Müsabiqə qalibləri ölkə
Prezidentinə minnətdarlıq edirlər
Azərbaycan
Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli sərəncamları
ilə 2014-2015-ci tədris ilində keçirilmiş “Ən
yaxşı ümumi təhsil
müəssisəsi” və
“Ən yaxşı müəllim” müsabiqələrində müvəfəqiyyət qazanmış 50 məktəb və
100 müəllim mükafatlandırılıb. Müsabiqələrdə qalib gələn məktəblərin
hər birinə 10 min manat, müəllimlərin hər birinə
isə 5 min manat məbləğində birdəfəlik pul
mükafatları verilib. Mükafat alan məktəblərin rəhbərlərindən
və müəllimlərdən bir qrupu ilə əlaqə
saxlayıb bu böyük uğurları ilə bağlı təəssüratlarını
bizimlə bölüşmələrini xahiş etdik.
İkinci dəfə qalib olmaq
sonsuz qürur hissidir
Sahibə ABBASOVA,
Bakı
şəhəri 54 nömrəli
tam orta
məktəbin direktoru
Ciddi rəqabət
şəraitində və bir neçə mərhələdən
ibarət keçirilən müsabiqələrdə qaliblər sırasına
düşmək hər bir təhsil müəssisəsi və
müəllim üçün böyük uğur və
şərəf işi hesab olunur. Bizim məktəbimiz
artıq ikinci dəfədir ki, belə bir uğura imza atır, şərəfə
nail olur. Belə mötəbər
bir müsabiqədə birinci dəfə qələbə
qazanmaq əgər böyük sevincdirsə, ikinci dəfə qalib olmaq sonsuz
qürur hissidir. Bu hissi bizə, məktəbimizin kollektivinə
yaşatdığına görə möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı
bildiririk.
Məktəbimizin
uğurları az deyil. Belə ki, son 3 ildə
buraxılış imtahanlarının nəticələrinə
görə IX siniflər üzrə müvəffəq qiymət
alanlar 91%, XI siniflər üzrə isə 98% olmuşdur. Məktəbi
bitirənlərdən 70%-i hər il ali məktəblərə
qəbul olunur.
Son 3 ildə
qəbul olan şagirdlərin 26%-i 500-700 arası bal toplamışdır.
Son 4 tədris ilində 4 medalçımız olub.
Onlarn 4-ü də yüksək balla ali
məktəblərə qəbul olmuşdur. 1 nəfər Prezident təqaüdçüsüdür.
Qarşıdan
gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə cənab Prezidentimiz başda olmaqla
xalqımızı təbrik edir, yeni ildə yeni-yeni
uğurlar arzulayıram.
Göstərilən qayğıya cavab olaraq
çalışacağıq ki, gələcəyimizin təminatçısı
olan gənclərimizin layiqli vətəndaş kimi yetişməsi
üçün bundan sonra da bütün bilik və
bacarığımızı əsirgəməyək.
Müsabiqədə qələbə
bizə də nəsib oldu
Təranə SƏLİMOVA,
Qəbələ
şəhər 2 nömrəli
tam orta
məktəbin direktoru
Bu il
“Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi, respublikamızın 50 ən
yaxşı təhsil müəssisəsindən biri olmaq
şərəfi bizə də nəsib oldu. Ömrünü
gələcəyimiz olan şagirdləri yolunda şam kimi əridən
müəllimlərimizin fədakar əməyinə bundan
böyük qiymət ola bilməz. Qəbələ
şəhər 2 nömrəli tam orta məktəbinin “Ən yaxşı ümumi təhsil
müəssisəsi” müsabiqəsinin qalibi olması təkcə
müəllim kollektivini deyil, şagirdlərimizi, valideynlərimizi,
Azərbaycan dövlətinə, təhsilinə dəyər
verən hər bir qəbələlini qürurlandırdı.
Bütün bunlara görə muəllimlərimiz
adından Prezidentimizə minnətdarlıq edirik.
