Azsaylı xalqların uşaqları üçün hazırlıq

siniflərinin 2015-2016-cı dərs ilinə

aid tədris planının təsdiqi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili tənzimlənməsini təmin etmək məqsədiləAzərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci 13.5-ci bəndlərini rəhbər tutaraq  

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən hazırlıq siniflərinin 2015-2016-cı dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).

2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Tədris resursları şöbəsi (F.Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.  

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

24 iyun 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 4 iyul.- S.6.