Müəllim ömrü

 

Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylanan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü!

 

Həlimlik gözünün qarasındadı,

Əzizlik qəlbinin parasındadı,

Hər an şagirdlərin arasındadı,

Kövrəlmiş bir səsdi müəllim ömrü!

 

Günəş hərarətli, dağ vüqarlıdı,

Saçları dalğındı, bəyaz qarlıdı,

Övladlı, nəvəli, gözəl yarlıdı,

Mehriban bir kəsdi müəllim ömrü!

 

Həyatda hər zaman gözləri toxdu,

Ürək ovsunlayan sözləri çoxdu,

Dünyanın varında gözləri yoxdu,

Odlu bir nəfəsdi müəllim ömrü!

 

...Ən parlaq ulduzdu, nur saçan aydı,

Dalğalı dənizdi, ləpəli çaydı,

Ömrü ömürlərə paylayan paydı,

Safdı, müqəddəsdi müəllim ömrü!

 

Əsgər inamı

 

Heç  bir zaman bağışlamaz

Ana torpaq, yer məni.

Vətənimin qucağında

Yaşayarsa erməni!

 

Əziz anam, qəm eyləmə,

Böyüdübsən ər məni.

Daha mənim qabağımda

Dura bilməz erməni!

 

Namus, qeyrət yolundaca,

Tanrım şəhid ver məni.

Bu torpaqda qan qusacaq

Gavur, dinsiz erməni!

 

Qələbəyə bil səsləyir,

Mətn nəğmə, şeir məni.

Qarabağdan qovulacaq

Yurd-yuvasız erməni.

 

İbrahim YUSİFOĞLU,

 

Naxçıvan  MR Şərur Rayon Təhsil  Şöbəsinin əməkdaşı,

"Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"

 

Azərbaycan müəllimi.- 2015.- 13 iyun.- S.12.