Ümumtəhsil məktəblərinin
2015-2016-cı dərs ilinə
aid tədris
planlarının təsdiqi haqqında
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Ümumi
təhsil müəssisələrində təhsil prosesinin təşkili
və tənzimlənməsini təmin etmək məqsədilə
“Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər
tutaraq
ƏMR
EDİRƏM:
1. Azərbaycan
Respublikasının tədris Azərbaycan, rus, gürcü
dillərində aparılan, ləzgi dili və azsaylı
xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri
üçün
2015-2016-cı
dərs ilinə aid aşağıdakı tədris
planları və tədris planlarına dair “Qeydlər” təsdiq
edilsin:
1.1.
Ümumtəhsil məktəblərinin I-VIII sinifləri
üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr);
1.2.
Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin
I-VIII sinifləri üçün tədris planları (4, 5
nömrəli əlavələr);
1.3.
Ümumtəhsil məktəblərinin IX-XI sinifləri
üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr);
1.4.
Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin
IX-XI sinifləri üçün tədris planları (9, 10
nömrəli əlavələr);
1.5.
Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil
məktəblərinin I-IV sinifləri üçün tədris
planları (11, 12 nömrəli əlavələr);
1.6.
Tədris planlarına dair “Qeydlər” (13 nömrəli əlavə).
2. Məktəbəqədər və
ümumi təhsil şöbəsi (A.Əhmədov),
İqtisadiyyat şöbəsi (R.Orucov), Tədris resursları
şöbəsi (F.Şahbazlı) tədris planlarının
çap olunub vaxtında yerlərə
çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev)
bu əmrin əlavələrlə birlikdə «Azərbaycan
müəllimi» qəzetində dərc olunmasını və
Nazirliyin internet saytında yerləşdirilməsini təmin
etsin.
4. Əmrin icrasına nəzarət
nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
22 iyun 2015-ci il
Azərbaycan müəllimi.-
2015.- 4 iyul.- S.2.