"Çin
kinematoqrafı: keçmişdən bu
günümüzə" adlı tədbir
keçirilib
Fevralın 3-də Azərbaycan Dillər
Universitetində universitetin Çin dili və mədəniyyəti
mərkəzinin təşkilatçılığı ilə
"Çin kinematoqrafı: keçmişdən bu
günümüzə" adlı tədbir keçirilib.
Tədbiri Çin dili və mədəniyyəti
mərkəzinin direktoru, dosent Rafiq Abbasov açaraq Azərbaycanla
Çin arasındakı mədəni əlaqələrin
uğurlu inkişafı, Çində təşkil edilən
beynəlxalq film festivallarında müxtəlif mükafatlara
layiq görülmüş Azərbaycan rejissorları
haqqında danışıb. O,
iki ölkə arasında film
istehsalında əməkdaşlığın inkişafı
üçün 1994-cü ildə ümummilli lider Heydər
Əliyevin Çinə tarixi səfəri
zamanı "Kino, radio
və televiziya sahəsində əməkdaşlıq
haqqında protokol"
imzalandığını xüsusi
vurğulayıb.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin tələbələri və müəllimlər
milli tarixi, o cümlədən mental
xüsusiyyətləri özündə əks etdirən Çin kino sənətinin
mədəni fenomeni, Çin
kinematoqrafiyasının müxtəlif mərhələlərdə inkişafı, məşhur Çin rejissorlarının işləri, müasir Çin
kinolarında qəhrəmanların bədii təsviri
haqqında danışıblar.
Sonda yeni Çin
bədii filmlərindən fraqmentlər nümayiş
etdirilib.
ADU-nun rektoru, Milli Məclisin
deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin
dili və mədəniyyəti mərkəzi
tərəfindən hazırlanmış Çin
və Azərbaycan dillərində çap
olunmuş Prezident İlham Əliyevin 2003-2013-cü illərdə
Azərbaycan-Çin münasibətlərinin
inkişafında verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev - iki qədim
xalqların dostluğunun müasir
davamçısı" adlı kitab qonaqlara hədiyyə edilib.
Qeyd edək ki, Pekin
operasının süjet xətti əsasında
çəkilmiş ilk Çin
filminin buraxılışının 110
illiyinə həsr olunan tədbirdə Çin Xalq
Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı
cənab Qu Min, ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov,
regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin
dekanı Anar Nağıyev iştirak ediblər.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti
Azərbaycan müəllimi.- 2015.- 7 fevral.- S.15.