Dünyada elə dahi tapılmaz ki...

 

Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik zirvəsinə gedən yolun mahir bələdçisi müəllimdir. Dünyada elə bir dahi tapılmaz ki, onun yoluna nur səpən müəllim olmasın, o, dahi müəllimdən dərs almasın. Aqillərimiz deyiblər ki, bağ bağbansız, bəşər övladı müəllimsiz keçinə bilməz!  Müstəqil dövlətimizin tərəqqisi üçün inkişaf etmiş qabaqcıl ölkələrin ziyalıları səviyyəsində dura biləcək, sağlam düşüncəli vətəndaşlar yetişdirmək, tərbiyə etmək, onları həyata hazırlamaq həmişə olduğu kimi, bu gün də müəllimin qarşısında duran başlıca vəzifələrdən biridir. 

Hazırda dünyada gedən qloballaşma prosesi respublikamızın ictimai-siyasi həyatına təsir göstərdiyi kimi təhsil islahatlarında da özünü qabarıq şəkildə göstərir.

Təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi,  beynəlxalq standartlara cavab verməsi, milli-mənəvi dəyərlərin çağdaş dünyaya inteqrasiyası bu gün hər bir təhsil işçisini dərindən düşündürməli, onu yeni texnologiyalardan bacarıqla istifadə etməyə yönəltməlidir. Bu vəzifənin icrası müəllimin üzərinə düşür. Dərin və  hərtərəfli biliyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünya görüşünə malik olanonu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq,  soykökünə, Azərbaycan xalqının azadlıq demokratiya ənənələrinə sadiq qalan, xalqın milli əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onları göz bəbəyi kimi qoruyan, Vətənini, torpağını, millətini, dilini, dinini sevən, onu həmişə ucaltmağa çalışan, dövlətinə, dövlətçiliyinə sadiq olan, sağlam yurddaşlar yetişdirmək müəllimlərin arzusudur. Bəşəriyyətin ən görkəmli dahiləri müəllimin fəaliyyətinə, onun cəmiyyətin inkişafındakı roluna tərəddüd etmədən həmişə yüksək qiymət vermişlər.

Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev demişdir:

Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri belə hesab edirlər ki, hər adam müəllim ola bilər. Əslində bu belə deyil. Müəllimliyə gedən adamın zəngin biliyi, dərin, saf vətəndaşlıq vicdanı, sənətkarlıq məharəti olmalıdır. Müəllim bütün  xalqın hörmət etimadını qazanmışdır. Cəmiyyətimizin ümidi, gələcəyi olan uşaqların təlim-tərbiyəsi kimi ən mühüm, ən vacib ona etibar edilmişdir. Müəllim öz biliyini, təcrübəsini, qiymətli nəyi varsa, hamısını şagirdlərinə, xalqına bəxş edir. Mən dünyada müəllimdən şərəfli ad tanımıram. Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında kimi rolu olduğunu bilir onu qiymətləndirir. Mən isə bütün varlığımla, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam”.

Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var”. Bununla bərabər, xalq müəllimin qarşısında yüksək tələblər qoymaqda haqlıdır. insana daim təsir göstərən müsbət  mənfi amilləri formalaşdıran ailə, məktəb ictimaiyyətdir. Burada məqsədyönlülük vahid istiqamətə yönələn təsirlərin cəmi həlledici rol oynayır. Güc, enerji, məqsəd təsir birliyi bizi son məqsədə-təhsil islahatlarını dönmədən həyata keçirməyə imkan verir. Bundan ötrü respublikamızda hər cür imkan şərait, əvəzi olmayan zəngin həyat təcrübəsi var. Bu gün bütün pedaqoji kollektivlərin qarşısında duran əsas vəzifə mövcud imkanlardan maksimum yaradıcı istifadə etməkdən ibarətdir.

Müəllim sinifdə çevik, gözüaçıq, hər bir şagirdə qarşı diqqətli olmalıdır.