Qəbələ
şəhər 2 nömrəli tam orta məktəb
üçün 2014-2015-ci tədris ili
uğurlu olmuşdur. Belə ki, ali məktəbə
sənəd vermiş 46 nəfərdən 19-u ölkəmizin
nüfuzlu ali təhsil müəssisələrinə qəbul
olunmuşdur. Sevindirici haldır ki, məzunlarımızdan 2 nəfəri
600-dən, 3 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Məzunumuz Lalə Mustafayeva məktəbi
qızıl medalla bitirmişdir. Onu da qeyd edim
ki, Lalə həm də fənn olimpiadalarının respublika
turunda biologiya fənni üzrə birinci olmuş və
qızıl medala layiq görülmüşdür. Məzunumuzun 2 qızıl medala sahib olması
kollektivimizi qürurlandırır. Məktəbimizin daha
bir məzunu - Fidan Aslanova 47-ci
Beynəlxalq Kimya Olimpiadasının zona turunun iştirakçısı
olmuş, ali məktəblərə qəbul imtahanlarında
680 bal toplayaraq Bakı Ali Neft Məktəbinin
tələbəsi adına layiq görülmüşdür.
Bu gün
qazandığımız hər bir uğur dövlətimizin, şəxsən
Prezidentimizin təhsilə göstərdiyi yüksək
qayğının nəticəsində mümkün
olmuşdur.
Bu il bir müəllimimiz
də
qaliblər sırasındadır
İsmayıl YUSUBOV,
Şirvan
şəhəri 18 nömrəli
tam orta
məktəbin direktoru
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il ərəfəsində məktəbimizin kollektivi
şad xəbər aldı. Ölkə
Prezidenti İlham Əliyevin sərəncamı ilə məktəbimiz
“Ən yaxşı ümumi təhsil müəssisəsi”
müsabiqəsinin qalibi elan olunmuş və 10000 manat pulla
mükafatlandırılmışdır. Nəzərə
çatdırım ki, bu, müsabiqədə məktəbimizin
ikinci qələbəsidir. Gənc nəslin
təlim-tərbiyəsi sahəsində
qazandığımız uğurlara verdiyi yüksək qiymətə
görə məktəbimizin bütün kollektivi və
valideynləri adından ölkə Prezidentinə minnətdarlığımızı
bildiririk.
Ötən tədris ilində məktəbimizin 11-ci
sinfini 111 nəfər şagird bitirmişdir. Onlardan 84 nəfəri ali məktəbə qəbul olmaq
üçün sənəd təqdim etmiş, 62 nəfəri
ali məktəbə qəbul olunmuşdur. Onlardan
1 nəfəri qızıl medal, digər 1 nəfəri isə
gümüş medal almışdır. Bundan
başqa, 2 məzunumuz kimya, fizika fənləri üzrə
respublika olimpiadasının qalibi olmuş, 1 məzunumuz isə
Beynəlxalq Kimya Olimpiadasında bürünc medal
qazanmışdır. Ali məktəbə qəbul olunan
məzunlarımızdan 17 nəfəri 500-dən çox bal toplamışdır.
Nəzərə
çatdırım ki, bu il məktəbimizin
coğrafiya müəllimi Pərvanə Heydərova da “Ən
yaxşı müəllim” müsabiqəsinin qalibləri
sırasındadır. Belə müsabiqələr
müəllimləri, pedaqoji kollektivimizi daha yaxşı
işləməyə ruhlandırır, böyük qələbələr
qazanmağa sövq edir.
Müsabiqə obyektiv və şəffaf
keçirildi
Rafiq ƏLİYEV,
Ağdam
rayonu Quzanlı qəsəbə
tam orta
məktəbinin direktoru
Rəhbərlik
etdiyim Ağdam rayonu
Quzanlı qəsəbə tam orta məktəbi
ikinci dəfədir ki, “Ən yaxşı ümumi təhsil
müəssisəsi” müsabiqəsində iştirak edir. Nəzərə
çatdırım ki, bu il həmin
müsabiqəyə daha inamla qoşulduq və əldə
etdiyimiz nailiyyətlər bizi müsabiqənin qalibi etdi. Məktəbimizin fəaliyyətini yüksək səviyyədə
dəyərləndirdiyi üçün bütün pedaqoji
kollektivimiz adından ölkə Prezidenti İlham Əliyevə
öz təşəkkürümüzü və minnətdarlığımızı
bildiririk və dövlət başçımızı əmin
edirik ki, bundan sonra da bütün fəaliyyətimizi təhsil
islahatının tələbləri əsasında
quracağıq.
