Həyat bilgisinin tədrisində
inteqrasiya
III sinifdə
9 fənn tədris olunur ki,
onlardan da biri həyat bilgisidir.
Bilirik ki,
başqa fənlərdən fərqli olaraq, həyat bilgisi
konkret bir elmin əsasını öyrətmir.
Fənnin tədrisində şagirdlərdə mənəviyyat,
sağlamlıq, təhlükəsizlik, fövqəladə
hallarda mühafizə, vətəndaşlıq,
ekologiya, cəmiyyət
haqqında bilik və bacarıqlar
formalaşdırılır.
Mən də
şagirdlərdə bu fənnə maraq oyatmaq, onun köməkliyi
ilə əxlaqi yetkinlik, saflıq, düzlük, ədalətlilik,
dözümlülük, tolerantlıq, özünə və
başqalarına hörmət kimi yüksək mənəvi
keyfiyyətlər
aşılamaq, onları əsl vətənpərvər
kimi tərbiyə etmək
üçün fənnin tədrisində yalnız fəndaxili, fənlərarası
inteqrasiyanı yox, həm də
təlimin metod və
texnologiyalarının inteqrasiyasından geniş istifadə edirəm.
Təcrübəmdən müəyyən etmişəm ki, fənlərarası
əlaqə şagirdləri tədris prosesində fəallaşdırır,
onların idraki, zehni qabiliyyətini inkişaf etdirir.
Fikrimi bu
il martın 5-də 3 d sinfində həyat bilgisi fənnindən
"Qonşularımız" mövzusunda dediyim "açıq dərs"in
nümunəsində şərh
edirəm.
Dərsə davamiyyət yoxlandıqdan sonra
proyektor vasitəsilə dərsin keçirildiyi tarix,
mövzusu, məqsədi, standartları, bacarıq səviyyələri ekranda
işıqlandırılır və
sinfə belə bir sualla müraciət edilir:
M.: - Uşaqlar, 05.03.2015 nəyi göstərir?
Ş.: - Dərsin keçirildiyi tarixi.
M.: -
Riyaziyyatla əlaqələndiriləndə bunlar nə
adlanır?
Ş.: - Zaman vahidləri.
M.: -
"05" günü göstərir.
Gün isə həyat bilgisindən öyrəndiyimizə
görə yerin öz
oxu ətrafında fırlanması nəticəsində
yaranır. Bir gün 24
saatdır.
"03"
ayı göstərir. İlin III ayı mart ayıdır, yaz
fəslinə aiddir.
"2015"
isə ili ifadə edir. İl yerin günəş ətrafında
fırlanması nəticəsində
12 aya başa çatır.
Sonra dərsimizin
neçənci saatda keçirildiyini soruşuram və deyirəm:
M.: -
Uşaqlar, bu dərsi III saat
yox, I saat keçsəydik dərsə nəyi oxumaqla başlayardıq?
Ş.: -
Müstəqil Azərbaycan Respublikasının Dövlət himnini oxumaqla.
Himn
haqqında məlumatlar verilir.
Sonra lövhədə gerbimiz,
bayrağımız nümayiş etdirilir, məlumatlar verilir. Şagirdlər
bayrağın rənglərini şərh edərək deyirlər
ki, texnologiyaya görə xromatik, həyat bilgisinə görə
spektral, təsviri incəsənətə görə əsas
və alınma, soyuq və isti rənglərə
ayırmaq olar. Musiqiyə
uyğun mahnılar, Azərbaycan dilindən öyrəndikləri
şeir və hekayələr söyləyir, müdriklərin
deyimlərindən sitatlar gətirir, hər
üçünün dövlət rəmzləri olduğunu
bildirirlər.
Sonra
müstəqil dövlətin başqa əlamətləri
soruşulur, Konstitusiyanın maddələrinə əsasən
izah olunur, Konstitusiya və bayraq
gününün keçirildiyi tarixlər qeyd olunur.
