Ən yaxşı müəllimin dərs nümunəsi

 

VI SİNİF

 

AZƏRBAYCAN DİLİ FƏNNİ

 

Bikə NƏCƏFOVA,

 

Bakı şəhəri 23 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi, "Ən yaxşı

müəllim" müsabiqəsinin (2009) qalibi

 

Mövzu: "Neman və Simnar"

Müasir dərsin xarakterik xüsusiyyətləri şagirdlərin fəallığı, yaradıcı axtarışlara qoşulması, öz bilik ehtiyatlarına və əvvəlki dərslərdən  öyrəndiklərinə istinad edərək hadisə və faktları təhliletmə, nəticə çıxarma, tətbiq və təqdim etmə qabiliyyətlərinə yiyələnməsi, idraki qabiliyyətlərinin inkişaf etdirilməsidir. Müasir  dərsdə müəllim əlaqələndirici, istiqamətverici, məsləhətçi, şagirdlər isə öyrəndiklərini təqdim və tətbiq etməyi bacaran yaradıcı subyektlər rolunda çıxış  edirlər. Müasir təlim metodlarından, İKT-nin  geniş imkanlarından səmərəli istifadə etməklə hər bir dərsdə bu xüsusiyyətləri reallaşdırmaq mümkündür.

Standartlar:

2.2.1,    3.1.2,    2.1.1,   1.1.2,   1.2.4.

Təlim nəticələri (məqsədlər):

1.Mətndəki hadisələrin davamıını proqnozlaşdırarkən müvafiq hissədəki  mühüm  məqamlardan çıxış edir.

2. Nəqli xarakterli mətnə məzmuna uyğun yeni epizodlar əlavə edir.

3. Kontekstə görə mənasını müəyyənləşdirdiyi sözün izahını lüğətdə verilmiş izahla müqayisə edir.

4. Öz fikirlərini də əlavə etməklə dinlədiklərini tezis şəklində ifadə edir.

5. Diskussiya zamanı problemlə bağlı fikirlərini bildirir.

İnteqrasiya: Ədəbiyyat, tarix.

Təlim forması: Kollektiv iş, qruplarla iş.

Təlim üsulu: "Əqli hücum" proqnozlaşdırılmış oxu, müzakirə.

Resurs: Dərslik, iş vərəqləri, kompüter, slaydlar.

Dərsin gedişi: Salamlaşma.Böyütmək üçün seçin

Ev tapşırığın yoxlanması:

Müəllimin təklifi ilə bir neçə şagird əvvəlki dərsdə ev tapşırığı olaraqverildiyini söyləyir və icra etdiyi tapşırığı təqdim edir.

Müəllimin şərhi:

Dərsin mövzu və məqsədlərinin elan edilməsi.

Motivasiya:

Motivasiya üçün  1, 2, 3-cü slaydlar  nümayiş etdirilir. Böyütmək üçün seçin

Sinfə sual:

Birinci slayddakı sözlər dahi şairimiz  Nizami Gəncəvini hansı cəhətdən səciyyələndirir?

Cavab:

Bu sözlər şairin  hansı dövrdə yaşadığını, harada anadan olduğunu,  hansı əsərləri yazdığını, əsərlərində kimləri və  nələri tənqid etdiyini aydınlaşdırır.

Tədqiqat sualı:

Hökmdar və sənətkara münasibət necə olmalıdır?

Tədqiqatın aparılması:

Sinif 3 qrupa bölünür,  qruplar "Əmək", "Zəhmət" və "Hünər" adlandırılır.

Müəllimin şərhi:

Tədqiqatı aparmaq üçün şagirdlərin qarşısına aşağıdakı tapşırıqlar qoyulur:

1.Mətnin hissələrini proqnozlaşdıraraq oxuyun (standart 2.2.1).

2.Kontekstə görə tanış olmayan sözlərin mənasını müəyyənləşdirin (standart 2.1.1).

3. Həmin sözləri izahlı lüğətdə verilmiş izahla müqayisə edin (standart 2.1.1)

Mətnin oxunması:

Dərslikdə verilmiş "NemanSimnar" mətni oxunur. Mətn hissələrlə oxunur və hər hissənin oxunuşundan sonra  4-cü slayddakı cədvəl üzrə aparılır.

