Fərdi təhsil üzrə nümunəvi

tədris planının təsdiqi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1 və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2015-2016-cı dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr).

2.İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə göndərilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3.Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.   

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

24 iyun 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 4 iyul.- S.6.