85 illiyini qeyd edən UNEC: İnnovativ
təhsil sistemi yaratmaq əzmindəyik
Bu gün bizim hər birimiz üçün doğma olan Azərbaycan Dövlət İqtisad Universitetinin 85 yaşı
tamam olur. Bu şərəfli illərin
səhifələrinin yazılmasında
bu və ya digər dərəcədə
rolu, əməyi olan hər birimizin
bayramıdır.
İllərin sınağından keçən
universitetimiz bu gün Cənubi Qafqazın ən böyük iqtisadyönümlü
ali təhsil
müəssisəsidir. İqtisad elmi
sahəsində intellektual
kadrların, zəngin
bilik mənbələrinin,
tədris təcrübəsinin
cəmləşdiyi təhsil
ocağıdır. Maddi-texniki
bazası, təlim-metodik
vəsaitlər və
bir sıra digər istiqamətlər
üzrə bir çox regional universitetlərə
örnək ola
biləcək ali təhsil mərkəzidir.
İqtisad Universitetində Azərbaycan
elminə böyük
töhfələr vermiş
və xidmətlər
göstərmiş qocaman
professorlar çalışır.
Ölkəmizdəki iqtisadçı alimlərin böyük hissəsi məhz bu universitetdə fəaliyyət göstərir.
Biz həyatının böyük hissəsini Azərbaycan Dövlət İqtisad Universitetinə həsr edən və universitetin bu səviyyəyə çatmasında böyük
rolu olan iqtisadçılarımız, qocaman
professorlarımızla fəxr
edirik.
Təhsilin güzgüsü müəllimlərdir. Tədrisin keyfiyyəti
müəllimin keyfiyyətinə
bağlıdır. Ona görə
də UNEC-də müəllim potensialının
artırılması universitetin
strateji hədəfidir.
Bunu nəzərə alaraq UNEC-də mövcud müəllim potensialının
reallaşdırılmasının maksimallaşdırılması, eləcə də təkmilləşdirilməsi istiqamətində
xeyli işlər görülür. Ali məktəbimizdə
“Gənc müəllimlər”
layihəsinə start verilib.
Son iki ildə
147 gənc müəllim
universitetimizə cəlb
olunub. Eləcə də “Gənc
professorlar” layihəsini
reallaşdırırıq. Keçən il
6, bu il isə 2 gənc fəlsəfə doktoru bu layihəyə daxil edilib. Əldə etdiyimiz
razılaşmaya görə,
təcrübəli müəllimlərimizdən
15 nəfəri qış
tətilində Türkiyənin
müxtəlif universitetlərində
təcrübə mübadiləsi
keçəcək. Həmçinin
30 müəllimimizə qış
tətilində Harvard Universitetinin
professoru, eləcə
də 100 müəllimimizə
Abu Dabinin Paris-Sorbona Universitetinin professorları
təlim keçəcək.
Son iki ildə universitetimizdə
əməkhaqqı 3 mərhələdə
artırılıb və
ali təhsil
müəssisələri arasında
universitetimizin pedaqoji heyətinin orta əməkhaqqı ən yüksək göstəriciyə
malikdir. Təbii ki, bu son hədd deyil. Əməkdaşların maaşlarının artırılması istiqamətində
də işlər gedir.
Qeyd edim ki, artıq UNEC-in intellektual məhsulu olan diferensial əməkhaqqı sisteminin
tətbiqinə başlanılıb. Bu sistem universitetlər arasında ilk dəfədir
ki, tətbiq olunur. Əməkhaqlarına diferensial əlavələrin
edilməsində əsas
məqsəd pedaqoji heyətin motivasiyasını
təmin etmək və müəllimlər
arasında rəqabət
mühitini gücləndirməkdir.
Qaydalara əsasən,
heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi
onların universitetdəki
elm, tədris və özünüinkişaf fəaliyyət
istiqamətləri üzrə
həyata keçiriləcək.
Hər tədris ilinin may ayının 31-dən
növbəti ilin müvafiq tarixinə qədər toplanan ballara əsasən müəllimlərin əməkhaqlarına
əlavələr olunacaq.