Dövlətimizin
sərhədləri, ərazisi, şəhərləri,
çay və gölləri xəritədə göstərilir.
Motivasiya
yaratmaq üçün lövhəyə belə bir cədvəl
salınır.
Şagirdlərə
tapşırılır ki, cədvəldə verilənləri
oxusanız, bugünkü dərsimizin mövzusunu biləcəksiniz.
Əvvəlcə
şagirdlər mövzunu aydınlaşdıra bilmirlər və deyirlər
ki, mövzu informatikadan öyrəndiyimizə görə,
koda qoyulub. Kodu açmaq üçün onu
dekodlaşdırmaq lazımdır. Bunun üçün isə
açar sözlər deyilməlidir.
Şagirdlərə
açar sözlər verirəm,
məlumatlandırıram ki, mövzu əlifba sırasına
görə kodlaşdırılıb. Azərbaycan dili fənninə
inteqrasiya yaranır, əlifba günü haqqında məlumat
verilir və kod açılır, mövzu müəyyənləşdirilir.
Məlum olur ki, dərsin
mövzusu "Qonşularımız"dır.
Qonşu kimdir, kimlərə qonşu deyilir, mövzumuzda hansı qonşulardan söhbət getdiyi müəyyənləşdirilir.
Qeyd olunur ki, bugünki dərsimizdə müstəqil Azərbaycan
Respublikası ilə həmsərhəd olan dövlətlərdən
söhbət gedəcək.
Tədqiqat
sualı proyektor vasitəsi ilə
lövhədə işıqlandırılır:
- Azərbaycan
Respublikası quruda neçə dövlətlə həmsərhəddir?
- Cavab: 5
dövlətlə.
Dövlətlər
xəritədə göstərilir və məlumat verilir ki, dərsimizdə
qonşu dövlətlərdən də nümayəndələr var. Proyektor vasitəsi ilə
lövhəyə hər bir dövlət haqqında
məlumat salınır və gələn bir qonaq öz ana dilində
özü haqqında məlumat verib, dediklərini də
Azərbaycan dilinə tərcümə edir. Qeyd olunur ki, sizə ingilis dili də tədris olunduğundan
İngiltərədən də qonaq dəvət etmişik.
Ancaq bu bizimlə həmsərhəd olan dövlət deyil. Nitq etigetlərinə görə
qonaqlara xoş sözlər
deyilir.
Növbəti
sual verilir:
- Bəs hansı dövlətdən
qonaq dəvət etməmişik, heç
çağırmazdıq da?
Ekranda ermənilər,
onların vəhşilikləri haqqında fraqmentlər
göstərilir və qeyd
olunur ki, ermənilər
bizim düşmənimizdir.
Yenə
Azərbaycan dövləti, azərbaycanlılar haqqında məlumat
verilir, yazılı və şifahi
xalq ədəbiyyatına müraciət olunur.
Sonra isə
mətni ifadəli oxudur və izah edirəm. Başa
salıram ki, siz düzgün, ifadəli oxumalı, dilimizi
yaxşı bilməlisiniz ki, oxuduğunuzu anlayasanız və
anlada biləsiniz.
Dərs "Oğuz",
"Azadlıq", "Yaşıl dünya",
"Sülh" qruplarına lider
seçilməsilə
davam etdirilir. Qruplara işçi vərəqləri
paylanır, tapşırıqlar haqqında izahat verilir,
tapşırığın yerinə yetirilməsi müddətinin
5 dəqiqə olduğunu qeyd
edirəm.
Şagirdlərin
tapşırıqları sərbəst yerinə yetirmələrinə
nəzarət edirəm və tapşırıqların yerinə
yetirilməsi müddətində isə ekranda dahi şairimiz S.Vurğunun "Azərbaycan"
şeiri səsləndirilir. Vaxt
qurtarır. Təqdimat başlanır.
"Oğuz"
qrupunun təqdimatı:
"Oğuz"
qrupunun I tapşırığı - torpaqlarımız
işğal olunma tarixinə görə ardıcıllıqla
nömrələnir, tarixləri yazılır, Xocalı
soyqırımı haqqında məlumat verilir.
