Sumqayıt Dövlət Universiteti
"Mənim universitetim" layihəsinin budəfəki hədəfi Sumqayıt Dövlət Universitetidir
Sumqayıt Dövlət Universiteti SSRİ Nazirlər Sovetinin qərarına əsasən 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılıb. 1975-ci ilə qədər filial kimi fəaliyyət göstərib. 1975-1992-ci illərdə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirib. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb. 2000-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılıb. Hazırda universitetdə magistratura
pilləsi də daxil olmaqla 7 fakültə üzrə 4500 nəfər təhsil alır. Onlardan 844 nəfəri qiyabi oxuyur. 2014-2015-ci tədris ilində SDU-ya 36 ixtisas üzrə 1146 nəfər qəbul olub ki, onlardan 113 nəfəri magistrantdır. Magistrantların 237 nəfəri əyani, 102 nəfəri isə qiyabi təhsil alır. 2014-cü ilin bakalavr məzunlarından 220-dən çoxu ölkənin müxtəlif ali məktəblərində magistraturaya qəbul olunub. Universitetdə 56 xarici tələbə
təhsil alır. 45 nəfər
doktorant, 38 nəfər dissertant var. SDU-nun 6 tələbəsi
Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı
Dövlət Universitetinin SABAH qruplarında təhsil alır. Hazırda SDU-da tələbələrin
təhsili ilə 5 nəfər AMEA-nın müxbir
üzvü, 44 elmlər doktoru-professor, 168 fəlsəfə
doktoru-dosent və 178 dissertant və doktorant müəllim məşğul olur. 2014-cü ildə
universitetin 3 əməkdaşı elmlər doktoru, 14 əməkdaşı
fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfər professor və 13 nəfər
dosent elmi adı alıb. Ali təhsil ocağına 2014-cü ilin mart
ayından dosent Elxan Hüseynov rəhbərlik edir.
Maddi-texniki baza
Universitet iki tədris binası və iki yataqxanadan ibarətdir. Ötən il
SDU-nun maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində ciddi addımlar atılıb. Belə ki,
auditoriyalar yeni kompüterlər, ağıllı lövhələr,
proyektorlar, partalar, şkaflar, stol və stullar, eləcə də
normal tədris üçün digər avadanlıqlarla təmin
olunub, 2 yeni linqafon kabineti, 8 kompüter otağı istifadəyə
verilib. Həmçinin tədris
laboratoriyaları da müasir avadanlıqlar və reaktivlərlə
təmin olunub. Hər iki tədris
binasında yüksək elektrik xətləri dəyişdirilib,
istilik sistemi və qazanxana tamamilə yenidən qurulub, köhnə
qızdırıcılar yenisi ilə əvəz olunub. Ali təhsil ocağında 46 kafedra, 6 elmi tədqiqat
laboratoriyası, Əcnəbi Tələbələrlə
Hazırlıq Mərkəzi fəaliyyət göstərir.
Tibbi xidmət üçün otaq
ayrılıb. 95 proyektor və 35
ağıllı lövhə quraşdırılıb. 2014-cü ildə 4 yeni laboratoriya, hər bir
fakültə üçün kompüter sinifləri
yaradılıb. Bu il yeni kompüterlər
alınması və yeni laboratoriyaların yaradılması
planlaşdırılır.
SDU-nun ərazisi geniş olduğu üçün kampus
yaratmaq məqsədilə mini maket yaradılıb və Təhsil
Nazirliyinə təqdim olunub. Ötən il
korpuslarda əsaslı struktur dəyişikliyi aparılıb,
fakültələrin yeri dəyişdirilib. 2
fakültə ikinci tədris, 5 fakültə isə əsas tədris
binasında yerləşdirilib. Hər
fakültə ayrıca kompüter otaqları ilə təmin
olunub. Universitetin 430 yerlik akt zalının
oturacaqları yenilənib. Sanitar
qovşaqlar demək olar ki, yenidən qurulub.
Hazırda
universitetin mühəndislik fakültəsində TEMPUS layihələri üzrə
də laboratoriyalar fəaliyyət göstərir. Tədris laboratoriyalarının
modernləşdirilməsi həyata keçirilir.
