Ən yaxşı müəllimin dərs
nümunəsi
VI SİNİF
AZƏRBAYCAN
DİLİ FƏNNİ
Müasir dərsə verilən tələblərə görə şagirdlər dərs prosesində fəal, yaradıcı olmalı, başqa dərslər zamanı aldıqları bilik və bacarıqlarını inteqrasiya yolu ilə bir-biri ilə əlaqələndirməyi bacarmalı, təhlillər etməli, tədqiqat aparmalı, nəticə çıxarmağı bacarmalı və bu yolla da idraki qabiliyyətlərini ortaya qoymalıdırlar.
Müasir dərs prosesində müəllim sadəcə nəzarətçi, istiqamətləndirici və əlaqələndirici rolunu oynayır. İstər müəllim, istərsə də şagirdlər dərsdə müasir təlim metodlarından, İKT-dən, internet resurslarından məqsədyönlü istifadə etməklə, qarşıya qoyduqları məqsədi reallaşdıra bilərlər.
Mövzu: "Əlif Hacıyev".
Standartlar:
2.2.1, 3.1.2, 2.1.1, 1.1.2, 1.2.4.
Təlim nəticələri ( məqsədlər):
1. Verilmiş mətndəki qəhrəmanın həyatı haqqında bəzi məqamları şagirdlərə yada salmaq şəklində xatırlatmaq.
2. Mətnin məzmununa uyğun olaraq başqa milli qəhrəmanlar, Xocalı soyqırımı haqqında məlumat vermək.
3. Mətndə yeni sözlərin mənasını izahlı lüğətlə müqayisə edib, mətn daxilində həmin sözlərin yerində işlənib-işlənmədiyinə aydınlıq gətirmək.
4. Şagirdlər milli qəhrəmanlar haqqında, Xocalı soyqırımı ilə bağlı bildiklərini tezisvari şəkildə ifadə edir.
5. Diskussiya zamanı onlar qohum-əqrabalarının bu faciənin qurbanlarından olması, böyüklərdən eşitdiklərini nəql edirlər.
İnteqrasiya: Ədəbiyyat, Azərbaycan tarixi, coğrafiya.
Təlim forması: Əqli hücum, kollektiv iş, qruplarla iş.
Təlim üsulu: Əqli hücum, proqnozlaşdırılmış oxu, müzakirə.
Resurs: Dərslik, Xocalıya aid film, slaydlar,
Əlif Hacıyev haqqında film, kompüter və
s.
Dərsin
gedişi: Salamlaşmaq,
təmizliyə nəzər
salmaq.
Ev tapşırığının yoxlanılması:
müəllim bir
neçə şagirddən
ev tapşırığını soruşur və onlar icra
etdikləri tapşırığı
təqdim edirlər.
Müəllim yeni dərsin mövzu
və məqsədini
izah edir.
Motivasiya: Xocalıya aid faktik
materialları nümayiş
etdirmək. Qanlı Yanvar
hadisələrindən fraqmentlərə
baxmaq. Şagirdlərin yaddaşlarını
yoxlamaq məqsədi ilə bu hadisələrin
nə zaman baş verdiyini soruşmaq. Sonra isə işğal olunmuş rayonlar haqqında şagirdlərdən
cavab almaq.
Tədqiqat sualı: Qarabağ müharibəsi
haqqında nə bilirsiniz? Qəhrəmanlar nəyə görə
vuruşmuşlar və
biz onlardan nəyi öyrənməliyik?
Tədqiqatın aparılması:
Əvvəlcə beyin həmləsi tətbiq olunur. Qəhrəmanların arasında
Əlif Hacıyevin adı çəkilərsə,
BİBO cədvəli çəkilir.
Sinif
3 qrupa bölünür. Qruplar mövzuya uyğun olaraq
"Xocalı", "Qarabağ",
"Azərbaycan" adlandırılır.
Müəllim şagirdlərə
istiqamət vermək məqsədiylə mətni
hissələrə bölərək oxumağı tapşırır. Hər qrup
bir hissəni oxuyur (standart 2.2.1).
Mətndə tanış olmayan
sözlərin mənasını
müəyyənləşdirmək şagirdlərə
tapşırılır (standart
2.1.1).
Mətnin
oxunması: dərslikdə
verilmiş "Əlif
Hacıyev" mətni
hissələrə bölünərək
şagirdlər tərəfindən
oxunur. Hər hissənin sonunda Əlif Hacıyevin göstərdiyi
qəhrəmanlıq əyani surətdə şagirdlərə slaydlarda qısa fraqmentlərlə
təqdim olunur.
