Uşaqların I sinfə qəbulu ilə
bağlı qanunvericiliyin
əsasları
Uşaqların I sinfə
qəbulu "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq
edilmiş "Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi"nə, Azərbaycan
Respublikası Təhsil Nazirliyi
Kollegiyasının 06 noyabr
2014-cü il tarixli 1/3
nömrəli qərarı ilə təsdiq edilmiş
"Uşaqların (şagirdlərin) ümumi
təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları"na və
digər hüquqi
normativ aktlara əsasən
həyata keçirilir.
Sual-cavab
Elektron sistem hansı zərurətdən
tətbiq edilir?
I sinfə elektron
sənəd qəbulu
təhsil sahəsində
əhaliyə göstərilən
elektron xidmətlər
dairəsinin genişləndirilməsi,
şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə
tətbiq edilir. Müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin
sadələşdirilməsinə yalnız xidmət edir.
I sinfə
elektron sənəd qəbulu hansı sayt vasitəsi ilə aparılacaqdır?
Elektron sənəd
qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.
Elektron sistemin tətbiqi mövcud qaydalarda hansı dəyişiklikləri nəzərdə
tutur?
Ümumilikdə, qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.
Elektron sistemdən istifadə ödənişlidirmi?
Xeyr, elektron
sənəd qəbulu
sistemindən istifadə
üçün valideynlərdən
(digər qanuni nümayəndələrdən) heç bir ödəniş tələb
olunmur.
Elektron ərizənin qeydiyyatı harada aparıla bilər?
Qeydiyyat valideynin (digər qanuni nümayəndənin)
özü tərəfindən
onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin
hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ
komissiya tərəfindən
aparıla bilər.
Alternativ sənəd qəbulu komissiyaları harada təşkil olunacaqdır?
Səbail
rayonu - 2 nömrəli
THL, Nizami rayonu - 145 nömrəli, Nəsimi rayonu - 133 nömrəli, Yasamal rayonu - 18 nömrəli, Nərimanov
rayonu - 47 nömrəli,
Xətai rayonu - 191 nömrəli, Sabunçu
rayonu - 252 nömrəli,
Suraxanı rayonu - 114 və 279 nömrəli, Qaradağ rayonu - 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi
rayonu 115 və 276 nömrəli məktəblərdə
təşkil olunacaqdır.
Elektron sistemlə istifadəçi arasında
hansı əlaqə vasitələrindən istifadə
edilir?
Mobil telefon və ya e-mail ünvanı.
E-mail ünvanı
olmadan qeydiyyatdan keçmək mümkündürmü?
Bəli. Qeydiyyat mobil
telefon nömrəsi ilə keçirilə bilər.
I sinfə
qəbul üçün
hansı sənədlərin
təqdim edilməsi tələb olunur?
Valideyn
(digər qanuni nümayəndə) şagird
qəbulu üzrə işçi qrupa aşağıdakı sənədləri
təqdim etməlidir:
şəxsiyyəti təsdiq
edən sənədin
əsli və surəti (uşağın
doğum haqqında şəhadətnaməsi; Azərbaycan
Respublikasının ərazisində
müvəqqəti və
ya daimi yaşamaq üçün
icazə vəsiqəsi;
Birləşmiş Millətlər
Təşkilatının Qaçqınların
işləri üzrə
Ali Komissarlığının Himayə Sənədi);
uşağın sağlamlığı
haqqında tibbi arayış (forma 26U);
2 (iki) ədəd 3x4 ölçüdə fotoşəkil;
məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər varsa);
valideynin (digər
qanuni nümayəndənin)
"Şəxsi Kabinet"indən
çap olunmuş "Buraxılış
vərəqi" (zəruri
deyil).
Məktəblərin seçimi hansı qaydada aparılır?
Valideyn (digər
qanuni nümayəndə)
uşağının təhsil
almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir.
Eyni zamanda bir neçə məktəb seçmək
mümkündürmü?
Valideyn təlim
dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə
etmək üçün
5 məktəb seçib
siyahıya əlavə
edə bilər, lakin ona bu
məktəblərdən yalnız
birinə sorğu yerləşdirmək hüququ
verilir.
Seçim edərkən eyni zamanda bir
neçə məktəbdə
qeydiyyatdan keçmək
mümkündürmü?
Xeyr.
Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Bəli. Bunun üçün
o, sistemə əvvəl
yerləşdirdiyi sorğunu
ləğv etməli,
sonra yeni məktəb seçməlidir.
