Məktəblərə analitiklər
lazımdır
Uşaqlarda XXI əsrin
vərdişlərinin inkişaf etdirilməsi təcrübəsindən
Yalnız son vaxtlarda qeyri-akademik bacarıqlar - tənqidi düşüncə, komandada işləmək vərdişləri, müştərək iş, kompüter savadlılığı barədə ciddi surətdə danışmağa başlayıblar. Standartlaşdırılmış testlərin məktəblərə axını davam edərkən bütün ölkələrdən olan ekspertlər rəqəmsal dünyada yaşam üçün zəruri olan məktəbli vərdişlərini necə inkişaf etdirmək haqqında düşünürlər. Avstraliyanın Melburn Universitetinin professoru, “ATS21S” tədqiqat layihəsinin qurucusu və Təhsili Qiymətləndirmə Tədqiqatları Mərkəzinin direktoru Patrik Griffinin sözlərinə görə, məktəbli vərdişlərini necə inkişaf etdirmək məsələsi bu gün çox ciddi məsələ kimi aktualdır. Onun bu məqaləsinin müəllimlərimiz üçün də maraqlı ola biləcəyini düşünürük.
Gələcəkdə bizə lazım olacaq bacarıqlar barədə çox danışırlar. Tədqiqatçılar bu vərdişlər nə olan şeydir, onlar nə qədərdir və birmənalı olaraq necə adlandırılır məsələsində, nəhayət, razılığa gələ biliblərmi?
Hər bir ölkədə vərdişlər dəsti fərqlənir, lakin onların XXI əsrdə bizim üçün zəruri olacaq vərdişlərlə - rəqəmsal mühitdə tənqidi düşünmə, ünsiyyət bacarıqları və komanda halında işləmək, yaradıcı yanaşma, bacarıq, davranışla əlaqəsi var. Sinqapur təhsil sistemi məhz bunu tələb edir. Oxşar tədqiqatlar Avropa, Böyük Britaniya, Avstraliya, Cənubi Amerikanın ispandilli ölkələrində aparılır.
Səbəblərdən biri iqtisadiyyatdır. Böyük şirkətlər biliklər iqtisadiyyatına əsaslanan müasir dünyada işləməyə və yaşamağa hazır olmayan universitet məzunlarından narazıdırlar.
1995-ci ildə mən “Məktəb nailiyyətlərinin
monitorinqi” (Monitoring School Achievements) adlı bir kitab yazdım. Bu kitabda sənaye iqtisadiyyatından
postsənaye iqtisadiyyatına keçidi təhlil etməklə
məktəbin inkişafının gələcəyini
proqnozlaşdırmağa çalışdım. Sənaye əsrində hakimiyyət əmək məhsullarına nəzarət edirdi. Karl Marks isə sənaye cəmiyyətində
ən böyük dəyərlərin əsl
daşıyıcıları olan muzdlu fəhlələri öz maraqlarını qorumağa,
necə müdafiə etməyi
öyrənməyə
çağırırdı.
Müasir informasiya cəmiyyətində isə
Marks kimi insanların yerində müəllimlər durur.
Məsələn, bizim əlimizdədir ki,
insanlar KİV -ə bütün məlumatlar üzərində
nəzarət etməyə imkan verməsinlər və tənqidi
təfəkkür vərdişlərinə malik olsunlar. İnsanın iş yerini necə dəyişdiyini
izləmək olar, əvvəlcə
bu ferma, sonra fabrik, daha sonra
ofis, sonda isə, nəhayət, virtual iş yeri. Təhsil sistemi onlarla eyni zamanda dəyişməlidir.
Əgər bu sistem əvvəlki kimi faktları əzbərləmə
səviyyəsində qalsa, heç vaxt insanları həyata hazırlaya bilməz. Bizim dünyadakı vəziyyətimiz informasiyaya olan
münasibətimizlə müəyyən edilir. Kimsə onu istehsal edir, kimsə yayır, kimsə,
sadəcə, istifadə edir.
Hətta
bacarıqların vacibliyini anlayan müəllimlərə belə, çox sıx tədris
proqramında işləmək üçün vaxt tapmaq
çətindir.
