Mütaliə - təhsilin prioritet

vəzifələrindən biri kimi

 

Mütaliə məsələsi hazırda cəmiyyətdə ən çox müzakirə olunan problemlərdən biridir. Ümumi mənzərə belədir ki, mütaliəyə, xüsusilə bədii ədəbiyyatın mütaliəsinə maraq son dərəcə azalmışdır. Bu hal bizdə digər ölkələrə nisbətən daha xoşagəlməzdir. Məsələn, təxmini hesablamalara görə, il ərzində bir yunan 25, isveçli 10, fransız türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu göstərici minimum səviyyədədir. ABŞ-da valideynlərin 87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün kitablar yoxdur (bax: Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə, "Kurikulum" jurnalı, 2014, ¹4). Mətbuatda, elmi-pedaqoji ədəbiyyatda bunun səbəbləri fəsadları haqqında çox yazılmışdır. Bir məsələdə hamı yekdildir ki, mütaliəsizlik ən çox təhsilə zərbə vurur, gənc nəslin müxtəlif yöndə inkişafına əngəl olur. Bugünkü gənc nəsil isə sabahın fəal vətəndaşı, gələcək inkişafımızın rəhnidir.

Mütaliə mədəniyyətinin formalaşdırılması inkişafı baxımından, heç şübhəsiz ki, məktəbin üzərinə böyük məsuliyyət düşür. Elə buna görədir ki, təhsil naziri cənab Mikayıl Cabbarov bu məsələyə dəfələrlə toxunmuş, çıxışlarında, müsahibələrində mütaliənin əvəzsiz rolunu dönə-dönə qeyd etmişdir. Mərkəzləşdirilmiş imtahanlarda bir çox hallarda yüksək nəticələr göstərən yaxud təhsildə uğurları ilə fərqlənən gənclərimizin öz fikirlərinin ifadəsində çətinlik çəkmələrini təhsil naziri onların mütaliəsinin zəif olması ilə əlaqələndirmiş Təhsil Nazirliyinin müvafiq strukturlarına, məktəb rəhbərlərinə şagirdlərin mütaliəsinin dövrün tələbləri səviyyəsində təşkili üçün tapşırıqlar vermişdir. Mütaliənin vacibliyi nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən 16 dekabr 2014-cü il tarixdə "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" əmr verilmişdir. Əmrdə məktəb qarşısında konkret vəzifə tələblər qoyulmuş, bu sahədə görüləcək işlərin konturları cızılmışdır.

Respublikanın qabaqcıl təhsil ocaqlarından biri, 2014-cü ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olan Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində sinifdənxaric oxu sahəsində əvvəldən müəyyən ənənə mövcud idi. Mütaliənin əvəzsiz rolunu qiymətləndirən BSU-nun keçmiş rektoru, akademik Kamal Abdullanın təşəbbüsü səyi nəticəsində bu problem həmişə diqqət mərkəzində olmuşdur. Hələ 2009-2010-cu tədris ilindən məktəbin tədris planında müvafiq dəyişiklik edilmiş V-IX siniflərdə həftədə bir saat olmaqla "Sinifdənxaric oxu" fənninin tədrisi müvəffəqiyyətlə aparılır. Bunun üçün kompleksin Azərbaycan dili ədəbiyyat kafedrasında proqram hazırlanmış bu sənəd həm kafedra iclasında, həm kompleksin elmi-metodik şurasında müzakirə təsdiq olunmuşdur. Proqramda o bədii əsərlərin oxusu nəzərdə tutulmuşdur ki, onlar orta ümumtəhsil məktəbinin ədəbiyyat dərsliklərində olmasın. Bununla yanaşı, bədii nümunələr seçilərkən şagirdlərin yaş maraq dairəsi, ümumdidaktik prinsiplər s. nəzərə alınmışdır. Sinifdənxaric oxu dərslərində öyrədilməsi nəzərdə tutulan əsərlərin siyahısı dərs ilinin əvvəlindən şagirdlərə təqdim olunur, dərs prosesində isə həmin bədii nümunə hərtərəfli (əsərin məzmunu, mövzusu, ideyası, müasir həyatla bağlılığı s.) təhlil edilərək mənimsədilir.

Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq göstərişlərindən yuxarıda qeyd etdiyimiz əmrindən sonra kompleksdə bu daha da canlandırıldı. Belə ki, əmr diqqətlə öyrənildi, məktəb kitabxanası daha da zənginləşdirildi məktəb rəhbərliyinin, kitabxana işçilərinin Azərbaycan dili ədəbiyyat kafedrası müəllimlərinin rəy təklifləri nəzərə alınaraq geniş tədbirlər planı hazırlandı. Təbii ki, burada əsas məsələlərdən biri hansı ədəbiyyatın seçilməsi problem idi. Bu işdə  əmrdəki göstərişlər əsas götürüldü. Mütaliəsi nəzərdə tutulan əsərlərin siyahısı tərtib olundu. Əsərlər seçilərkən çalışdıq ki, şagirdlər həm Azərbaycan (M.Ş.Vazeh, M.F.Axundzadə, C.Məmmədquluzadə, İ.Əfəndiyev, Anar, Elçin, Ç.Abdullayev s.), həm dünya ("Qabusnamə", H.K.Andersenin, M.Tvenin əsərləri s.) ədəbiyyatı nümunələri müxtəlif ədəbi növlər əhatə olunsun. Bütün sinif şagirdlərinin əhatə olunması nəzərdə tutuldu. Şagirdlər həvəslə işə girişdilər. Onlar əsərləri sevə-sevə oxuyur, müzakirələrdə fəallıq göstərir, səhnəciklərdə ürəkdən iştirak edirlər. Əsərlərdən seçilən fraqmentlərin teatrlaşdırılması, hazırlanan ədəbi-bədii kompozisiyalar, təşkil olunan disputlar şagirdlərin böyük marağına səbəb oldu. Bu işdə bizə valideynlər məktəb kitabxanası da yaxından kömək edir. Oxunan əsərlər əsasında yuxarı sinif şagirdlərinin təəssürat, rəy mülahizə xarakterli inşa yazıları təşkil edilir. Bu yaxınlarda prosesin yekunu olaraq, əmrdə göstərildiyi kimi, "Ən fəal oxucu", "Bədii əsər haqqında ən yaxşı inşa", "Bədii əsər barədə ən mükəmməl rəy" müsabiqələrinə yekun vurulacaq, oxuduqları əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqi müəyyən edilməklə onların arasında sağlam rəqabət mühitinin yaradılması təmin ediləcəkdir.

Təcrübə göstərir ki, mütaliə prosesinin bu şəkildə təşkili hər hansı bir əsərin təkcə öyrənilməsi ilə yekunlaşmır. Şagirdlər həm nəyi necə oxumağı, mütaliə zamanı hansı məsələlərə diqqət etməyi bədii əsərdən sərbəst şəkildə bəhrələnməyi öyrənirlər.

 

Akif MƏMMƏDOV,

BSU-nun Məktəb-Lisey Kompleksinin Azərbaycan

dili ədəbiyyat kafedrasının müdiri,

pedaqoji elmlər  üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan müəllimi.- 2015.- 18 aprel.- S.11.