Müəllimin savadı, dünyagörüşü, həyat hadisələrindən baş çıxarması, dözümü, təşkilatçılıq bacarığı olmasa onun dərsi həmişə maraqsız cansıxıcı olacaq. Ulu Zərdüşt demişdir:

Pis müəllim şüuru korlayır, ağılın inkişafını ləngidir, təlim-tərbiyəni fəsada çevirir”.

Bu gün ölkəmizdə təhsil islahatı uğurla həyata keçirilir, bütün sahələrdə yeniləşmə gedir. Əlbəttə, bu yenilik, yeni üsul, yeni təlim təhsil sahəsində özünü göstərir. Köhnə, maraqsız, ənənəvi metodlardan uzaqlaşmaq lazımdır. Yeni təlim həyatın tələbidir. İnteraktiv təlim şagirdlərin bir-biri ilə əməkdaşlıq etməsinə, bir-birini hörmətlə dinləməsinə şərait yaradır.

Mən istərdim ki, müəllimlik peşəsini ucuzlaşdırmamaq üçün müəyyən qabiliyyət imtahanları tətbiq edilsin, bu peşəni seçənlərin bilik səviyyəsi, dözümü, təşkilatçılıq bacarığı, həvəsi nəzərə alınsın. Axı gələcəyimiz müəllimin intellektual səviyyəsindən, savadından, dünyagörüşündən, həyat hadisələrindən baş çıxarmasından asılıdır.

Bu gün Təhsil Nazirliyinin atdığı cəsarətli addımı alqışlayıram. Müəllimlərin imtahan verməsi ilə təhsilimizdə bir saflaşma, bir paklaşma yaranacaq. Savadsız, öz üzərində çalışmayan, köhnəlikdən əl çəkməyən, yeniliklə barışmayan müəllimlərdən xalqın canı qurtaracaq.

Bu gün təhsil işçilərinə dövlət qayğısı göz qabağındadır. Mənim yaşadığım işlədiyim Sumqayıt şəhərində təhsilə yönəldilən məqsədyönlü işlər dövlət qayğısının bariz nümunəsidir. Bütün məktəblərin dam örtüklərinin əsaslı təmiri, bir sıra məktəblərdə qazanxanaların tikilməsi, istilik sistemlərinin yenidən qurulması böyük irəliləyişdən xəbər verir.

Möhtərəm Prezidentimiz cənab İlham ƏliyevinUşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə işləməlidirlərfikri bu gün artıq reallığa çevrilmişdir. Müəllimlərin əməkhaqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla  təltif edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsil işçiləri üçün böyük stimul olmaqla yanaşı, məsuliyyətini artırır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdəƏn yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllimmüsabiqələri keçirilir. Qalib gələn hər məktəbə 10 min manat, hər müəllimə 5 min manat birdəfəlik pul mükafatı  verilir. Bu da müəllimin ictimaiyyət arasında nüfuzunu artırır. Sumqayıt şəhərində 19 ümumtəhsil məktəbi, “Ən yaxşı ümumtəhsil məktəbi”, 36 nəfərƏn yaxşı müəllimmüsabiqələrinin qalibi olub. Müstəqillik dövründə 27 nəfərAzərbaycan Respublikasının əməkdar müəllimifəxri adına, 27 nəfərTərəqqimedalına, 1 nəfər isə Prezident təqaüdünə layiq görülmüşdür.

Minarə Tahirova, Ofelya BabayevaŞöhrətordeni ilə təltif olunmuşlar. 2001-2014-  illərdə  ali məktəblərə qəbul zamanı yüksək bilik nümayiş etdirən Sumqayıt şəhər məktəblərinin 102 məzunu Prezident təqaüdünə layiq görülmüşdür.

Azərbaycan müəlliminin şərəfli adını daha da  yüksəltmək, gələcəyimiz olan şagirdlərə dərin bilik vermək hər bir müəllimin Vətən qarşısında, xalq qarşısında mənəvi borcudur. 

 

Əvəz Mahmud Lələdağ,

Sumqayıt Dövlət Universitetinin

Pedaqoji təcrübənin rəhbəri

 

Azərbaycan müəllimi.- 2015.- 5 dekabr.- S.8.