"LABVieW"
proqramı ilə işləyən laboratoriyalar təşkil
olunub.
İnternet server vahid şəbəkəsi
formalaşıb.
Tələbə və müəllimlərin öz asudə
vaxtlarını səmərəli keçirməsi
üçün "Gənclik kafesi" adlı yeməkxana
istifadəyə verilib. Universitetin ətrafında mövcud olan
yolların asfalt örtüyü yenilənib. Təmir-tikinti
işləri ilə yanaşı həyətyanı sahənin
yaşıllaşdırılması və
abadlaşdırılması həyata keçirilib və bu il də həmin işlər davam etdiriləcək.
Elmi-tədqiqat
laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi,
aparılacaq elmi-tədqiqat işlərinin səmərəliliyini
artırmaq məqsədilə universitetin kafesi rekonstruksiya edilərək
orada 12 otaqlı, təmirli, müasir yeni bir bina
yaradılıb və bütün pərakəndə halda səpələnmiş
elmi-tədqiqat laboratoriyaları bir yerə
cəmləşdirilib. Laboratoriyalar su və qaz
xətti, bütün otaqlar mərkəzləşdirilmiş
avtonom istilik sistemi və internetlə təchiz edilib. SDU-nun nəşriyyatı və mətbəəsi də
tam yenidən qurularaq müasir vəziyyətə gətirilib.
Nəşriyyat üçün rezoqraf, epson tipli printer,
müasir optik oxuyucu printer,
laminator və digər çap qurğuları
alınıb. Artıq universitetdə
keçirilən konfransların materialları, SDU-nun "Elmi
xəbərlərBöyütmək üçün
seçin" jurnalı, dərsliklər və digər
metodik vəsaitlər, tələbə biletləri və qiymət
kitabçaları, qrup jurnalları, əməkdaşların
vəsiqələri burada hazırlanır.
Bütün universitet korpuslarının tam internetləşməsi
prosesi baş verib. İnternetin normal paylanması
üçün bahalı server alınıb. SDU-nun internet saytı tamamilə yenidən işlənib
və effektivliyi daha da artırılıb.
Semestr
imtahanları
SDU-da semestr imtahanları yazılı şəkildə
və mərkəzləşdirilmiş qaydada keçirilir. İmtahanlardan
və onun nəticələrindən narazı qalan tələbələr
irad və təkliflərini yazıb dəhlizlərdə yerləşdirilən
qutulara daxil edirlər. İş
gününün sonunda imtahan qərargahının üzvləri
qutuları açırlar və yazılanları
araşdırırlar. Qiymətlərinə
etirazı olan tələbələr apelyasiya komissiyasına ərizə
ilə müraciət edirlər. 2014-2015-ci
tədris ilinin payız-qış imtahan sessiyasında semestr
imtahanlarında 3616 bakalavr iştirak edib.
Elmi-tədqiqat işləri
SDU-nun
elmi-tədqiqat laboratoriyalarında 2 nəfər elmlər doktoru
və 7 nəfər fəlsəfə doktoru
çalışır. 2014-cü ildə SDU-da təbiət və
texniki elmlər üzrə 7, sosial və humanitar elmləri
üzrə 3 istiqamətdə 56 mövzunu əhatə edən elmi-tədqiqat işləri yerinə
yetirilib.
2014-cü ildə universitetin əməkdaşları tərəfindən
17 monoqrafiya, 3 dərslik, 31 dərs vəsaiti çap edilib. Ümumilikdə
317 məqalə dərc olunub ki, onun 273-ü respublika, 51-i
xarici jurnalların payına düşür. Bu məqalələrdən
17-si impakt - faktorlu jurnallarda, eləcə də 167 tezisdən
144-ü respublikada,
23-ü isə xaricdə nəşr olunub. Həmçinin
2014-cü ildə universitet üzrə 7 patent alınıb ki,
onlardan da 1-i respublika,
6-sı isə
Avroasiya patentidir.