Şagirdlər
çox vaxt, xüsusən də texniki vərdişlər sahəsində müəllimləri
üstələyirlər, Nəticədə müəllimlər
öz diqqətlərini əsasən təhsil uğurları az olan uşaqlara yönəldirlər.
Uğurlu uşaqlar isə öz-özlərini təqdim
edə bilirlər. Müəllim şagirdə yalnız öz bildiklərini
öyrədə bilər. Elə ki səviyyələr bərabərləşir,
tədris prosesi dayanır.
Yeganə görə biləcəyimiz iş uşaqlara
müstəqil və motivasiya olunmalarında köməklik
göstərməkdir. Müəllim uşaqlara qeyri- müəyyənlikləri
öyrədən, hər şeyə
yaradıcı yanaşan, informasiyanı tənqidi təhlil edən, digər insanlarla işləməyi və əməkdaşlıq
etməyi bacaran, ünsiyyətcil,
səbirlə işləməyi bacaran bir
insan olmalıdır. Gələcək
işəgötürənlər məhz bu cür
insanları tələb edirlər.
Siz XXI əsrin zəruri vərdişlərini sadalaya bilərsinizmi? Onlar dəyişir və ya dəyişməz
olaraq qalır?
Əlbəttə, onlar daim dəyişir. 2009-cu ildə biz uşaqlara gələcəkdə
lazım olacağı nəzərə alınaraq bu vərdişləri belə
ümumiləşdirdik:
komandada işləmək bacarığı, texnologiyalardan baş
çıxarmaq, həmkarları
ilə konstruktiv əməkdaşlıq etmək. Söhbət rəqəmsal
texnologiyaların tam sirayət etdiyi
sosial mühitdə yaşamaq,
başqa mədəniyyətlərə hörmət etmək
bacarığından gedir, çünki rəqəmsal dövrdə sərhədlər
yox olur. 2015-ci ildə isə
Dünya Təhsil
Forumu üç zəruri
biliklər qrupunu
vurğulamaqla təxminən
eyni nəticələrə gəldi. Beləliklə, XXI əsrin
bacarıqlarını belə qruplaşdırmaq olar: savadlılıq - dillər üzrə baza bilikləri, hesablama,
maliyyə, elm və mədəniyyət; səriştələr - tənqidi
düşüncə, problemi həlletmə, yaradıcı
düşüncə, əməkdaşlıq; şəxsi keyfiyyətlər -
maraq, təşəbbüskarlıq, əzmkarlıq, liderlik.
Gərəkli vərdişlər məktəblərdə
tezliklə tədris olunacaqmı?
Biz vərdişlərin qiymətləndirilməsi
sisteminin və birgə
tapşırıqların
şagird nailiyyətlərinin
beynəlxalq qiymətləndirməsində (PISA) nəzərə
alınmasını təklif etdik, lakin onların çox sərt
5 illik planlaşdırma dövrü
var. Biz gözləməli olduq və bu, bizə müxtəlif oyunlar düşünərək
uşaqların öz aralarında bir-biri ilə necə
işləmələrinə dair
çox böyük həcmdə məlumatlar
toplamağa imkan verdi. Və başa düşdük ki, təhsili adamlar arasında birbaşa ünsiyyət
yaradılması ilə məhdudlaşdırmaq
lazım deyil, buna görə də
biz qarşılıqlı fəaliyyətin digər növlərini ölçmək
üsullarını
axtarırıq. Ola bilsin ki, kollektiv iş tələb edən
məsələlərin tədrisə daxil edilməsi reytinqdə
qüvvələrin mövqeyinə təsir etsin. Hələlik
isə bu vərdişlər üzrə tədrisin şagirdlərin məktəb proqramına daxil edilməsi
azı 10-15 il vaxt çəkəcək.
İndi nə etmək olar?