Əlavələr mövcud əməkhaqqının
1-2 misli qədər nəzərdə tutulub.
UNEC-də elektron
universitet modelini reallaşdırırıq. Layihənin əsas
üstünlüyü ondan
ibarətdir ki, tələbələr müəllimlərin
tədris materiallarına
çıxış imkanı
əldə edəcəklər.
Yeni tədris ilindən əcnəbi tələbələrin yenidən
hazırlıq və ali təhsil
üzrə qəbulu da elektron formada
həyata keçirilib.
Təhsilin keyfiyyətinin artırılması
yollarından biri də dünyada ən müasir təhsilin universitetimizə
gətirilməsidir. Bununla bağlı
London Universiteti/London İqtisadiyyat
Məktəbinin beynəlxalq
proqramlarını xüsusilə
qeyd etmək istəyirəm. Artıq sentyabr
ayından UNEC-də
London Universiteti/London İqtisadiyyat
Məktəbinin proqramı
əsasında 6 tələbə
təhsil alır.
Həmin
tələbələr təhsilini
bitirdikdən sonra
London Universiteti/ London İqtisadiyyat
Məktəbinin diplomunu
əldə edəcəklər.
UNEC Fransanın ən
nüfuzlu tarixi universiteti olan Monpelye Universiteti ilə ikili diploma dair razılıq əldə edib. Yaxın vaxtlarda
müqavilənin imzalanması
tamamlanacaq. Həmçinin Azərbaycan təhsilinin xaricə inteqrasiya edilməsi istiqamətində
nailiyyətlər əldə
etmişik. MDB məkanında ilk dəfə
olaraq məhz UNEC-ə
Rusiya Federasiyasının
ərazisində təhsil
xidmətlərinin göstərilməsi
hüququ verilib.
Cari ilin noyabr ayından
etibarən RF-nin Təhsil və Elm Nazirliyi tərəfindən
UNEC-in Dərbənd filialına
lisenziya verilib.
Azərbaycan tarixində ilk dəfə
olaraq, universitimiz Avropa İttifaqına üzv ölkədə - Yunanıstanın Qərbi
Makedoniya Texnoloji Təhsil İnstitutu ilə birgə kadr hazırlığını
həyata keçirir və birlikdə magistr hazırlığı
proqramını reallaşdırmağa
başlayıb.
Qürur duyduğumuz proqramlardan biri də MBA proqramıdır. MBA proqramı
tamamilə yenilənib
və beynəlxalq tələblərə cavab
verən səviyyədədir.
MBA proqramında hazırladığımız
proqramlar dünyanın
ən nüfuzlu 5 universiteti - ABŞ-ın
Park Universiteti, Almaniyanın
Drezden Texniki Universiteti, İsveçrənin
UBİS Universiteti, Kanadanın
Vaterloo Universiteti,
ABŞ Qərbi Texasın
A&M Universiteti tərəfindən
yüksək qiymətləndirilib.
Magistratura pilləsində tədrisin
təşkili üçün
mövcud proqramlar tamamilə yenilənir, doktorantura pilləsində
də qəbuldan müdafiəyə qədər
bütün mərhələlərin
şəffaf və obyektiv həll edilməsinə imkan verən zəruri sənədlər hazırlanıb.
Doktorantura pilləsinə
qəbulda yeni qaydalar ondan ibarətdir ki, fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən
qəbul imtahanı artıq British Council tərəfindən
həyata keçiriləcək.
Sevindirici haldır ki,
universitetimizin doktoranturasına
diqqət və maraq artıb. Bu il sənəd
verənlərin sayı
rekord səviyyədə
- 104 nəfər olub.
Müəllimlərimizin ekspert qismində fəaliyyət göstərməsinə
təkan vermək üçün yeni bir jurnal - “UNEC Ekspert” jurnalını təsis etmişik. Növbəti ilin birinci rübündə
jurnal işıq üzü görəcək.