SDU-da Tələbə Elmi Cəmiyyəti (TEC) fəaliyyət
göstərir. Onun nizamnaməsi hazırlanaraq universitet
elmi şurasının iclasında qəbul edilib. Bütün fakültələrdə təsis
konfransları keçirilib, TEC-lərin şura sədrləri
seçilib, hər fakültədə TEC rəhbər təyin
olunub. Tələbələr elmi rəhbərləri
ilə birlikdə mövzu seçib işləyirlər.
Bu günə qədər artıq iki fakültədə
seminarlar keçirilib. Hər şənbə günü tələbələr
elmi rəhbərləri ilə birlikdə
araşdırmaları barədə məlumat verirlər.
Tələbələrə elə mövzular
verilir ki, onlar gələcəkdə TEC-in xətti ilə
konfranslarda iştirak edə bilsinlər. Hazırda
TEC-in 500-dən çox üzvü var. Texniki və təbiət
elmlərinə aid olan sahələrdə tələbələrin
elmi məqalələri xarici jurnallarda dərc olunur. Müəllimlərin elmi-tədqiqat işlərinin
daha səmərəli olması üçün 2014-cü ildə
elmi hissə yaradılıb.
Ötən
il universitetdə 4 respublika və beynəlxalq
səviyyəli konfrans keçirilib. Universitetdə aparılan
elmi-tədqiqat işlərinin nəticələrini ictimaiyyətə
çatdırmaq üçün Azərbaycan, rus və
ingilis dillərində rüblük "Elmi xəbərlər"
jurnalı buraxılır.
Respublika
magistrantlarının elmi konfransları ənənəvi olaraq SDU-da
keçirilir. Bu il də magistrlərin XIV
elmi konfransı may ayında keçiriləcək. Ötənilki konfransa magistrantlar 800-ə yaxın məqalə
göndərib. Universitet
magistrantlarının elmi jurnallarda iki məqaləsi dərc
olunmasa onlar müdafiəyə buraxılmır.
Kitabxana
SDU-nun elmi kitabxanasında 16 nəfər
çalışır. Burada 4
şöbə fəaliyyət göstərir. Elmi kitabxananın 4450 oxucusu var. 2014-2015-ci tədris
ilində kitabxanaya 1036 oxucu üzv yazılıb. Bu tədris ilində həmçinin kitabxanaya 6337 ədəbiyyat
daxil olub. Bunlardan 4794 ədədi Azərbaycan,
1543-ü isə digər xarici dillərdədir. Kitabxananın fonduna ümumilikdə 128126 kitab
daxildir. Onlardan 18398-ni jurnallar təşkil
edir. 2014-2015-ci tədris ilində kitabxanada
4 məlumat günü, 700 adda yeni alınmış ədəbiyyatın
sərgisi, 14 əlamətdar və tarixi günlərə aid
sərgi keçirilib. Kitabxana müasir
avadanlıqlarla təchiz olunub və internetə qoşulub.
Universitetdə həmçinin "Elektron
kitabxana" fəaliyyət göstərir. Onun bazasında 3000 adda kitab yerləşdirilib.
Həmçinin kitabxanada İRBİS-64 sistemi
quraşdırılıb.
Kollektivin yaxından köməyi ilə SDU-nun
kitabxanasının kitab fonduna universitetin ixtisaslarına
uyğun xeyli kitab toplanıb, ayrı-ayrı fənlər
üzrə mühazirələrin elektron variantı təşkil
olunub, ümumiyyətlə, kitabxananın elektronlaşması
prosesi tam təşkil edilib. Gələcəkdə
elektron kitabxanaların mərkəzləşdirilməsi də
nəzərdə tutulur.
Beynəlxalq əlaqələr
Sumqayıt
Dövlət Universitetində beynəlxalq əməkdaşlıq
sahəsində işlərin yerinə yetirilməsi məqsədi
ilə 2001-ci ildə Beynəlxalq əlaqələr
şöbəsi yaradılıb. 2014-cü ilədək
fəaliyyət göstərən bu şöbənin yerinə
yetirdiyi işlər əsasən xarici ölkələrin
universitetləri ilə müqavilələr imzalamaqdan ibarət
olub. SDU-nun xarici ölkələrlə
elmi əməkdaşlıq əlaqələri əsasən
TEMPUS layihələri çərçivəsində həyata
keçirilib.