Təhsil
sistemi hədsiz
dərəcədə ətalətlidir. Apple şirkətinin rəhbəri
Stiv Cobs kimi insanlar
universitetlərdən
gedirdilər, çünki onlar hiss edirdilər ki,
onları nə isə əvvələ, geriyə, keçmişə
çəkir. Yaxın Şərqə baxın: universitet məzunlarının təxminən 60 faizi işləmir və onların
çoxu heç vaxt iş tapa
bilməyəcək. Avstraliya
iqtisadiyyatı
resursların Çinə
satılması üzərində qurulub, lakin XXI əsrin
çağırışlarına cavab vermək
üçün onu dəyişdirmək
lazımdır. Korrupsiya məhz ona görə çiçəklənir
ki, insanların bir çoxu manipulyasiyalara müqavimət göstərməyi
və tənqidi düşünməyi bilmirlər. Təhsil
sistemini dəyişmək üçün kadrları tam dəyişmək lazımdır: məktəblərdə nənələr deyil, dəyişiklikləri izləməyi,
məlumatları təhlil etməyi bacaran insanlar işləməlidir. Biz indi bunu öyrənməyə
başlayırıq. Rusiyada əlavə təhsil sistemi çox
inkişaf edib. Hazırda
valideynlərə müxtəlif təkliflər gəlir, uşaqlarda XXI əsrin vərdişlərinin inkişaf etdirilməsi vəd
olunur. Lakin əgər mütəxəssislər bu vərdişlərlə
uşaqları necə öyrətmək və bu cür təlimin
keyfiyyətini necə qiymətləndirməyi tam müəyyən
edə bilməyiblərsə,
valideynlər bu cür təklifləri
necə süzgəcdən keçirsinlər? Bu barədə
“Economist “ jurnalı öz tədqiqatında yaxşı
yazmışdır: təhsil
sistemləri şagirdlərə zəruri
bacarıqları vermir və
onlar özləri
oxumalı olurlar. Bu gün məktəbə gedən uşaqlar 2032-ci
ildə məzun olacaqlar. Qoy valideynlər özləri təsəvvür
etsinlər - onların uşaqlarının gələcəyi
və peşələri, hətta ənənəvi
hüquqşünas və ya həkim kimi, necə olacaq? Kiçik
detal: Bu gün ABŞ-da məhkəmə çəkişmələrinin
18 faizi vəkillər cəlb olunmadan aparılır. İnsanlar özləri öz hüquqlarını
qoruyurlar. Onlar
bütün zəruri informasiyanı internetdə axtarır və hüquq firmalarına yalnız məsləhət
almaq üçün gəlirlər. Tibb sahəsində də belədir
- insanların çoxu getdikcə özünüdiaqnostika ilə
məşğuldur və həkimə isə yalnız öz
diaqnozlarının təsdiqi üçün gedirlər. Peşələr sürətlə dəyişir
və bugünkü peşəkarlar
informasiya daşıyıcısı rolunda, az-az
hallarda, çox vaxt isə məsləhətçi
rolunda çıxış edirlər. Bununla məhz müəllimlər məşğul
olmalıdır. Əgər təhsil
sistemini dəyişməsək, onda bizi gələcəkdə
böyük problemlər gözləyir: universitetləri bitirən uşaqlarımız iş tapa, özlərini, bizi də
saxlaya bilməyəcəklər. Bu cür təhsilin keyfiyyətinin qiymətləndirilməsinə
gəldikdə, biz valideynlərə daha çox müəllimin onlara nə dediklərinə
diqqət yetirməyi məsləhət görürük.
Əgər o, sadəcə,
qiymət deyirsə, bu
pisdir, yox əgər o, tədris
prosesini təsvir edə, onun məqsədlərini və
növbəti rübdə
daha nəyə nail olmaq
istədiklərini deyə
bilirsə, bu, çox yaxşıdır. Amma təəssüf ki, belə yanaşmanı məktəblərdə
tətbiq etmək çox çətindir.
Biz
valideynlərin diqqətinə çatdırmalıyıq ki,
onların
uşaqlarını məhz bu yolla öyrətmək
lazımdır. Mən
başa düşürəm ki, bu, yaxşı səslənmir,
amma siz uşaqlara əzbərçiliklə əziyyət verən
ölkələrə baxın. Bu ölkələrdə patentlərin az qeydə
alınmasına baxın. Bu insanlar demək olar ki, heç nə icad etmirlər,
çünki onların marağını, oxumaq
arzularını əllərindən alıblar. Əgər biz testlər və qiymətlər
vasitəsi ilə uşaqların
bilik və bacarıqlarının qiymətləndirilməsi praktikasını dayandırsaq, onların
verilən tapşırıqları birgə səylərlə
həll etməsi bacarıqlarına baxmağa başlasaq, biz tamam başqa problemi görəcəyik.
