IV Respublika muğam

müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

İstedadlı muğam ifaçılarının üzə çıxarılması və onların IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

 

ƏMR EDİRƏM:

 

1. IV Respublika muğam müsabiqəsi 2015-ci ilin fevral ayında Bakı şəhərində keçirilsin.

2. Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin (əlavə 1), münsiflər heyətinin tərkibləri (əlavə 2) və müsabiqənin xərclər smetası (əlavə 3) təsdiq olunsun.

3. Qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına (S.Kərimi) və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə (N.Kazımov) həvalə edilsin.

4. İqtisadiyyat şöbəsi (R.Orucov) təsdiq edilmiş xərclər smetasına uyğun olaraq 2015-ci ilin dövlət büdcəsinin xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş vəsaitdən ( bölmə 4, köməkçi bölmə 7, paraqraf 4 "Digər müəssisə və tədbirlər", 282100 "Sair xərclər") müvafiq məbləğdə vəsaitin Azərbaycan Milli Konservatoriyasına ayrılmasını təmin etsin.

5. Azərbaycan Milli Konservatoriyası (S.Kərimi) ayrılmış vəsaitin təsdiq olunmuş xərclər smetasına uyğun olaraq təyinatı üzrə məqsədyönlü şəkildə xərclənməsini və bu barədə hesabatın Nazirliyə təqdim olunmasını təmin etsin.

6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, əsasnamə və əlavələrlə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

7. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

4 fevral 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 7 fevral.- S.2.