SDU-nun
beynəlxalq əlaqələrini keyfiyyətcə yeni mərhələyə
qaldırmaq və universitetdə yerinə yetirilən beynəlxalq
layihələr çərçivəsində görülən
işləri və yeni layihələrin
hazırlanmasını bir mərkəzdən koordinasiya etmək
məqsədi ilə 19 may 2014-cü ildə rektorun əmri ilə
Beynəlxalq əlaqələr şöbəsi ləğv
edilərək Beynəlxalq əməkdaşlıq şöbəsi
yaradılıb. Şöbə aşağıda göstərilən
yeni struktur əsasında fəaliyyətə başlayıb:
- beynəlxalq tədris
və elmi proqramlar
- tələbə
və professor-müəllim heyətinin akademik mübadiləsi
- diplomatik-protokol
- informasiya-nəşriyyat
fəaliyyəti.
Beynəlxalq tədris və elmi proqramlar. Universitetdə yerinə
yetirilən TEMPUS layihələri (Əlillərin Azərbaycan
ali təhsil müəssisələrinə
inteqrasiyasının təməlinin qoyulması, beynəlxalq əlaqələr sahəsində
idarəçiliyin (administrasiyanın) inkişafı və təkmilləşdirilməsi,
İsraildə, Azərbaycanda və Qazaxıstanda Yerin eko
sisteminin kosmik vasitələrlə monitorinqi sahəsində ali təhsilin təkmilləşdirilməsi, Azərbaycanda mühəndis
hazırlığının Bolonya prosesinə
uyğunlaşdırılması)
çərçivəsində görülən
işlərin səmərəliliyini artırmaq məqsədi
ilə layihələrin vahid mərkəzdən, Beynəlxalq əməkdaşlıq
şöbəsi tərəfindən idarə edilməsinə
başlanılıb.
Sumqayıt Dövlət Universiteti Erasmus+
proqramının müsabiqəsində iştirak etmək
üçün verilən ərizələrin 11-də tərəfdaş
qismində qoşulub. Bu zaman hər bir layihə üzrə
işçi qruplar yaradılıb.
Universitetin
gələcəkdə Erasmus+ proqramında koordinator kimi iştirak etməsi
istiqamətində işlərə başlanılıb. Bu məqsədlə
Azərbaycan və Avropa tərəfdaş universitetləri ilə
danışıqlar aparılır.
Gələcəkdə beynəlxalq layihələri
kadrlarla təmin etmək məqsədi ilə universitet əməkdaşları
arasında xarici dilləri bilənlər müəyyən
edilib. Seçilən əməkdaşlar üçün
layihələrin hazırlanmasına dair təlimlərin
keçirilməsi nəzərdə tutulur.
Tələbə və professor-müəllim heyətinin
akademik mübadiləsi. 2014-cü ildə Sumqayıt Dövlət Universiteti Xəzəryanı
ölkələrin universitetlərinin assosiasiyasına üzv
olmaqla bu ali məktəblərlə
akademik mübadilə aparmaq imkanını əldə edib.
2015-ci ildə "Mövlana" akademik mübadilə
proqramına qoşulmaq məqsədi ilə Sumqayıt
Dövlət Universiteti və Türkiyənin aparıcı
universitetləri arasında ikitərəfli əməkdaşlıq
əlaqələrinin qurulmasına başlanılıb.
2015-ci ildə Sumqayıt Dövlət Universitetinin
Avroasiya Universitetləri Assosiasiyasına üzv olması
planlaşdırılır.
2015-ci ildə
Azərbaycanda mühəndis hazırlığının
Bolonya prosesinə uyğunlaşdırılması TEMPUS layihəsi
çərçivəsində iki bakalavr və bir magistr proqramlarının
ASİİN (Almaniya) beynəlxalq akkreditasiya təşkilatı
tərəfindən akkreditasiya olunması gözlənilir. Əldə olunan təcrübə digər
proqramların beynəlxalq akkreditasiya olunmasında istifadə
oluna və bununla da xarici vətəndaşların Sumqayıt
Dövlət Universitetində təhsil almasına stimul yarada
bilər.
