Beynəlxalq müsabiqənin birincisi
2006-cı ildə Bakıda anadan olan Banu Tağıyeva hələ 3 yasında olarkən musiqi səsi eşitcək çiçəklərdən- çiçəyə qonan kəpənəklər tək rəqs edirmiş. Bu istək qızcığazı "Səma" rəqs qrupuna gətirib. Azərbaycan və dunya xalqlarının rəqslərini həvəslə öyrənib. Dövlət tədbirlərində, telekanallarda və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ifaları ilə tamaşaçılara xoş anlar yaşadıb, fəxri fərman və diplomlarla mükafatlandırılıb. Hazırda Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının III sinif sagirdidir. Dərslərini yaxşı oxumaqla bərabər Nigar Nəcəflinin sinfində fortepiano dərsi alır. Valideynlərinin dediyinə görə Banu bir işə başlamamış dəfələrlə ölçüb biçir, sonra qərar çıxarır. Asudə vaxtlarında isə mütaliə etməyi xoşlayır.
2015-ci il isə Banu üçün daha uğurlu olub. İtaliyanın Pesaro səhərində keçirilən "Citta di Pesaro" adlı beynəlxalq musabiqədə iştirak edərək I yerə layiq görülüb. Banu daha böyük nailiyyətlər
əldə etmək, beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil etmək arzusu ilə gecə-gündüz çalışır. Deyir ki, arzularım, istəklərim ürəyimdə
muncuqlanıb, ağ vərəqlərə yazdığım
hərflər tək düzümlənib.
Gələcəkdə hansı sənəti
seçəcəyi isə
hələ bir sirr olaraq qalır.
Ən başlıcası budur ki,
Banu arzusuna
çatmaq üçün
səylə çalışır.
Çalışqanlığı isə gələcəkdə
qazanacağı uğurlara
sönməz bir işıq salır.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2015.- 6 iyun.- S.6.