Riyaziyyat fənnindən fəal dərs

 

II SİNİF

 

RİYAZİYYAT FƏNNİ

 

Mövzu: Kəsrlər və hissələr

Standartlar:

1.1.1.7       2.1.1.9

Təlim məqsədləri:

1.Ədədin hissəsini tapır.

2.Ədədin hissəsini sadə kəsrlər vasitəsilə yazır.

3.Ədədin hissəsini sxemlər vasitəsilə izah edir, göstərir.

Qiymətləndirmə standartları:

1. 1.1.7             2. 1.1.9

1. Hissələri tanıyır.

2. Hissələri sadə kəsrlər vasitəsilə ifadə edir.

3. Sxemlər əsasında hissələri müəyyənləşdirir.

4. Hissələrə görə sxemlər tərtib edir.

Resurs. Dərslik, slaydlar, şəkillər, iş vərəqləri və s.

Dərsin gedişi: Salamlaşma. Ev tapşırığının yoxlanması.

Motivasiya: Motivasiya üçün ekranda aşağıdakı şəkil nümayiş olunur və sinfə belə bir sualla müraciət edilir: Sizcə, düzbucaqlının altında nə var?

Şəklə baxan şagirdlər öz fərziyyələrini irəli sürürlər. Həmin fərziyyələrdən hansının düzgün olduğunu və şəklin altında nə olmasını müəyyənləşdirə bilmələri üçün müəllim  şagirdlərə istiqamət verir:

Müəllim: taxtanın üzərindəki əşyanı görmək üçün düzbucaqlını şəffaflaşdırın.

Şagirdlərdən biri şəffaflaşdırma alətindən istifadə edərək şəkli açır, ətirli pendirin şəkli ekrana gəlir.

Müəllim sinfə növbəti sualla müraciət edir:

- Pendiri hansı heyvan daha çox sevir?

Yenə fərziyyələr irəli sürülür.

Müəllim: Pendirə elektron qələmlə toxunun, heyvan şəkli ekrana gəlsin.

Ekran aydınlaşanda şagirdlər  bu heyvanın siçan olduğunu görürlər.

Növbəti slayd nümayiş olunur. Burada siçanın pendiri yarıya bölməsi təsvir olunur.

Müəllim: Siçan pendiri tən yarıya böldü (sual-cavab aparılır):

- Pendir necə idi? (bütöv)

- alındı? (iki bərabər hissəyə bölündü)

- Bütöv pendir neçə deməkdir? (bir)

- Bölünmüş hər bir hissə neçə deməkdir? (ikidə bir)

Şagirdlər sehirli qələmin (lupanın) köməyi ilə bütöv pendirin və bölünmüş hissələrin içindəki yazılışları görürlər və bir şagird elektron lövhədə, digər şagirdlər isə dəftərlərində 1/2 kəsrini yazmağı öyrənirlər.

Müəllim: Nağılın ardına qulaq asaq. Siçanın yanına dostu gəldi və onlar tən yarıya bölünmüş dilimlərin hər birini yenə də tən yarıya böldülər.

Şagirdlər sehirli qələmin vasitəsilə hər hissənin içini şəffaflaşdırırlar və bu dəfə 1/4 kəsrinin yazılışını görərək izah edirlər, kəsri yazmağı öyrənirlər.

Tədqiqat sualı:

Aparılan bu işdən sonra tədqiqat sualı qoyulur:

Hissə nədir? O necə əmələ gəlir? Hissəni necə göstərə bilərik?

Tədqiqat işi mərhələsində şagirdlərə üç tapşırıq verilir. Müəllim bu tapşırıqları istədiyi iş formasında verə bilər.

Tapşırıq 1

4 dilimi rənglə. Bütün dilimlərin hansı hissəsi alındığını aşağıda yaz.

6 dilimi rənglə. Bütün dilimlərin hansı hissəsi alındığını aşağıda yaz.

Dairənin içindəki dilimləri rənglə və rənglənmiş və rənglənməmiş hissələrə görə kəsrləri yaz.

Burada iki şagird verilən tapşırığa görə elektron lövhədə rəng seçir, rəngləyir, hissəni yazır kimi tapşırıqları yerinə yetirir. Qalan şagirdlər isə ümumi müzakirədə iştirak edərək dəftərlərində işləyirlər.

Tapşırıq 2

Cavabı 20-dən kiçik olan xanaları mavi, böyük olan xanaları qırmızı rənglə.

Qırmızı xanalar bütün xanaların hansı hissəsini təşkil edir?

Ev şəkli əsasında aparılır. Şagirdlər evin hər pəncərəsinin üstünə elektron qələmlə vurur və altında gizlənmiş misalı həll edərək qarşısındakı kvadrata yazırlar. Cavabı 20-dən kiçik olan misalları mavi, böyük olan misalları qırmızı rənglə rəngləyirlər (tapşırığı elektron lövhədə iki-iki işləməklə  8 şagird yerinə yetirir). Sonra daha iki uşaq qırmızı xanaların və mavi xanaların neçə hissə təşkil etdiyini kəsrlə ifadə edirlər.

Tapşırıq 3

1. Cəmi neçə kubik var?    (9)

2. Sarı kubikləri düzbucaqlının daxilinə yerləşdir.

3.Sarı bütün kubiklərin neçə hissəsidir.  4/9

Bu tapşırıqda konteyner üsulundan istifadə edilib. Verilən kubikləri say və kubiklərin 4/7 hissəsini konteynerə yerləşdir. Şagirdlər 7 kubikin 4-nün sarı, qalanlarının qırmızı olduğunu aşkarlayırlar. Sarı kubikləri seçib konteynerin içinə yerləşdirirlər. Elektron lövhədə kəsri qeyd edirlər.

Bu mərhələdə şagirdlər böyük qrupla işləyir, sonra müzakirə edərək dəftərlərində qeydlər aparırlar.

Ümumiləşdirmə nəticə:

Hər pilləkəndə gördüyünüz hissələri yazın.

Fərdi formasında aparılır (cütlərlə formasında da verilə bilər). Tapşırıq fərdi qaydada paylanılır şagirdlər bir daha şəkilləri müstəqil olaraq kəsrlərlə ifadə edirlər. Sonra  "Kəsr nədir?  Necə əmələ gəlir? Onu necə ifadə etmək olar" suallarına qayıdaraq biliklərini möhkəmləndirirlər.

Ev tapşırığı:  Evə belə tapşırıq verilir.

Daha nəyi hissələrə bölmək olar? Şəklini çək! Şəkli hissələrə ayıraraq hissələri kəsrlərlə ifadə et!

Qiymətləndirmə müvafiq meyarlar əsasında aparılır. Cədvəl qiymətləndirmə meyarları əsasında hər şagird üçün fərdi olaraq dərs boyu fəaliyyətləri fərdi işləri nəzərə alınaraq doldurulur.

 

Hökümə XƏLƏFLİ, 

Bakı şəhər Heydər Əliyev adına liseyin ibtidai

sinif müəllimi,əməkdar müəllim,

"Ən yaxşı müəllim" müsabiqəsinin (2009) qalibi

 

Azərbaycan müəllimi.- 2015.- 20 iyun.- S.11.