Nurlan III Beynəlxalq xeyriyyə
festivalının
xüsusi diplomuna layiq görülüb
Nurlan Əhmədov Gözdən əlil uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin şagirdidir. 2012-ci ildə Moskva şəhərində keçirilmiş III Beynəlxalq xeyriyyə festivalında Nurlan Əhmədov Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə çıxış edib. Zəif və ya tamamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilən festivalın əsas şərtlərindən biri dünya şöhrətli estrada ifaçısı ilə gözdən əlil iştirakçının birgə duet oxuması olub. Azərbaycanı təmsil edən Nurlan Əhmədovun ən böyük arzusu reallaşıb. O, dünya şöhrətli həmvətənimiz Emin Ağalarov ilə birlikdə səhnəyə çıxaraq duet ifa edib. Çıxış bitdikdən sonra rus estradasının tanınmış nümayəndəsi, xeyriyyə fondunun rəhbəri Diana Qurtskaya və mərhum korifey sənətkar Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya səhnə arxasına keçərək Nurlanın ifasını bəyəndiklərini bildirib, ona uğurlar arzulayıblar. Həmyerlimiz Nurlan Əhmədov "Belaya trost" III Beynəlxalq xeyriyyə festivalının xüsusi diplomuna layiq görülüb.
Gənc yeniyetmə eyni zamanda qarmon ifaçılığı sənətini də öyrənib. Yeniyetmə musiqiçi festival və müsabiqələrdə iştirak edərək diplom və fəxri fərmanlara layiq görülüb.
Azərbaycan
müəllimi.- 2015.- 14 fevral.- S.13.