Riyaziyyatdan nümunəvi
dərs
V SİNİF
RİYAZİYYAT FƏNNİ
Sevda PAŞŞANOVA,
Bakı şəhəri 23 nömrəli
tam orta
məktəbin riyaziyyat müəllimi
Mövzu:
Çoxluqlar
Standart:
1.1.4. İki sonlu çoxluğun birləşməsini və
kəsişməsini tapır
Təlim
məqsədi: Müəyyən qanunauyğunluqlar seçməklə
çoxluqlar yazır.
-
Çoxluğa daxil ola bilən və olmayan elementləri
müəyyən edir.
- İki
çoxluğun kəsişməsini və birləşməsini
onları təşkil edən elementlərə görə
müəyyən edir.
- İki
çoxluğun kəsişməsini Venn diaqramı ilə təqdim
edir.
İnteqrasiya: Azərbaycan dili, həyat bilgisi,
texnologiya.
Təlim forması:
Kiçik qruplarla iş.
Təlim
üsulları: "Beyin həmləsi", müzakirə.
Resurslar:
İKT, iş vərəqi, şəkillər, dərslik.
Vaxt
bölgüsü: Motivasiya - 5 dəq.
Tədqiqat
sualı və problemin həlli -
10 dəq.
Təqdimat
- 12 dəq.
Məlumatın
müzakirəsi - 5 dəq.
Nəticə
və ümumiləşmə - 5 dəq.
Yaradıcı
tətbiqetmə - 3 dəq.
Ev
tapşırığının verilməsi - 2 dəq.
Qiymətləndirmə
və refleksiya - 3 dəq.
Dərsin
gedişi: Salamlaşma. Əvvəlki dərsin qısa
sual-cavabla təkrarı.
Motivasiya:
Problemin qoyulması.
Müəllim:
Motivasiya şəkillər vasitəsilə qurulur. Şagirdlərə
aşağıdakı şəkilləri göstərib
suallar verirəm.
- Siz bu
şəkilləri necə başa
düşürsünüz? Bu şəkillər nəyi ifadə
edir?
Cavablar:
{1,2,3,4,5,6,7,8,9,10,11,.....} Ədədlər çoxluğu.
{a,ı,o,u,e,ə,i,ö,ü} Sait hərflər çoxluğu.
Tədqiqat
sualı: İki çoxluğun birləşməsi və kəsişməsi
nədir?
Müəllimin
şərhi: Dərs haqqında qısa şərh verirəm:
İki
çoxluqdan heç olmazsa birinin elementlərindən təşkil
olunmuş çoxluğa bu çoxluqların birləşməsi
deyilir. Məsələn, yaşıl, qırmızı və
göy rəngin birləşməsi nədir?
Şagirdlər
cavab verirlər: bayraq
İki çoxluğun ortaq elementlərindən
təşkil olunmuş çoxluğa bu çoxluqların kəsişməsi
deyilir.
A={2,4,6,8,10,12}, B={3,6,9,12,15}
A∩B={6.12}
Tədqiqatın
aparılması: Bu mərhələdə
şagirdlərə iş vərəqlərini paylayıram.
İş
vərəqi 1.
1. 50-dən
kiçik natural ədədlər çoxluğuna daxil olan,
5-ə bölünən ədədlər çoxluğunu,
3-ə bölünən ədədlər çoxluğunu, həm
3-ə, həm də 5-ə bölünən ədədlər
çoxluğunu Venn diaqramı ilə təqdim edin.
2. Sinifdəki
şagirdlərin 18 nəfəri ingilis, 12 nəfəri alman
dilini öyrənir. Bu şagirdlərin 6 nəfəri həm
ingilis, həm də alman dilini öyrənir. Sinifdə
neçə şagird var?
İş
vərəqi 2.
1.
İkirəqəmli natural ədədlər çoxluğuna
daxil olan, 10-a bölünən ədədlər
çoxluğunu, 15-ə bölünən ədədlər
çoxluğunu, həm 10-a, həm 15-ə bölünən
ədədlər çoxluğunu Venn diaqramı ilə təqdim
edin.
2. Sinifdəki
şagirdlərin 15-i riyaziyyat, 10 nəfəri tarix fənni
üzrə dərnəklərə gedir. Bu şagirdlərin 7
nəfəri həm riyaziyyat, həm tarixə gedir. Sinifdə
neçə şagird var?
İş
vərəqi 3.
1. 30-dan
böyük, 50-dən kiçik olan, 2-yə bölünən
ədədlər çoxluğunu, 3-ə bölünən ədədlər
çoxluğunu, həm 2-yə, həm də 3-ə
bölünən ədədlər çoxluğunu Venn
diaqramı ilə təqdim edin.
2. Sinifdə
30 şagird var. Bunlardan 18-i futbola,16-sı voleybola gedir.
Neçə şagird həm futbol, həm də voleybola gedir?
İş
vərəqi 4.
1. 30-dan
kiçik natural ədədlər çoxluğuna daxil olan,
2-yə bölünən ədədlər çoxluğunu,
5-ə bölünən ədədlər çoxluğunu, həm
2-yə, həm də 5-ə bölünən ədədlər
çoxluğunu Venn diaqramı ilə təqdim edin.
2. Sinifdə
25 şagird var. Bunlardan 15-i riyaziyyat,13-ü isə ədəbiyyat
dərnəyinə gedir. Neçə şagird hər iki dərnəyə
gedir?
İnformasiya
mübadiləsi: Bu mərhələdə
hər qrupdan bir nümayəndə qrup işini təqdim edir.
İnformasiya
müzakirəsi: Şagirdlərə bu gün öyrəndikləri
haqqında suallar verirəm:
1. İki
çoxluğun birləşməsi və kəsişməsi
nədir?
2.
Çoxluqların birləşməsi və kəsişməsini
Venn diaqramı ilə necə göstərmək olar?
Nəticə
və ümumiləşmə:
Tədqiqat sualına nəzər salaraq çoxluqlar
haqqında öyrənilən bilikləri ümumiləşdiririk.
Ev
tapşırığı:
(yaradıcı tətbiqetmə) Ev
tapşırığı olaraq daha çox şagirdlərdə
yaradıcılıq qabiliyyətinin üzə
çıxarılmasına kömək edən
tapşırıqlar verirəm. Böyütmək
üçün seçin
1. Azərbaycan
ərazisindən keçən çay adlarından ibarət
4 elementli çoxluq yazın.
2.
Şagirdlərə çoxluqların birləşməsi və
kəsişməsini gündəlik həyatımıza tətbiq
edərək bir neçə nümunə göstərmək
tapşırıram.
Qiymətləndirmə:
Qiymətləndirməni iki cür edirəm. Həm qrup
işini, həm də fərdi qiymətləndirmə
aparıram.
Azərbaycan müəllimi.- 2015.- 25
aprel.- S.11.