“Facebook”un yeni servisi proqramçı olmağa kömək
edir
Facebook hər
bir fərd üçün proqramlaşdırma təlimi planı tərtib edəcək təhsil servisini istifadəyə verib. “Techprep” adlı tövsiyə servisi proqramlaşdırma üzrə tədris planını əldə
etməyə imkan verəcək.
Layihənin bazasına ingilis və ispan dillərində minlərlə onlayn-kurslar, saytlar,
birliklər, kitab və seminarlar
daxil edilib. Sual
olunur - niyə?
Çünki 2020-ci ildə informasiya texnologiyaları sahəsində bir
milyona yaxın yüksək maaşlı iş yerləri
olacaq. Saytda işləmək maksimum dərəcədə
sadədir. Əvvəlcə profil seçmək
lazımdır: sən kimsən- müəllim, valideyn və
ya müstəqil tələbə. Proqramlaşdırma
təcrübənizdən, yaş və maraqlarınızdan
asılı olaraq servis uyğun resurslar (məsələn,
onlayn-kurslar, əlavələr, oyunlar və hətta tövsiyə
olunan ədəbiyyat siyahısı) seçir.
Kompüter
oyunları məktəblilərin dərslərinə təsir
göstərir
Yeni
araşdırmaya görə, kompüter oyunları
uşaqların məktəbdəki fəaliyyətinə təsir
göstərə bilər. Şimali İrlandiya
alimləri tərəfindən aparılmış
araşdırmanın nəticələri göstərir ki,
kompüterdən həddən artıq istifadə etmək tələbələrin
imtahanda yaxşı qiymət almasına təsir göstərir.
Kompüter bacarığı indiki dövrdə
ən çox tələbat olan qabiliyyətdir və
kompüter oyunları oynamaq bacarıqları daha da gücləndirir.
Britaniyada 600 şagird arasında aparılan
araşdırmaya əsasən həftədə bir dəfə
oyun oynayan iki və daha çox oyun oynayandan yaxşı qiymət
alır. Araşdırma həmçinin
göstərir ki, hər gün sosial mediadan istifadə etmək
şagirdlərin qiymətlərinə təsir etmir. Tədqiqat gedişində məlum olub ki, valideynlər
daim uşaqlarının kompüter oyunlarından
ayrılmamasından şikayətlənir. Kompüter
oyunları uşaqların axşamlar gec saatlara qədər
oyaq qalmasına,
onların yorulmasına, səhər tezdən məktəbə gedəcəklərinə
dair az düşünmələrinə səbəb olur. Yeni araşdırma maarifləndirici
kompüter oyunlarının şagirdlərə necə təsir
göstərdiyini tam anlamaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu üzə
çıxarıb.
Pensilvaniya
Universiteti elektron dərsliklər yaratmağı təklif edib
ABŞ-ın
Pensilvaniya Universiteti
öz müəllim
və tələbələrinə açıq resurslar əsasında
sərbəst surətdə
elektron dərsliklər yaratmağı təklif edib. “BBOOKX” aləti əsas sözlər bazasında dərsliklər
yaratmağa imkan verir: alqoritm
uyğun materialları seçməyə kömək edir, müəllif isə
onlardan ən yaxşıları seçir və onları öz istəyi ilə
redaktə edəcək. Mətnlərin başlıqlarını
ardıcıllıqla hazırlamaq və bəzi fraqmentləri
dəyişərək başqasını yaratmaq olar. Ehtimal olunur ki, servis nəinki tədris
materiallarına qənaət etməyə kömək edəcək,
həm də tələbələrin təlim prosesində daha fəal
rol oynaması təmin olunacaq. Gələcəkdə
onlar özləri
üçün də fərdi dərsliklər
yarada biləcəklər. Servis universitetin müəllimləri,
doktorantları və
tədqiqatçıları tərəfindən
hazırlanıb. İndi
texnologiya bir sıra kurslarda test kimi tətbiq olunur, uğurlu nəticələr əldə olunduğu təqdirdə
bütün ali məktəbə yayılacaq. Hələlik əsas
material mənbəyi kimi “Vikipediya”dan istifadə olunur, lakin final mərhələdə
digər resurslar da əlavə
olunacaq. İxtiraçılar
ümid edirlər ki, proqramı məktəblərdə də
tətbiq etmək mümkün olacaq.
