Təhsil Nazirliyi cavab verir

 

HÜQUQİ MƏSƏLƏLƏR

 

Sual: Təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) neçə il müddətinə verilirlisenziya verilməsi üçün rüsumun miqdarı nə qədərdir?

Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqifiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir.

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri"nin 17-ci hissəsinə əsasən xüsusi razılıq (lisenziya) verilməsinə görə məktəbəqədər təhsil müəssisələri - 2500 manat, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsili müəssisələri - 4000 manat, ilk peşə-ixtisas təhsilini həyata keçirən ayrı-ayrı təşkilatlar, müəssisələr, əmək birjaları, məşğulluq idarələri və digər qurumlar - 3000 manat, ali təhsil müəssisələri - 5500 manat, əlavə təhsili həyata keçirən ixtisasartırma və yenidənhazırlanma qurumları və digər müəssisələr - 3000 manat, dini orta ixtisas təhsili müəssisələri - 4000 manat, ali dini təhsil müəssisələri - 5500 manat məbləğində dövlət rüsumu ödəyirlər.

Sual: Məktəbəqədər təhsil müəssisəsi nədir və hansı növləri var?

Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 1.2-ci bəndinə görə məktəbəqədər təhsil müəssisəsi fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan məktəbəqədər yaşlı uşaqların tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olur.

Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər.

Məktəbəqədər təhsil müəssisəsi mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinə bölünür.

Məktəbəqədər təhsil müəssisəsinin növləri aşağıdakılardır:

1. körpələr evi (1-3 yaşlı uşaqlar üçün);

2. körpələr evi-uşaq bağçaları (1-6 yaşlı uşaqlar üçün);

3. uşaq bağçaları (3-6 yaşlı uşaqlar üçün);

4. xüsusi uşaq bağçaları (sağlamlıq imkanları məhdud uşaqlar üçün).

Sual: Nostrifikasiya nədir necə həyata keçirilir?

Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.36-cı maddəsinə görə nostrifikasiya - təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi- xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik peşə hüquqlarının verilməsi deməkdir.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması tanınma haqqında Şəhadətnamənin verilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması, ekvivalentliyinin müəyyən edilməsi müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi ya maraqlı olan təşkilatın, hüquqi fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir.

Ali təhsil sahəsində ixtisasın tanınması barədə müraciətə (ərizəyə) aşağıdakılar əlavə edilir:

ali təhsil haqqında sənəd;

tədris olunmuş fənlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs buraxılış işlərinin nəticələri tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavə.

Ərizəçi öz hazırlıq səviyyəsinin müvafiq peşə fəaliyyətinə icazə verməsini praktik təcrübəsini təsdiq edən sənədlər təqdim edə bilər.

Ali təhsil haqqında sənəd ona əlavənin Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiqi bir qayda olaraq, Azərbaycan Respublikasının ali təhsil haqqında sənəd verən ölkədəki səfirliyində (konsulluğunda) ya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində leqallaşdırılmalıdır.

Ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır.

Ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir.

Sual: Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi neçədir hansı hallarda bu müddət uzadıla bilər?

Cavab: Əmək Məcəlləsinin 10-cu maddəsinə görə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

Elm, mədəniyyət, səhiyyə təhsil sahələrinin inkişafında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları"na əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının orden medalları ilə təltif edilmə;

2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;

3. işlədiyi sahə üzrə elmi dərəcəsinin ya elmi adının olması;

4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi ya müxbir üzvü olması;

5. Dövlət mükafatı laureatı olması;

6. 1991-ci il oktyabrın 18-dək orden medallarla təltif edilmə.

Sual: Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsinin əsasları hansılardır? Təhsili davam etdirmək üçün çağırışa möhlət verilirmi?

Cavab: "Hərbi vəzifə hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir:

- ailə vəziyyətinə görə;

- sağlamlıq vəziyyətinə görə;

- təhsili davam etdirmək üçün;

- Azərbaycan Respublikası Milli Məclisinin deputatı bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək);

- deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar.

Həmin Qanunun 21-ci maddəsinə əsasən mülkiyyət təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş akkreditasiya olunmuş təhsil müəssisələrində onların filiallarında təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:

- ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;

- ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara;

- orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara;

- ali təhsil müəssisələrində onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili rezidenturada təhsil alanlara - təhsilini bitirənədək (təkrar ali təhsil alan çağırışçılar istisna olmaqla);

- xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək (təkrar ali təhsil alan çağırışçılar istisna olmaqla).

Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

Hüquqi ekspertiza lisenziyalaşdırma şöbəsi

 

Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.7.