Qeyri-adi istedad
sahibinin rənglər
dünyası
Hər
bir rəssamın çəkdiyi rəsm onun daxili aləmini əks
etdirir, istedad və bacarığını, xasiyyət və
dünyagörüşünü xarakterizə edir.
Çünki hər kəs bu dünyanı öz duyumu ilə dərk edir. Yaradıcı
insanların bu təsəvvürü isə daha maraqlı və
rəngarəngdir. Qeyri-adi istedad sahibi Leyla Babayeva da təbiətdə gedən proseslərə rənglərin
gözü ilə baxır.
Bu
qızcığaz ilk dəfə
3 yaşı olanda əlinə fırça alıb. T. İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq
Sarayının "Uşaq dünyası" rəsm qalereyasında rəssamlıq sənətinin
sirlərinə yiyələnib.
Müxtəlif vaxtlarda beynəlxalq rəsm müsabiqələrində
iştirak edib. Bir çox diplom və fəxri fərmanlara
layiq görülüb. Fərqli mövzularda çəkdiyi rəsmləri
ilə yaşıdlarından fərqlənən Leylanın
əl işləri tamaşaçılarda həmişə
böyük maraq oyadıb.
İlk sərgisi 10 yaşında ikən T.İsmayılov adına
Uşaq-Gənclər Yaradıcılıq Sarayının
"Uşaq dünyası" rəsm qalereyasında keçirilib. Sərgidə rəngkarlıq,
qrafika janrlarında olan müxtəlif mövzularda rəsm əsərləri
nümayiş olunub.
Qeyd edək
ki, gənc istedadın Bolqarıstanda, Brüsseldə,
Vyanada rəsm sərgisi
keçirilib və ölkəmizi layiqincə təmsil edib. 2012-ci ildə
Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin
yaradılmasının 20 illiyi çərçivəsində
ölkəmizin Fransadakı səfirliyi və "Dirçəliş"
Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən gənc azərbaycanlı rəssamların
əsərlərindən ibarət sərgi keçirilib.
Parisdə keçirilən sərgidə 11 rəssamın 49 əsəri
nümayiş olunub.
O, Fransa
kimi bir ölkədə gənc azərbaycanlı rəssamların
əsərlərindən ibarət sərginin keçirilməsindən məmnunluq hissi keçirdiyini
bildirib və bu sərginin Azərbaycanı fransızlara tanıtmaq istiqamətində
atılan addımlardan biri kimi xarakterizə edib. Sərgiyə
gələn qonaqlar Leylanın rəsmlərini
seyr edərək məmnun qaldıqlarını bildiriblər.
Hazırda Leyla Babayeva 160 nömrəli klassik
gimnaziyada təhsil alır. Onun
70 -dən artıq müxtəlif janrlarda çəkdiyi rəsm tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Azərbaycan müəllimi.- 2015.- 25
aprel.- S.10.