Cəzaçəkmə müəssisələrindəki
ümumtəhsil məktəblərinin
2015-2016-cı dərs
ilinə aid tədris planlarının təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan
Respublikasının cəzaçəkmə müəssisələrindəki
ümumtəhsil məktəblərində təhsil prosesinin təşkili və tənzimlənməsini
təmin etmək məqsədilə “Azərbaycan
Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər
tutaraq
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrindəki tədris Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəbləri üçün 2015-2016-cı dərs ilinə aid tədris planları təsdiq edilsin (1 və 2 nömrəli əlavələr).
2. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları şöbəsi (F.Şahbazlı) nümunəvi tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin
icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
24 iyun 2015-ci il
Azərbaycan müəllimi.-
2015.- 4 iyul.- S.6.