İdeal universitet saytı necə
yaradılmalıdır?
Təhsil
sahəsində
İKT-nin geniş tətbiqi ilə məşğul olan mütəxəssislər
qeyd edirlər ki, universitet
brendi kifayət dərəcədə
sosial şəbəkələrdə formalaşır.
İdeal universitet saytı mobil qurğularla səmərəli
qarşılıqlı əməkdaşlıq
etməli və mobil qurğularda
açılmalıdır. Təcrübələrin
göstərdiyi kimi,
müxtəlif video və
interaktiv materiallar, şəkillər diqqət çox cəlb edən resurslardır. Kontent diqqətlə
seçilməlidir: əksər universitetlər çox nəhəng sayda səhifələr
yaradırlar. Mütəxəssislər
isə sayt rəhbərlərinə, xüsusilə də əsas səhifənin
materiallarının
seçiminə çox diqqətlə yanaşmağı (fakültələrə hər istədiklərini yazmağa
icazə verməməyi) tövsiyə edirlər.
Dizayn və
universitetin missiyası əlaqələndirilməlidir; saytın ilk səhifəsində akademik proseslərlə birbaşa
bağlı olmayan daha səmərəli
materiallar yerləşdirmək
lazımdır. Maraqlı formatlar universitetin missiyasının (məsələn,
güclü birliyin yaradılması) illüstrasiyası
üçün yaxşı vasitə ola bilər.
Bütün universitet kollektivi bu prosesdə iştirak etməlidir; saytın yaradılması və istifadəyə verilməsində ən yaxşı dayaq universitetin tələbə və müəllimlərinin dəstəyidir. Onların hər birinə saytın quruluşu və hədəflərinin izah olunduğu məktub göndərmək də olar.
Müəllimlər
təhsil
texnologiyalarından
nə gözləyirlər?
Bill və Melinda
Geyts Fondu
növbəti tədqiqatını
açıqlayıb
Bill və Melinda Geyts Fondu (Bill & Melinda Gates Foundation) özlərinin “Teachers Know Best” (“Müəllimlər Hamıdan Yaxşı Bilirlər”) tədqiqatlarının sayca ikinci versiyasını təqdim edib. Tədqiqatlar 5 istiqamətdə aparılıb: bugünkü siniflər nəyə bənzəyir; müəllimlərin rəqəmsal texnologiyalardan istifadə etməsi; standartların məzmunu ilə bağlı məsələlərin öhdəsindən gəlmələri üçün resursların əlyetərliyi və kifayət qədər olmasına müəllimlərin əminliyinin artması; müəllimlərdə rəqəmsal alətlərdən istifadənin səmərəliliyinə dair təsəvvürlərin inkişaf etdirilməsi; məktəb mühiti və pedaqoji seçim.
Yeni versiyada belə bir sual qoyulub:müəllimlər əslində təhsil texnologiyalarından nə istəyirlər? Layihə müəlliflərinin bu layihəsi təhsil texnologiyalarının istehsalçıları və istehlakçıları - yəni texnologiyaların yaradıcıları, müəllimlər və şagirdlər arasında fərqi azaltmaq məqsədi daşıyır. Məktəbdə əslində hansı servis və texnologiyalara gərək olduğunu öyrənmək üçün fondun əməkdaşları son 2 il ərzində 3100 müəllim və şagird arasında sorğu aparıblar. Tədqiqatların ilk versiyası 2015-ci ilin iyun ayında dərc edilib, ikincisi isə bir neçə gün əvvəl açıqlanıb.
Tədqiqatların nəticələrini öyrənməyə uzun vaxt tələb olunur. Lakin tədqiqatdan hasil olan əsas nəticə budur: müəllimlərin təxminən 56 faizi hesab edir ki, texnologiya onlara dərsi daha yaxşı tədris etməyə kömək edir. Müəllimlər tədris gedişində istifadə etmək istədikləri alətlər arasında 3 tip texnologiyanı ayırd ediblər: uşaqların keçilən mövzunu öyrənib-öyrənmədiyini başa düşməyə kömək edən servislər; adaptiv platformalar; mövcud olan alətlərin inteqrasiyasını asanlaşdıran qərarlar.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 5 dekabr.- S.11.