Xüsusilə qeyd etmək istəyirəm ki, müsabiqə
obyektiv və şəffaf keçirildi.
Məktəbimiz istər qəbul
imtahanlarında, istərsə də digər müsabiqə və
yarışlarda uğurla iştirak edir. Bütün
bunlar məktəbin pedaqoji kollektivinin qabaqcıl təcrübəyə
malik fənn müəllimlərinin öz işlərinə əsl
vətəndaş mövqeyindən yanaşmasının və
yüksək peşəkarlığının nəticəsidir.
Mükafatı gələcək fəaliyyətim
üçün stimul hesab edirəm
Gülnar HÜSEYNOVA,
Gəncə
şəhəri 21 nömrəli tam
orta məktəbin
riyaziyyat müəllimi
Hər il müsabiqənin gedişini izləyirdim. Nəhayət,
bu il mən də “Ən yaxşı
müəllim” müsabiqəsinə qoşuldum və qaliblər
sırasına düşdüm. Müsabiqəni
biz müəllimlərin fəaliyyətinə dövlətimizin
verdiyi yüksək qiymət, möhtərəm Prezidentimizin təhsil
işçilərinə diqqət və
qayğısının ən bariz nümunəsi kimi dəyərləndirir,
bizi mükafatlandırdığına görə dövlət
başçısına minnətdarlıq edirəm.
Fikrimcə, bu müsabiqə müəllimləri öz
üzərlərində çalışmağa,
yaradıcı axtarışlar aparmağa, yeni nailiyyətlər
qazanmağa sövq edən mötəbər bir
yarışmadır. Müsabiqənin təşkilinə də söz ola bilməz. Çox şəffaf
şəkildə keçdi. Onu da deyim ki,
mən məktəbimizdə bu müsabiqədə iştirak
edib qalib gələn ilk müəlliməm. Başa
vurmağa hazırlaşdığımız il mənim
yaddaşımda,
güman edirəm ki, məhz bu hadisə ilə
qalacaq. Çünki müsabiqədə qalib gəlməyim
indiyədək əldə etdiyim uğurların ən
böyüyüdür. Mükafatı həm
də gələcək fəaliyyətim üçün
stimul hesab edirəm. Gələcəkdə daha fəal
olmağa, yeni təlim texnologiyalarını öyrənib
öz işimdə tətbiq etməyə, yeni nailiyyətlər
qazanmağa
çalışacağam.
Bu sevinc hissini sözlə ifadə
etmək çətindir
Cəmalə CƏFƏROVA,
Sumqayıt
şəhəri 25 nömrəli tam orta məktəbin
Azərbaycan
dili və ədəbiyyat müəllimi
Mən hər zaman axtarışdayam. Yeniliklərlə
maraqlanır,
müxtəlif səpgili təlimlərdə, layihələrdə,
beynəlxalq konfranslarda, müsabiqələrdə iştirak
edirəm.
Bu il “Ən yaxşı müəllim” müsabiqəsinə
qatıldım. Ölkənin ən nüfuzlu
müəllimlərindən olmaq, bu ada layiq görülmək,
məncə, hər bir müəllimin arzusudur. Bu gün təhsil müəssisələrimizdə
təhsilalanların təlim-tərbiyəsi və onların
şəxsiyyət kimi həyata hazırlanmasında fədakarlıqla
çalışan, öz fənnini dərindən sevdirə bilən
müəllimlərimiz çoxdur. Onlarla bir
sırada olmaq, mübarizə aparmaq elə də asan
olmadı. Tamamilə şəffaf və obyektiv şəkildə
keçən müsabiqənin qaliblərindən biri də mən
oldum. Qürur duyuram. Bu sevinc hissini sözlə ifadə
etmək çətindir.