Oxu zamanı mətndə tanış olmayan "ekstremist", "terrorçu",
"dispetçer", "soyqırım"
kimi sözlər
şagirdlər tərəfindən
müəyyənləşdirilir.
Siniflə iş:
şagirdlərə mətndə
onlara tanış
olmayan bu sözlərin mənasının
araşdırılması tapşırılır.
Şagirdlər araşdırma
apararaq müəyyənləşdirirlər
ki, ekstremist - siyasətdə ifrat tədbirlər tərəfdarı, terrorçu-
fərdi terror tərəfdarı
və iştirakçısı, dispetçer-nəqliyyatın
hərəkətini, yaxud
müəssisənin işinin
gedişini bir mərkəzi məntəqədən idarə
edən işçi,
soyqırımı- bir
xalqın günahsız yerə qətlə yetirilməsi anlamında işlədilən sözlərdir.
Bütün bunlardan sonra şagirdlərlə müstəqil
iş təşkil olunur.
1. "Xocalı"
qrupuna Əlif Hacıyevin doğulub boya-başa çatdığı
Xocalı və orada yerləşən strateji əhəmiyyətli yerləri
təhlil etmək tapşırılır.
2. "Qarabağ" qrupuna Qarabağda ermənilərin
törətdiyi vəhşilikləri,
orada yaşayan azərbaycanlıların başlarına
gətirilən müsibətləri
araşdırmaq tapşırılır.
3. "Azərbaycan" qrupuna isə 1992-ci il 26 fevralda baş verən hadisələri araşdırmaq
tapşırılır.
Sonra şagirdlər mətndə
göy rəngdə verilmiş əvəzliklərin
hansı nitq hissəsini əvəz etdiyini və məna etibarı ilə nəyə xidmət etdiyini müəyyənləşdirirlər.
Qruplar bir neçə dəqiqədən sonra hazırladıqları cavabların
təqdimatını edirlər.
Müəllim sinfə müzakirə
üçün suallar
verir:
- Əlif Hacıyev
və onun qəhrəmanlığı haqqında
nə bilirsiniz?
- O, nəyə görə Minskdən vətənə
qayıtdı?
- Əlif Hacıyevi
ermənilər nəyə
görə həbs etdilər?
- Sonra ermənilər niyə
Əlifin başına
mükafat təyin etdilər?
- Əlif Hacıyevin
son döyüş yeri
harada oldu?
Bütün bu suallar ətrafında
sorğular aparılır
və nəticələr
çıxarılır (standart
1.1.2).
Nəticə və ümumiləşdirmə:
Müəllim əsas
vurğunu tədqiqat sualına yönəltməlidir
(Qəhrəmanlar nəyə
görə vuruşmuşlar
və biz onlardan nəyi öyrənməliyik).
1. Müasir dövrümüzdə Azərbaycan
dövlətinin onlara
münasibəti necədir?
Nəticədə belə
qənaətə gəlinir
ki, vətən uğrunda canından keçən qəhrəmanlarımız unudulmur,
onlar göstərdiyi qəhrəmanlıqlara
görə dövlətimiz
tərəfindən yüksək
bir ada - Milli Qəhrəman adına layiq görülürlər.
2. Biz də vətənimizə
Əlif Hacıyev, Mübariz İbrahimov kimi oğullar
olmaq istəyirik.
Yaradıcı tətbiqetmə: həm
mətnlə, həm də Xocalı soyqırımı ilə
bağlı kiçik
bir esse yazmaq, "genosid" sözünün izahını
araşdırmaq.
Xocalıdan başqa düşmən
əlində olan rayonlarımız haqqında
məlumat toplamaq.
Qiymətləndirmə tərtib olunmuş xüsusi cədvəl üzərində
aparılır. Qiymətləndirmə zamanı aşağıdakı
bacarıqlar əsas götürülür.
- Mətni oxuyub ümumiləşdirmə çıxara
bilməsi.
- Mətndə tanış olmayan sözlərin izahını lüğət
vasitəsi ilə müəyyənləşdirmək
bacarığının olması.
- Dinlədiyi və oxuduğu mətndən faktları ümumiləşdirmək
bacarığının olması.
- Yazdığı mətndə
fikrini ardıcıllıqla
ifadə etməsi.
Xuraman HÜMMƏTOVA,
Bakı şəhər Heydər
Əliyev adına liseyin
Azərbaycan dili və ədəbiyyat müəllimi,"Ən
yaxşı
müəllim" müsabiqəsinin
(2011) qalibi
Azərbaycan müəllimi.- 2015.-
20 iyun.- S.11