Azərbaycan Dövlət İqtisad Universiteti yeni layihəyə - iqtisadçı
alimlərin və praktiklərin “diskurs.az” virtual iqtisadi
forumu layihəsinə
start verib. Layihənin məqsədi ən
aktual iqtisadi məsələlərin müzakirəsini
təşkil etmək
üçün Azərbaycanın,
eləcə də tanınmış xarici iqtisadçıların bir
araya gələ biləcəkləri məkanın
yaradılmasıdır. “Diskurs.az” maraq kəsb
edən məsələlərə
dair materialları həm yerləşdirməyə,
həm də onları qiymətləndirməyə
və şərhlər
əlavə etməyə
imkan verir. Virtual iqtisadi forumda
iqtisadi proseslərin ekspert icmalı təqdim ediləcək, müxtəlif iqtisadi məsələlərə aid müvafiq
ekspertlərin rəy və təklifləri dərc olunacaq, eyni zamanda istifadəçilərə
öz maraq dairələrinə uyğun
əlavə rubrikalar yaratmaq imkanı da veriləcək. İstifadəçilər Azərbaycanda elə
bir unikal intellektual meydançanın
iştirakçılarına çevriləcəklər ki,
orada iqtisadiyyatın və biznesin aktual məsələlərini
ölkənin aparıcı
iqtisadçı alimləri
və müxtəlif sahələrin mütəxəssisləri
ilə birbaşa müzakirə edə biləcəklər.
Forum debatlar aparmağa
imkan yaradan bir platforma rolunu
da oynayacaq. Burada mütəxəssislər
müxtəlif iqtisadi
məsələlərə dair müzakirələr apararaq müştərək
təkliflər formalaşdıra
biləcəklər. Debatlara müxtəlif
iqtisadi məktəblər,
habelə müstəqil
ekspertlər dəvət
edilə bilərlər.
Elektron forum həmçinin
iqtisadçılarla daimi
əks-əlaqə üçün
vasitə rolunu oynayacaq və istər Azərbaycanın,
istərsə də xarici ölkələrin vətəndaşları arasında
müxtəlif mövzulara
aid sorğular keçirməyə
imkan verəcək.
Layihə eyni zamanda müəyyən
tədris elementini də özündə daşıyır. Belə ki, tələbələrimiz
müzakirələri izləmək
və onlardan faydalanmaq imkanını əldə edirlər.
İqtisad Universitetinin yeni “UNEC Ekspert” jurnalı diskurs.az-da yerləşdiriləcəkdir.
Bu günlərdə universitetimiz
daha bir ilkə imza atıb. Bu, türk dünyası iqtisadçıları
tarixində əlamətdar
bir hadisədir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Beynəlxalq Türk Akademiyasının əməkdaşlığının
nəticəsi olaraq Türk Dünyası İqtisadçılar Birliyi
təsis edildi. UNEC bu Birliyin
katibliyi funksiyasını
yerinə yetirəcək.
Əminəm ki, türk dünyası iqtisadçı
alimlərini bir araya gətirmək və tədqiqatlar aparmaq istiqamətində
TDİB-nin çox böyük rolu olacaq.
Bütün bu yeniliklərin
nəticəsidir ki, universitetimiz “Webometrics” beynəlxalq reytinq sisteminin açıqladığı
reytinq sıralamasında ölkə
universitetləri arasında
birinci yerə yüksəlib.
Bu nailiyyətlər bizi
sevindirir, amma qane etmir. Ölkə Prezidenti
İlham Əliyevin qarşıma qoyduğu vəzifəni - Azərbaycan
Dövlət İqtisad
Universitetinin dünya səviyyəli universitetə
çevrilməsini icra
etmək üçün
bütün gücümüzü
səfərbər edəcəyik.
Əminəm ki, UNEC yaxın
gələcəkdə “QS” reytinqində Top-1000 universitet
sırasına yüksələcək.
Ədalət MURADOV,
Azərbaycan Dövlət İqtisad
Universitetinin rektoru, professor
Azərbaycan müəllimi.-2015.-
26 dekabr.- S.6.