Kitabxanada sərgi keçirilib

 

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür" mövzusunda kitab sərgisi açılıb. Sərgidə kitabxananın direktoru müavini Gülbəniz Səfərəliyeva çıxış edərək Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən,  bu günədək keçdiyi şərəfli inkişaf yolundan, əldə olunmuş nailiyyətlərdən, dilimizin zənginliyindən  bəhs edib.

 

Tədbirdə  Fəridə Hacıyeva, Səyyarə Məmmədli və başqa şairlər  Azərbaycan dilinə həsr etdikləri şeirlərini  söyləyibər.

 

Qeyd edək ki, iki yüzədək ədəbiyyatı özündə əks etdirən "1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür" mövzusuna həsr olunan  sərgi iştirakçıların böyük marağına səbəb olub.

 

Sifai SƏFƏROVA

Azərbaycan müəllimi.- 2015.- 8 avqust.- S.7.