Xarici ölkə vətəndaşının qeydiyyatı
necə aparılır?
Azərbaycan Respublikasının ərazisində
müvəqqəti və
ya daimi yaşamaq üçün
Miqrasiya xidmətindən
aldığı icazə
vəsiqəsi əsasında.
Sual yarandıqda haraya müraciət etmək olar?
- qeydiyyatla əlaqədar
rayon ərazisində fəaliyyət
göstərən alternativ
komissiyaya;
- bütün digər hallarda rayon ərazisində
fəaliyyət göstərən
apelyasiya komissiyasına.
6 yaşı
tamam olmayan uşaqların qeydiyyatı
hansı müddətlərdə
aparılır?
6 yaşı sentyabrın
16-dan dekabrın 31-dək tamam
olan xüsusi istedadı ilə fərqlənən uşaqların
valideynlərinin (digər
qanuni nümayəndələrinin)
elektron ərizələrinin
qeydiyyatı qəbul müsabiqə əsasında
keçirilən müəssisələrə,
lisey və gimnaziyalara martın 15-dən
aprelin 15-dək, ümumtəhsil
məktəblərinə isə
iyulun 1-dən 31-dək aparılacaqdır.
6 yaşı
tamam olmayan uşaqların məktəbə
qəbulu hansı əsaslarla və nə vaxt aparılır?
Bakı
şəhərinin hər
bir inzibati rayonu ərazisində yaradılmış Komissiya
tərəfindən "Xüsusi
istedada malik uşaqların vaxtından
əvvəl I sinfə
qəbulu Qaydaları"na əsasən, iyulun 13-dən 31-dək aparılacaqdır.
6 yaşı
tamam olmayan uşaqlar hansı hallarda müsabiqədənkənar
qəbul edilə bilər?
Qəbul
müsabiqə əsasında
aparılan müəssisələrə,
lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil
edilən məktəbəhazırlıq
qruplarını bitirənlər.
6 yaşı
tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə,
haraya və nə zaman müraciət
edə bilər?
Bakı Şəhəri üzrə
Təhsil İdarəsi
tərəfindən təşkil
edilən Komissiyaya 15 iyuldan 10 avqustadək müraciət edə bilər.
Qəbul müsabiqə əsasında
aparılan müəssisələrə,
lisey və gimnaziyalara qeydiyyat nə vaxt aparılır?
Bakı şəhəri üzrə
I sinfə qəbul müsabiqə əsasında
aparılan müəssisələrə,
lisey və gimnaziyalara elektron qeydiyyat martın 15-dən
aprelin 15-dək, seçim
üçün müsabiqələr
(imtahanlar) isə aprelin 15-dən mayın
15-dək həyata keçiriləcəkdir.
Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara
qəbul edilməyən
uşaqların valideynləri
(digər qanuni nümayəndələri) elektron
sistemdə yenidən ümumtəhsil məktəbi
seçə bilərlərmi?
Bəli.
Qəbul müsabiqə əsasında
aparılan müəssisələrin,
lisey və gimnaziyaların bir neçəsinə sorğu
yerləşdirmək mümkündürmü?
Ümumtəhsil məktəblərindən fərqli
olaraq yalnız ikisinə.
Uşaqların yerləşdirilməsi
necə həyata keçirilir?
Məktəbdə fəaliyyət göstərən
şagird qəbulu üzrə işçi qrupdan müsbət rəy aldıqdan sonra.
Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Yeni dərs
ilinin ilk günü övladını məktəbə
gətirməlidir.
Yaşı 8-dən yuxarı
olan uşağın
I sinfə qəbulu mümkündürmü?
Bəli. Yaşı
8-dən yuxarı olan
uşaqlar Azərbaycan
Respublikası təhsil
nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın
tələblərinə uyğun
olaraq fərdi təhsilə cəlb olunurlar.
Evdə təhsil hüququ olan uşağın I sinfə
elektron sənəd qəbulu necə həyata keçirilir?
Elektron qeydiyyat
və məktəbə
sənəd qəbulu
ümumi qaydada aparılacaqdır. "Evdə təhsilin təşkili Qaydaları"nın tələblərinə riayət
edilməklə uşaq
psixoloji-tibbi-pedaqoji komissiyanın
qərarına əsasən
evdə təhsilə
cəlb ediləcək.
Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?
Şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb
olunan sənədlərin
müvafiq tələblərə
uyğun olmadığı
aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin
pozulduğu digər hallarda.
Olaylar.- 2015.- 28 fevral.- S.3.