Bütün
sahələrdə olduğu kimi, təhsilimizdə də özünün
yüksək peşəkarlıq nümunəsi ilə fərqlənən
müəllimlərimiz ölkə
başçısının qayğı və diqqətindən
kənarda qalmır. Bu da bir həqiqətə -
Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin
prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə
söykənir. Mən bizə
göstərdiyi diqqət və qayğıya görə
möhtərəm Prezidentimizə dərin minnətdarlığımı
bildirirəm.
Müsabiqədə ilk dəfə
iştirak edirdim
Dəyanət FƏRZƏLİYEV,
Ağcabədi
rayonu Hindarx qəsəbə 1 nömrəli
tam orta
məktəbin informatika müəllimi
Düşünürəm ki, müəllimlik həyatın
bütün sahələrində fəallıq tələb
edir. Bu baxımdan mən də özümü sınamaq
məqsədi ilə dövlətimizin müəllimlərə
göstərdiyi diqqət və qayğısı nəticəsində
verdiyi bu şansı əldən qaçırmaq istəmədim.
Bu il ilk dəfə olaraq “Ən yaxşı müəllim”
müsabiqəsinə qoşuldum və qaliblər sırasına düşməyə nail oldum. Müsabiqənin bütün mərhələləri
şəffaf və ədalətli təşkil olunmuşdu.
Bu müsabiqə müəllimin öz bacarıqlarını
nümayiş etdirməsi üçün böyük bir şansdır.
Müsabiqədəki qalibiyyətimi pedaqoji fəaliyyətimin
uğuru hesab edirəm.
“Ən yaxşı müəllim” müsabiqəsinin
keçirilməsi müəllimlərin əməyinə
verilən qiymətin bariz nümunəsidir. Bu müsabiqədə
iştirak etmək üçün bizə şərait
yaradan ulu öndər Heydər Əliyevin layiqli davamçısı
Prezident İlham Əliyevə dərin minnətdarlığımı
bildirirəm. Müsabiqədə qalib olan bütün həmkarlarımı
ürəkdən təbrik edirəm.
Adımı qaliblər
sırasında görəndə çox sevindim
Nicat İSMAYILOV,
Bərdə
şəhəri
3 nömrəli tam orta məktəbin tarix müəllimi
Müəllim
əməyinə diqqət, şəffaf seçim məni də
bu il müsabiqədə iştirak etməyə
həvəsləndirdi. Müsabiqədə
iştirak etdim və qalib oldum. Adımı mükafatlandırılanlar
sırasında görəndə çox sevindim. Bu diqqət və qayğıya görə Prezident
İlham Əliyevə təsəkkürümü bildirirəm.
Bir çox təlimlərdə iştirakçı və
təlimçi kimi fəaliyyət göstərmişəm. Təlimlərdə
əldə etdiyim bilik və təcrübələrdən
istifadə edərək dərslərimi müasir
dövrün tələblərinə uyğun qurmağa
çalışıram. Dərs dediyim
siniflərdə şagirdlərimin qazandıqları
uğurlar məndə hər zaman sevinc və qürur hissi
yaradır, məni işimə daha da məsuliyyətlə
yanaşmağa sövq edir. Hazırda yeni
təhsil proqramına uyğun olaraq dərs dediyim siniflərdə
şagirdlərin hamısı tədris prosesinə cəlb
olunur. Təlim prosesinin həyatla əlaqələndirilməsi,
eyni zamanda digər fənlərlə inteqrasiya xüsusi diqqətimdə
olur. Tədris prosesi zamanı mənim
şagirdlərə aşılamağa
çalışdığım əsas məsələlər
ləyaqətlə ömür sürmək, insanı
qabağa çəkən dünyagörüşü
formalaşdırmaq olub.
Hazırladılar: Yusif ƏLİYEV,
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2015.- 26 dekabr.- S.8.