II
tapşırıq: Şuşa,
onun yaranması, Vətən
bağı haqqında məlumat verilir, texnologiya fənnilə əlaqədar olaraq süfrə atributu olan salfetlə
"Xarı bülbül" hazırlanır, onun haqqında
məlumat verilir. Kompüterdə isə Point proqramında üçrəngli bayraq çəkilir, arzu edilir ki, çəkilmiş bayraq
işğal olunmuş torpaqlarımızda dalğalansın.
III
tapşırıq - Ermənilərin özününküləşdirmək
istədiyi "Sarı gəlin" mahnısı pantomima
şəklində göstərilir, açıqlanır ki,
qız saçının ucunu hörmək istədi,
gülü dərmək istədi, oğlan qoymadı. Bizə
belə gəlir bunlar bizim xalq mahnısı olan "Sarı gəlin"i
hərəkətləri ilə göstərdilər. Mahnı uşaqlar tərəfindən
ifa olunur.
"Azadlıq"
qrupunun təqdimatı:
I
tapşırıq - Verilmiş qəhrəmanların
adları müvafiq cədvələ uyğun
qruplaşdırılır və hər bir qəhrəman haqqında məlumat
verilir.
II
tapşırıq - 20 Yanvar faciəsi haqqında məlumat
verilir, şəhid
gülü olan qərənfil
texnologiyaya uyğun olaraq parça ilə hazırlanır,
informatika ilə əlaqəli şəkildə kompüterdə
Point proqramında "Şəhidlər xiyabanı" təsvir olunur, "Vörd"
proqramına uyğun "And yerimiz" yazırlar.
III
tapşırıq - Əlində qərənfil olan şagird
pantomima göstərir. Məlum olur ki, o, M.Aslanın
"Ağla, qərənfil" şeirini söyləyir.
Axırda II qrup "Şəhidlər xiyabanı" mahnısını xorla ifa edir, ermənilərə lənət oxunur.
"Yaşıl
dünya" qrupunun təqdimatı:
I
tapşırıq - Milli
bayramlarımız Klaster
üsuluna görə şaxələndirilir, dini bayramlar
haqqında məlumat verilir, Azərbaycan dili fənninə
inteqrasiya olunur.
II
tapşırıq - Novruz
bayramı haqqında məlumat
verilir, Kosanın papağı
texnologiya fənni ilə əlaqədar rəngli
kağızdan hazırlanır, riyaziyyata inteqrasiya olunaraq
deyilir ki, konus formasındadır, fəza fiqurudur.
Kompüterdə
Novruzun atributu olan səməni çəkilir, "yaz"
sözü anaqram kimi dəyişdirilib yay, metoqram kimi saz
alınır. Musiqi fənnindən öyrəniblər ki, saz milli musiqi alətimizdir,
aşıqlar ifa edir. Kamança, tar, dəf də musiqi alətidir,
milli alət kimi "Üçlük" adlanır.
III
tapşırıq - Pantomima göstərilir (erməni əlini
atır papağa, azərbaycanlı əlindən alıb
öz başına qoyur, əlin
atır yarpaq dolmasına yenə azərbaycanlı özü
yeyir. Torpağı yenə azərbaycanlı müdafiə
edir).
Pantomima
açılır: Məlum olur
ki, bir ermənilərin,
bir də qaraçıların
heç vaxt papağı olmayıb. Papaq isə
namus, qeyrət rəmzidir, bu da ermənilərdə
yoxdur. Dolma isə bizim milli yeməyimizdir, onu da oğurlamaq istəyirlər.
Torpaq da bizimdir, torpaqdan pay ola bilməz.
Qrup
M.Tağıyevin "Torpaqdan pay olmayır"
mahnısını oxuyur.
"Sülh"
qrupunun təqdimatı:
I
tapşırıq - verilmiş tarixi günlər və
bayramların qeyd olunma tarixi
yazılır, işarələnmiş Milli Qurtuluş
Günü və 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü
haqqında məlumat verilir.
