İnformasiya Texnologiyaları

İnstitutunda elmi-praktik seminar

 

Aprelin 10-da  AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda "AzScienceNet: mövcud vəziyyəti, imkanları inkişaf perspektivləri" mövzusunda respublika elmi-praktik seminarı keçirilib.

AMEA-nın institut təşkilatlarının, respublikanın bir sıra ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyi tədbiri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev açaraq son illər ölkəmizdə elmin   təhsilin inkişafına yönəlmiş bir sıra mühüm əhəmiyyətli sənədlərin qəbul edildiyini bildirib. Həmin sənədlərdə  elmin informasiya təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində İKT-nin tətbiqi elektron elmin formalaşdırılması kimi mühüm vəzifələrin  müəyyənləşdirildiyini söyləyən direktor rəhbərlik etdiyi institutda bu istiqamətdə görülən işlərdən geniş söz açıb. Çıxışında AMEA ilə Təhsil Nazirliyi arasında yaranmış əməkdaşlığı təqdirəlayiq hal kimi dəyərləndirən Rasim Əliquliyev bunun elm təhsilin inteqrasiyasında əhəmiyyətli rol oynayacağını deyib. Diqqətə çatdırıb ki, seminarın keçirilməsində məqsəd elm təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter  şəbəkəsinin göstərdiyi xidmətlərlə bağlı ölkənin elm təhsil qurumlarını məlumatlandırmaqdır.

Qeyd olunub ki, AMEA korporativ şəbəkəsinin əsasında yaradılmış AzScienceNet elm-kompüter şəbəkəsi  elmi-tədqiqat, elmi-praktik   tədris məsələlərinin həyata keçirilməsində AMEA-nın institut təşkilatlarına, eləcə əməkdaşlarına genişzolaqlı İnternet, Wi-Fi, Eduroam, Cloud Computing, Hosting, e-mail, distant təhsil s. xidmətlər göstərir.

R. Əliquliyev AzScienceNet elm-kompüter şəbəkəsinin  həmçinin ölkəmizdə  formalaşmaqda  olan elektron elmin  şəbəkə platforması infrastrukturu kimi çıxış ediyini qeyd edib. Bildirilib  ki,  "Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə elmin inkişafı  üzrə  Milli  Strategiyanın  həyata  keçirilməsi  ilə  bağlı Dövlət Proqramı"  çərçivəsində  elmi fəaliyyətin  İKT  əsasında  yenidən  qurulması    inkişaf  etdirilməsi  istiqamətində  məqsədyönlü  işlər  görülür.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov çıxış  edərək  təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı görülən işlərdən söz açıb. Bu cür tədbirlərin keçirilməsinin təhsil ictimaiyyətinin İKT sahəsində bilgilərinin genişlənməsində, tətbiq edilən   yeniliklər barədə məlumatlanmasında əhəmiyyətli rol oynadığını deyib.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları və AzScienceNet-in mütəxəssisləri təqdimatlar ediblər. Təqdimatlarda AzScienceNet elm-kompüter şəbəkəsinin mövcud infrastrukturundan, göstərdiyi xidmətlərdən, yüksək hesablamayaddaş imkanlarından, elektron elmin inkişafında rolundan, ruminqbulud xidmətlərindən, şəbəkənin monitorinqi və təhlükəsizliyindən, beynəlxalq elmi mühitə inteqrasiyasından, habelə bu şəbəkədə formalaşan informasiya bazası üzərində elmi tədqiqat imkanlarından ətraflı söz açılıb.

Geniş diskussiyafikir mübadiləsi şəraitində keçən seminarın sonunda İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev iştirakçıların suallarını cavablandırıb. 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2015.- 11 aprel.- S.3.