İlk-peşə və
orta ixtisas təhsili müəssisələrinin
şagird və tələbələri arasında
Respublika
ifa müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları və təsniflərin, milli rəqslərimizin şagird və tələbələr arasında təbliğ olunması, eyni zamanda bu istiqamətdə aparılan işlərin səmərəliliyinin artırılması, şagird və tələbələrin asudə vaxtlarının mənalı təşkili, xüsusi istedada malik gənclərin üzə çıxarılması, onlarda ifa mədəniyyətinin yüksəldilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən
ilk-peşə və orta ixtisas
təhsili müəssisələrinin şagird
və tələbələri arasında Respublika
ifa müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi
və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan MR
təhsil naziri, ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin
rəhbərləri müsabiqənin yüksək səviyyədə
təşkili üçün müvafiq tədbirlər görsünlər.
4. Əsaslı
Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun
tədbirinin keçirilməsi, qaliblərin
mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin
satın alınması üzrə lazımi tədbirlərin
həyata keçirilməsini təmin etsin.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində
yerləşdirilməsini və çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan
Respublikasının təhsil naziri
3 fevral
2015-ci il
Azərbaycan müəllimi.-
2015.- 7 fevral.- S.2.