsərlər, məqalələr,
dəvətnamələr, elmi nailiyyətlərə görə
verilmiş mükafatlar və başqa eksponatlar elmi və
pedaqoji fikir tariximizin nadir yadigarları kimi qorunur. Muzeyin
universitetdə "Məktəb
tarixi", "Botanika", "İdman", "Təbii sərvətlər"
adlı 4 filialı fəaliyyət göstərir.
Botanika
muzeyi 2003-cü ildə təşkil olunub. Muzey təbiətşünaslıq
və kənd təsərrüfatı fakültəsinin tərkibində
fəaliyyət göstərir. Muzeydə Naxçıvan
Muxtar Respublikası ərazisində bitən 200-dən
çox bitkinin herbarisi və həmin bitkilər haqqında
müvafiq elmi məlumatlar var. Burada dərman bitkilərinə,
həmçinin "Qırmızı kitab"a
düşmüş bitkilərə aid ayrıca bölmələr
təşkil olunub.
Zoologiya
muzeyi 2013-cü ildə tikinti
işləri başa çatdıqdan sonra yenidən təşkil
edilib. Muzeydə Naxçıvan Muxtar Respublikasının
"Qırmızı kitab"ına daxil edilmiş və
buraya daxil edilməyən, lakin
muxtar respublikanın faunasında mövcud olan növlərin
plakatları yaradılıb. Muzeydə müxtəlif heyvan
növlərinin müqəvvaları etiketlənərək tələbələrin
ixtiyarına verilib. Burada tələbələr texniki vasitə
və metodların köməyi ilə müxtəlif heyvan
növlərinin təyini, quruluşunu, yayılmasını
araşdırır, bilik və bacarıqlarını möhkəmləndirirlər.
Geologiya və
minerologiya muzeyində
Naxçıvan Muxtar Respublikasının geoloji
keçmişini, onun
poleocoğrafi şəraitini,
təbii sərvətlərini,
geoloji inkişaf tarixini əks etdirən 400-dən artıq mineral və suxur nümunələri əks etdirilir. Burada
texniki vasitə və
metodların köməyi ilə tələbələr müxtəlif mineralların tərkibini, kimyəvi və fiziki
xüsusiyyətlərini
araşdırır, bilik və bacarıqlarını
möhkəmləndirirlər.
Məktəb
tarixi muzeyi 1997-ci ildə məktəb tarixi kabineti adı ilə
fəaliyyətə başlayıb. 2007-ci ildən Məktəb
tarixi muzeyi adlandırılıb. Muzey əsas etibarı ilə
məktəb və pedaqoji fikir tarixində layiqli yer tutan
ictimai-siyasi xadimlər və pedaqoqların sənədləri
əsasında yaradılıb. Muzey pedaqoji ixtisaslarda təhsil
alan tələbələr üçün əsas tədris
mərkəzlərindəndir.
İdman
muzeyi 2000-ci ildə yaradılıb. Muzey Pedaqoji fakültənin
tərkibində fəaliyyət göstərir. Bu muzeydə
universitetin idmançı tələbələrinin respublika,
muxtar respublika və beynəlxalq yarışlarda
qazandığı kubok, fəxri fərman və diplomlar
nümayiş etdirilir.
Tələbə Həmkarlar Təşkilatı
Universitetin
Tələbə Həmkarlar İttifaqı Komitəsi
(THİK) öz nizamnaməsi və funksiyaları daxilində tələbələrin
dərsə davamiyyəti, nizam-intizam qaydalarına əməl
etməsi, onların sosial müdafiəsi, asudə
vaxtının səmərəli təşkili, iaşə
xidmətinin yüksəldilməsi, tələbələrlə
tərbiyəvi söhbətlərin və mədəni-kütləvi
tədbirlərin keçirilməsi, qabiliyyətli tələbələrin
aşkar olunması və onlara köməklik göstərilməsi
istiqamətində ardıcıl fəaliyyət göstərir.
THİK dövlət
gənclər siyasətinin prinsiplərini
reallaşdırmağa xidmət edir və fəaliyyətini əsasən
bir istiqamətdə qurub. THİK muxtar respublikada gedən
ictimai proseslərə fəal münasibət bildirməklə
universitetin ictimai həyatında yaxından iştirak edir. Təşkilat
həmçinin Tələbə evinə ehtiyacı olan tələbələrə
yer ayrılması barədə universitet rəhbərliyinə
müraciət edir, Tələbə evində yaşayanlar
üçün orderlər tərtib edir və təsdiqləyir,
Tələbə evində intizam qaydalarına əməl
olunmasına nəzarət edir.
THİK
universitetdə beynəlxalq tələbə həftəsinin rəngarəng
tədbirlərlə qeyd olunmasında da aparıcı rol
oynayır. THİK-in təşkilatçılığı
ilə bir sıra viktorinalar, intellektual oyunlar da keçirilir.