Diplomatik protokol. 2014-cü ildə Sumqayıt Dövlət Universitetində
ilk dəfə olaraq xarici ölkələrin nümayəndələri
ilə görüşlərin keçirilməsi və əlaqələrin
yaradılması zamanı diplomatik protokol qaydalarının tətbiq edilməsinə
başlanılıb. Şöbədə xarici ölkələrə
ezamiyyə olunan əməkdaşlar bu ölkələrdə qəbul
olunan davranış normaları və ənənələri
barədə məlumatlandırılırlar.
Ümumiyyətlə, diplomatik protokolun tətbiqi nəticəsində
mövcud əlaqələrin genişlənməsi
müşahidə olunur və yeni əlaqələrin
qurulmasına imkan yaranır.
İnformasiya-nəşriyyat fəaliyyəti. Sumqayıt Dövlət
Universitetinin əməkdaşlarını mütəmadi
olaraq müxtəlif beynəlxalq layihələr, qrantlar,
mübadilə proqramları ilə tanış
etmək məqsədi ilə Beynəlxalq əməkdaşlıq
şöbəsi tərəfindən informasiya vərəqlərinin
buraxılması planlaşdırılır.
Universitetin portalında beynəlxalq əməkdaşlıq
sahəsində görülən işlər haqqında məlumatlar
yerləşdirilir və dövri mətbuatda bu haqda materiallar
dərc olunur.
Universitetin,
o cümlədən beynəlxalq əməkdaşlıq sahəsində
olan fəaliyyətini əks etdirən yeni bukletlərin və DVD-lərin
hazırlanmasına başlanılıb.
TEMPUS Azərbaycan üçün mühəndis təhsilində
tədrisin Bolonya prosesinə uyğunlaşdırılması
layihəsinin müddəti 2015-ci ilin oktyabr ayınadək
uzadılıb.
2014-cü ilin sentyabrında Xəzəryanı ölkələrin
dövlət universitetlərinin Assosiasiyasında SDU iştirak
edib. SDU 6 ölkənin 21
universitetini təmsil edən assosiasiyanın üzvü qəbul
edilib. "Əlillərin Azərbaycan ali təhsil
müəssisələrinə inteqrasiyasının təməlinin
qoyulması" layihəsi çərçivəsində
8-12 sentyabr 2014-cü ildə SDU-nun əməkdaşları Avstriyanın Qrats
Texniki Universitetində və Yunanıstanın Saloniki Texniki
Universitetində ezamiyyətdə olublar.
2014-cü ildə SDU-da həmçinin Magistrantların
XIV Respublika, "Əsrin müqaviləsi Heydər Əliyevin
yeni neft strategiyasıdır" Respublika, "Ekologiya və həyat
fəaliyyətinin mühafizəsi" VIII Beynəlxalq elmi
konfransları keçirilib.
Tələbələrin iş təcrübəsi
və yeni ixtisaslar
SDU-da xarici dil, riyaziyyat və informatika, tarix və
coğrafiya, ibtidai sinif, məktəbəqədər təlim
və tərbiyə, kompüter elmi üzrə ixtisaslara tələbə
qəbulu həyata keçirilib. Bundan əlavə
dörd fakültədə rus dili bölməsi
açılıb. Gələn ildən etibarən ixtisasların
sayının 41-ə çatdırılması
planlaşdırılır.
Pedaqoji
kadr hazırlığı üstünlük təşkil
etdiyindən tədrisin müasir səviyyədə
qurulması üçün Təhsil Nazirliyinin köməkliyi
ilə ixtisas
müəllimləri üçün biraylıq kurslar təşkil
olunub və onlara sertifikatlar verilib.
Sumqayıt Dövlət Universitetinin tələbələri
nəzəri biliklərini ayrı-ayrı müəssisələrdə
təcrübədən keçirirlər. Bu baxımdan, Sumqayıt
Texnologiyalar Parkının və "Azərkimya"
İB-nin müəssisələri ilə iş birliyi
yaradılır. AMEA-nın Polimer Materialları
İnstitutu (PMİ) ilə SDU arasında təhsil-elm-istehsalat
çərçivəsində elmi-təcrübi əməkdaşlıq
üzrə istiqamətlər müzakirə edilib və hədəflər
müəyyənləşdirilib. PMİ-də
universitetin baza kafedrasının yaradılması nəzərdə tutulub.