Oxu prosesində "münəccim", "misl", "asiman", "ədəb-ərkan", "hüri", "peşkəş", "xələt" və  "qəsr" sözləri tanış olmayan sözlər kimi müəyyənləşdirilir.

Sinfə tapşırıq:

Sizə tanış olmayan bu sözlərin mənalarını araşdırın.

Araşdırma:

Şagirdlər Azərbaycan dilinin izahlı lüğətindən istifadə etməklə  həmin sözlərin ifadə etdiyi mənaları müəyyənləşdirirlər. Lüğət üzrə işdən məlum olur ki, "münəccim" - nücum elmi (astrologiya) ilə məşğul olan şəxs, astroloq, "qəsr"  - böyük imarət, şah sarayı,  "ədəb-ərkan" - ədəb, tərbiyə, əxlaq və nəzakət qaydaları, "misl" - bənzər, oxşar, tay, "hüri" - pəri, "peşkəş" - bəxşiş verilən, bağışlanan şey, "asiman" - göy, səma, "xələt" - hədiyyə, bəxşiş, mükafat deməkdir.

Qruplara tapşırıq:

Sonra şagirdlərin müstəqil işləri təşkil olunur.

"Əmək" qrupuna:

*Neman obrazını təhlil edin.

"Zəhmət" qrupuna:

*Simnar obrazını təhlil edin.

"Hünər" qrupuna:

*Mətndə dialoqda göy rəngli cümlə ilə başlanan hissəyə - Simnarın sözlərinə münasibət bildirin. Burada Simnarın onun nitqinin hansı xüsusiyyəti ortaya çıxır.

Məlumat mübadiləsi:

Qruplar tapşırıqlara hazırladıqları cavabların təqdimatını edirlər.

Məlumatın müzakirəsi:

Müəllim sinfə müzakirə üçün suallar verir:

1. Xalqın tarixində hökmdarın sənətkarın yeri.

2. Hökmdarın sənətkara münasibəti necə olmalıdır?

3. Sənətkarın hökmdara münasibəti necə olmalıdır?.

Müzakirə aparılır nəticə çıxarılır (standart 1.1.2).

Nəticə ümumiləşdirmə:

Şagirdlərin diqqəti tədqiqat sualına (Hökmdar  sənətkara münasibət necə olmalıdır?) yönəldilir. Cavablar ümumiləşdirilir.

Nəticədə bu qənaətə gəlinir ki:

1. İnsanın əsl dəyəri onun zəhməti ilə ölçülür.

2. "Sözün su kimi lətafəti var.

Hər sözü az demək daha xoş olar.

Bir inci saflığı varsa da suda

Artıq içiləndə dərd verir o da".

3. Hər bir insan öz üzərinə götürdüyü vəzifəni məsuliyyətlə heç bir mənfəət güdmədən yerinə yetirməlidir.

4. Dövlətin xəzinəsi ədalətdir.

Yaradıcı tətbiqetmə:

Müəllim:

Mətndən çıxan nəticəyə əsasən öz fikirlərinizi qısa esse şəklində ifadə edin.

Ev tapşırığı:

Evə araşdırma yönümlü tapşırıq verilir: Bu bölmədə oxuduğunuz mətnlərdən başqa mənbələrdən istifadə etməklə XII əsrin digər şairləri haqqında məlumat toplayıb təqdimatlar hazırlayın.

Qiymətləndirmə:

Qiymətləndirmə bu məqsəd üçün tərtib olunmuş xüsusi cədvəl üzrə aparılır. Bu zaman aşağıdakı bacarıqlar əsas götürülür.

1. Mətndəki məlumatları ümumiləşdirərək nəticə çıxarır.

2. Mətndə tanış olmayan söz ifadələrin mənasını lüğətin vasitəsi ilə müəyyənləşdirir.

3. Dinlədiyi oxuduğu mətnlərdən faktları ümumiləşdirərək nəticələr çıxarır.

4. Yazdığı mətndə fikirlərini məntiqi ardıcıllıqla ifadə edir.

 

Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.11.