THİK
öz idarə heyəti ilə universitetin 480 nəfərlik Tələbə
evinə nəzarəti həyata keçirir. Burada yaşayan tələbələrin
asudə vaxtlarını səmərəli keçirmələri
üçün şərait yaradılıb. THİK
buradakı 20 nəfərlik oxu zalında mütaliə gecələri,
kitab müzakirələri keçirir, tələbələri
müasir informasiya-kommunikasiya texnologiyalarından, sürətli
Wi-Fi internet şəbəkəsindən istifadəyə cəlb
etməklə onların elmi biliklərinin,
dünyagörüşlərinin artırılmasına xidmət
edir. THİK idarə heyətinin
üzvləri muxtar respublika və ümummuniversitet tədbirlərinin
əsas təşkilatçıları və fəal
iştirakçılarıdırlar. THİK-in təşəbbüsü
ilə Tələbə evində əlamətdar tarixi günlərə,
milli bayramlara, Azərbaycan tarixində baş verən faciə
və soyqırımlara həsr olunmuş müxtəlif səpgili
tədbirlərin, disputların keçirilməsi və filmlərin
göstərilməsi və müzakirələri,
Naxçıvan Muxtar Respublikasının görməli yerlərinə,
tarixi-mədəniyyət abidələrinə, muzeylərinə,
istehsalat və sənaye müəssisələrinə
ekskursiyaların keçirilməsi ənənə
halını alıb.
Müxtəlif
idman tədbirləri də THİK-in təşəbbüsü
ilə reallaşdırılır.
Sağlam bədəndə sağlam
ruh olar
Hazırda
universitetdə tələbələrin fiziki tərbiyəsi
ilə məşğul olan Fiziki tərbiyə və idman
oyunları, Bədən tərbiyəsi və idman
kafedraları və Tələbə idman klubu fəaliyyət
göstərir.
Hər il
sentyabr-oktyabr aylarında I kurs tələbələri
arasında idmanın müxtəlif növləri üzrə
seçmə yarışlar keçirilir. Bu
yarışların məqsədi universitet fakültələrinin
rəhbərlərinin diqqətini tələbələrin
fiziki tərbiyəsinə yönəltmək və
istedadlı tələbələri universitetdə fəaliyyət
göstərən idman məşğələlərinə
cəlb etməkdən ibarətdir.
Eyni
zamanda yığma komandaları bacarıqlı
idmançılar hesabına komplektləşdirmək məqsədi
ilə hər iki ildən bir NDU-da universiada və
çempionat keçirilir. Bu tədris ilindən etibarən
idman klubu yaradılıb və 13 idman növü üzrə
təcrübəli məşqçilərin rəhbərliyi
altında dərsdənkənar məşğələlər
təşkil edilir. 2014-cü
ildə Azərbaycan ali məktəblərinin
Universiadasında universitetin sərbəst güləş və
badminton (qızlar)
komandaları III yerin sahibi
olublar.
2015-ci ildə
universitetin I kurs tələbəsi Tayfur Əliyev boks üzrə
Azərbaycan çempionu olub, Toğrul Həsənzadə isə
Azərbaycan Respublikası Ali Məktəblərinin XII
Respublika Universiadasında şahmat üzrə 51
iştirakçı arasında V yeri tutub.
Mədəni mühit
Universitetdə
Tələbə Teatr Studiyası fəaliyyət göstərir.
Bu studiyaya cəlb edilən müxtəlif fakültələrin
tələbələri tərəfindən 8 tamaşa,
müxtəlif ədəbi-bədii kompozisiyalar
hazırlanıb. Yaradıcı heyət Muxtar Respublikada, eləcə
də Türkiyədə keçirilən müxtəlif tədbirlərdə
mədəni-əyləncəli proqramlarla çıxış
edib.
Universitetdə
opera sənətinin inkişaf etdirilməsi, tələbələrin
vokal musiqi formalarına daha dərindən yiyələnmələri
məqsədilə Tələbə Opera Studiyası fəaliyyət
göstərir. Opera Studiyasının
hazırladığı Ü.Hacıbəyovun
"Arşın mal alan" operettası Türkiyənin bir
çox şəhərlərində, Rusiyada,
Gürcüstanda uğurla nümayiş olunub.
Universitetdə
son on ildə müxtəlif musiqi qruplarının da fəaliyyəti
diqqət mərkəzində olub. Belə ki, "Firuzə",
"Büllur" vokal qrupları, "Əcəmi",
"Gənclik", "Tələbə" instrumental ansamblları
müxtəlif proqramlarla
çıxışlar edirlər.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.-
11 aprel.- S.4-5.