Türkdilli ölkələrin gözdən
əlil
uşaqları arasında birinci
Xatirə Hacıyeva 2005-ci ildə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin xanəndəlik və fortepiano ixtisası üzrə I sinfinə qəbul olub. İlk uğuruna 2007-ci ildə imza atıb. O, dəfələrlə Əlillərin bədii yaradıcılıq və baxış müsabiqəsində uğurla iştirak edərək diplomla təltif olunub. 2012-ci ildə Gözdən əlil uşaqlar üçün türkdilli ölkələrin uşaqları arasında keçirilmiş Beynəlxalq müsabiqədə ölkəmizi layiqincə təmsil edərək I yerə layiq görülüb. 2013-cü ildə isə UNİCEF-in təşkil etdiyi konsertlərdə, Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə Odlar Yurdu universitetində keçirilən tədbirdə iştirak edərək sertifikat alıb. X.Hacıyeva İstedadlar mərkəzinin üzvüdür. Moskvada keçirilən "Belaya Trost" beynəlxalq festivalında Xatirənin çıxışı hamını heyrətə gətirib və o qalib olub. Ötən il Heydər Əliyev Sarayında keçirilən Əlillər gününə həsr olunan qala konsertində ifası alqışlarla qarşılanıb.
Bakıdakı 3
nömrəli onbirillik musiqi məktəbində təşkil
olunmuş xor musiqisi bayramında
Xatirə Hacıyevanın ifa etdiyi "Mənim Azərbaycanım",
"Ana", "Aylı gecə" mahnıları
tamaşaçıların böyük marağına səbəb
olub və hər kəsə xoş anlar yaşadıb.
Qeyd edək ki, 38 nömrəli Gözdən əlillər
üçün musiqi məktəbi ilə birgə
keçirilən tədbirlər təkcə musiqi məktəbləri
arasında təcrübə mübadiləsi baxımından
deyil, həm də fiziki cəhətdən qüsurlu gənclərin istedadının
üzə çıxarılması, onların cəmiyyətə,
fəal həyata inteqrasiyası baxımından da
böyük əhəmiyyətə malikdir.
Azərbaycan müəllimi.- 2015.-
14 fevral.- S.13.