İbtidai siniflərdə informatika

dərslərində intellektual oyunlar

 

Müasir  dövrdə  ibtidai təhsil səviyyəsində informatikanın tədrisi zamanı   istifadə olunan oyunlar uşaqların yaradıcı fəaliyyəti,  intellektual inkişafı üçün geniş imkanlar açır, dərs prosesini əyləncəli etməklə bərabər tərbiyəvi,  maarifləndirici  funksiyaları  yerinə yetirir.  İbtidai sinif  şagirdləri informatikanın tədrisi  zamanı çoxlu yeni  anlayışlarla  tanış  olurlar. Bu  yaşda  olan  uşaqlar  kifayət  qədər  böyük informasiyanı  dərk etmədən  yadda  saxlaya, öyrənə  bilirlər. Materialın bu  cür öyrənilməsinin  qarşısını almaq üçün əyləncəli  tapşırıqlar,  tapmacalar, rollu oyunlardan istifadə etmək, mövzuya uyğun  esse  yazmaq,  səhnəciklər  hazırlamaq   çox gözəl  nəticə  verir. Uşaqlar  özləri çox maraqlı səhnəcik uydurur,  sevdikləri oyun qəhrəmanı rolunda çıxış edir,  fantaziyalarına görə ssenarilər,  nağıllar hazırlayırlar. Ev  tapşırıqlarının  bu  istiqamətdə  verilməsi uşaqların  yaradıcı təfəkkürünün inkişafına  çox  kömək  edir. İntellektual  oyunlardan, rebus, krossvordlardan  istifadə  isə  özünəməxsus  xüsusiyyətlərə  malikdir.  Dərslərin  növünə  görə  krossvordu  tematik (hər  hansı  mövzuya görə)  ümumiləşdirici    s.  kimi  tərtib  etmək  olar.

Krossvord  dərsdə  istifadə etmək  üçün  əyləncəli  materiallardan  olub   şagirdlərin  diqqətini  cəlb  edərək dərs  prosesini rəngarəng qurmağa  kömək edir,  mövzuya  aid konkret  biliklərin yoxlanılmasına  imkan  yaradır.  Eyni  zamanda  krossvord  inkişafetdirici  funksiyaları  da  yerinə  yetirir:

* Krossvord  verilmiş  sualı analiz etməyi, konkret sualya tapmacaya görə dərs materialını seçməyi  öyrədir;

* Məntiqi  mühakimə aparmağı, yaddaşı,  savadlılığı,  diqqəti,  oxuma səriştəliliyini,  təsəvvür  etməni  inkişaf  etdirir;

* Qrup daxilində  qarşılıqlı  fəaliyyət  göstərməyi  öyrədir,  öz  işinə  görə  məsuliyyət  daşımağı,  müstəqilliyi  inkişaf  etdirir;

* Fənnə,  öyrənməyə  marağı  artırır;

* Sərbəst  krossvord  hazırlayarkən təhsilalanın  yazılı  nitqlə  bağlı  yaradıcı  təfəkkürünü,  qabiliyyətlərini  inkişaf  etdirir;

* Məlumatlılıq  dərəcəsini,  söz  ehtiyatını  artırır    s.

Ümumtəhsil  məktəblərində  dərs  prosesində  krossvordlardan  istifadə  şagirdlərin intellektual inkişafına səbəb  olan  mühüm  amillərdəndir.  Şagirdlərə əvvəlcə  qısa  suallarla,  5-6 sözdən ibarət  krossvordları kollektiv  şəkildə  həll etməyi  tapşırmaq  olar.  Sonrakı  mərhələlərdə  sözlərin  sayını  artırmaq,  fərdi  tapşırıqlar  verməklə  cavabları  kollektiv  şəkildə  yoxlamaq,  fərdi  tapşırıqlar  verməklə  qiymətləndirmə  aparmaq,  krossvord  tərtib  etmə  qaydaları  ilə  şagirdləri  tanış  etmək,  müəllimin  rəhbərliyi  ilə  kollektiv  şəkildə  krossvordlar  tərtib  etmək,  verilmiş  sözlərdən  istifadə  etməklə  fərdi  şəkildə  krossvordların  tərtib  edilməsini,  dərslikdəki  müəyyən  mövzuya  görə  krossvordların fərdi  şəkildə  tərtib  edilməsini təmin etməklə,    şagirdlərin  hazırladıqları  krossvordların  dərslərdə istifadə  olunması  ilə,  şagirdləri krossvordların  müxtəlif  növləri  ilə  tanış  etməklə keyfiyyətli  nəticələr  almaq  olar. 

İlk dərslərdə krossvordlarla  kollektiv  şəkildə    şagirdlərin  özünəinamsızlığının  aradan  qaldırılmasına,  dərslikdə  olan  mövzular  üzrə  yönlənməyə  kömək  edir.  Növbəti  mərhələlərdə  şagirdlərin  marağı  artır    bəzi  şagirdlər  artıq  müstəqil  işləməyə,  krossvord  tərtib  etmə qaydalarını  öyrənməyə  çalışırlar. Bu  metodikanı  tədris  apardığım  siniflərdə  tətbiq  etdikdə  aldığım  nəticələr  məni  sevindirdi.  İlk  günlərdə  özünə  inamsız,  zəif  şagirdlərin  hamısı  bir  neçə  gündən  sonra  potensialına  uyğun  formada  çox  aktivləşmişdi,  sadə də  olsa  krossvord  tərtib  etməyə  çalışırdı.  Maraqlı o idi ki,  yaxşı krossvord tərtib edən şagirdlərin arasında zəif oxuyan,  dərslərini öyrənməyə tənbəllik edən şagirdlər də var idi. Davamlı olaraq krossvord tərtib etmə, həll etmə  həmin şagirdin yaxşı oxuyanlar sırasına keçməsinə səbəb oldu.

Krossvord  yaradılmasında, həllində müxtəlif  təyinatlı sualların hazırlanması, istifadə  olunması  əsas məsələlərdən  biridir.  Krossvord tərtib etməyə çalışan şagird mövzunu oxuyur, məzmuna uyğun faktoloji,  müqayisəedici,  ümumiləşdirici, dəyərləndirici  suallar  hazırlayır, bu sualların cavabını tapır və  nəticədə məzmunu anlamış  və öyrənmiş olur.  Buna görə də şagirdlərin oxuyub-anlama bacarığının  inkişaf etdirilməsində  krossvord hazırlanması  həlli  ən vacib vasitələrdən biri kimi istifadə oluna bilər.  

Oyunlardan  istifadə  etməklə öyrətmək    oynayaraq  öyrənmək  o  qədər    sadə  məsələ deyil,  amma  dərs  prosesi  ilə  əyləncəni  birləşdirərək  hər  bir  dərsdə bayram  əhvali-ruhiyyəsi yaratmaqla  dərsin  unikallığını  artırmaq olar. Buna  görə  də şagirdlərin  biliklərinin  ümumiləşdirilməsi    sistemləşdirilməsi  formalarından  biri  kimi intellektual oyunlardan, krossvorddan istifadə  olunması həmişə  müsbət  nəticə  verir.

 

Bahar İSMAYILOVA,

Azərbaycan Müəllimlər  İnstitutu

Zaqatala  filialının riyaziyyat-informatika

müəllimi, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2015.- 7 fevral.- S.11.