II
tapşırıq - Ümummilli liderimiz Heydər Əliyev
haqqında, gül bayramı haqqında məlumat verilir.
Muncuqlarla kompozisiya hazırlanır, "10 may", "sülh"
sözləri yazılır, buta düzəldilir.
III
tapşırıq - pantomima göstərilir, izah olunur ki, bu milli rəqsimiz olan
"Yallı"dır. "Yallı" həm də birlik rəmzidir, bizi Qobustan
qayalarına aparır. Axırda
A.Ağayevin ifa etdiyi "Xalq
Heydər söyləyəcək"
mahnısından bir hissə
oxunur.
Qrupların təqdimatından sonra fəndaxili
inteqrasiya gedir, yeraltı,
yerüstü sərvətlərimiz nümayiş olunur, onlar
haqqında məlumat verilir. Xatırladıram ki, yəqin
bundan sonra qonaqlarımızı tarixi abidələrimizə
apararsınız. Hər bir şagird
aparacağı tarixi abidə haqqında məlumat verir.
Əsasən Azıx mağarası haqqında məlumat verməklə
bildirirlər ki, biz qədim
xalqıq və bizim zəngin keçmişimiz var.
Şagirdlərə
sual verirəm ki, biz onları hara apara bilmirik?
-
İşğal olunmuş torpaqlarımıza.
- Bu
torpaqları necə ala bilərik?
- İstərdik
ki, sülh yolu ilə alaq, ala bilməsək müharibə
yolu ilə alacağıq.
- Bunun
üçün nə lazımdır?
-
Güclü ordu.
Ekranda Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin ordumuz haqqında
dediyi sözlər səslənir.
Uşaqlar yorğunluğunu aradan qaldırmaq
məqsədilə idman edirlər. Dərs müddətində nə öyrəndikləri
suallarla yekunlaşdırılır. Belə nəticəyə
gəlinir ki, biz qonaqpərvər, sadə, səmimi xalqıq.
İstəmirik ki, qonşularla bizim aramızda münaqişə
olsun, çünki münaqişə olanda hər 2 tərəfin dincliyi pozulur.
Ona görə də biz hər zaman mehriban olmaq istəmişik.
Beləliklə, uşaqlar qeyd edirlər ki, biz bu gün çoxlu
informasiya aldıq, vətənə,
müəllimə, anaya aid bayatı, şeir, atalar sözləri
söylənilir. "Əziz müəllimim"
mahnısı oxunur.
Ev
tapşırığı olaraq atalar sözləri yazmaq,
qonşu dövlətlərin
adlarını əlifba
sırası ilə düzmək və esse yazmaq verilir.
Qrupların işləri informatika fənnindən
öyrəndikləri gülüş kodu ilə qiymətləndirilir.
Qiymətləndirmə zamanı əməkdaşlıq, qrup
işləri, nəticə nəzərə alınır.
Ekranda
ümummilli liderimiz Heydər
Əliyevin "Mən fəxr edirəm
ki, Azərbaycanlıyam" sözləri səslənir.
Uşaqlar əllərində üçrəngli
bayrağımızı dalğalandıraraq M.Maqomayevin
"Ana Vətən" mahnısını oxuyurlar.
Bu dərsin
nümunəsinin yığcam təsviri təsdiq edir ki, həyat
bilgisi fənnindən bir
mövzunun tədrisində bütün fənlərlə
əlaqə yaratmaq mümkündür. Dərsdə fənlərarası
əlaqə isə şagirdləri fəallaşdırır,
vətənpərvərlik hissi tərbiyə edir, vətənə,
təbiətə, rənglər aləminə maraq oyadır,
onları tədqiqatçıya çevirir.
Mayisə QASIMOVA,
Bakıdakı 83 nömrəli məktəb-liseyin
ibtidai sinif müəllimi
Azərbaycan müəllimi.- 2015.- 26
iyun.- S.12.