"Jurnalist sənətkarlığı"
adlı
yeni kitab işıq
üzü görüb
Bakı
Dövlət Universitetinin professoru Alxan Bayramoğlunun
"Jurnalist sənətkarlığı" adlı yeni
kitabı professor Cahangir Məmmədlinin redaktorluğu və professor Nəsir Əhmədlinin,
fəlsəfə doktoru Akif
Rüstəmovun birgə rəyi
əsasında 2015-ci ildə
"Elm və təhsil" nəşriyyatında çap edilib.
Kitabı
oxuyanda ilk səhifədə dəyərli bir fikirlə
tanış olursan. Bu gün mətbuat və jurnalistika vətəndaş
cəmiyyətinin formalaşdırılması və milli
dövlətçiliyin möhkəmləndirilməsi
yolunda öhdəsinə düşən vəzifələri
yerinə yetirmək üçün müxtəlif vasitə
və üsullardan istifadə edir. Elə professorun bu
kitabında həmin vasitə və üsulların müxtəlif
elmi-nəzəri prinsiplərindən, taktiki və təcrübi
xüsusiyyətlərindən söhbət açılır.
Xüsusilə başlanğıc səhifədə qeyd olunub ki, cəmiyyətdə mövcud ictimai-əxlaqi, milli-mədəni dəyərlərin qorunaraq dövlətçilik naminə daha da möhkəmləndirilib inkişaf etməsində humanitar düşüncənin digər sahələri ilə yanaşı jurnalistikanın da xüsusi çəkisi vardır. Milli mətbuatın ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılmasında, dövlətin ictimai-siyasi dayaqlarının möhkəmləndirilməsində, milli- mənəvi dəyərlərimizin təbliği və gənc nəslin vətənpərvərlik tərbiyəsindəki roluna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamında da yüksək qiymət verilmiş və onun qarşısında aşağıdakı vəzifələr müəyyənləşdirilmişdir:
"Qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar. Mətbuatımız ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir".
Vaxtında müəllif tərəfindən ərsəyə gətirilmiş "Jurnalist sənətkarlığı" kitabında jurnalistin intellekti və vətəndaş məsuliyyəti, material toplanması, işlənməsi və çap mexanizmi haqqında, jurnalist ünsiyyətinin bəzi psixoloji məqamları və digər sahələrindən danışılır.
Ümidvarıq ki, Alxan Bayramoğlunun müəllifi olduğu "Jurnalist sənətkarlığı" adlı kitab jurnalistlərimiz və ziyalılarımız tərəfindən böyük rəğbətlə qarşılanaraq sevilə-sevilə oxunacaq.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2015.- 4 iyul.- S.7.