Əmək bazarı öyrənilməklə pedaqoji və
mühəndis kadrları hazırlanan yeni ixtisaslar
yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə birlikdə həyata
keçirilən elmi əməkdaşlıq, konfranslar, ATGT,
Sumqayıt Şəhər Gənclər və İdman
Baş İdarəsi, Heydər Əliyev Mərkəzi,
Sumqayıt Tarix Muzeyi, Sumqayıt Şəhər Mərkəzi
Kitabxanası, Respublika Qızıl Aypara Cəmiyyətinin
Sumqayıt şöbəsi, Ədliyyə Nazirliyinin
Sumqayıt Regional İdarəsi və digər təşkilatlarla
birlikdə müxtəlif mövzularda silsilə tədbirlər
keçirilib. Həmçinin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin,
BP və digər şirkətlərin nümayəndələri,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın
üzvləri ilə "İş və karyera"
haqqında tələbələrin görüşləri baş
tutub.
İdman nailiyyətləri
SDU-nun
idman bazasına idman zalı, stadion, mini-futbol meydançası,
açıq havada idman qurğuları, trenajor zalı, tir mövcuddur. Həmin idman
bazasında futbol, mini-futbol, basketbol, voleybol, stolüstü tennis bölmələri fəaliyyət göstərir.
2014-cü
ilin fevral ayında ənənəvi olaraq fakültələrarası
3 növ üzrə (şahmat, dama, nərd) yarışlar
keçirilib.
Sumqayıt şəhərində Azərbaycan
Respublikası Şimal regionu üzrə voleybol
çempionatı baş tutub. Həmin yarışda Sumqayıt Dövlət
Universitetinin komandası
iştirak edərək III yerə layiq görülüb.
Mart
ayında Tbilisi şəhərində qaydasız döyüş
üzrə Asiya çempionatı keçirilib. Tarix fakültəsinin IV
kurs tələbəsi dünya və Avropa çempionu Orxan
Seyfullayev həmin yarışda uğurla çıxış
edərək qızıl medala layiq görülüb.
Aprel ayında futbol üzrə
respublika ali məktəblərarası
çempionatda Sumqayıt
Dövlət Universitetinin
yığma komandası
uğurla çıxış edərək 1/4 finala yüksəlib. Nəticədə VII yerə layiq görülüb.
Tələbələr Sumqayıt şəhər çağırışaqədər yaşlı gənclərin
VMH (vətəni müdafiəyə hazıram)
çoxnövçülüyü
üzrə yarışda iştirak edərək I yerin
sahibi olublar.
SDU-da
ümummilli lider
Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr
olunmuş tələbələrarası
3 növ üzrə (şahmat, qol gücü, mini-futbol)
yarışlar keçirilib.
Ötən
ilin mayında Bakı şəhərində keçirilən
və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr
olunan ali təhsil müəssisələrinin
işçiləri arasında Respublika Spartakiadasında (nərd,
şahmat, dama, stolüstü
tennis, voleybol, futzal) SDU-nun
komandası 18 komanda arasında III yerin sahibi olub.
İqtisadiyyat
və idarəetmə fakültəsinin tələbəsi Röyal Nəsirli İranda keçirilmiş
qaydasız döyüş üzrə Asiya
çempionatında I yerə layiq görülüb.
Oktyabrda
Dövlət Bayrağı və Konstitusiya günlərinə
həsr olunan I
kurs tələbələrinin fakültələrarası
futbol üzrə yarışları
keçirilib.
Noyabrda
Sumqayıt şəhərində "Azərkimya"
İstehsalat Birliyinin kuboku üzrə stolüstü tennis
yarışlarında SDU-nun komandası I yeri tutub.
Noyabr, dekabr aylarında
SDU-nun yığma komandası Bakı şəhərində
keçirilən mini-futbol üzrə yarışlarda
iştirak edib. Komanda öz qrupunda III yeri tutub.
Dekabr
ayında fizika və elektroenergetika fakültəsinin I kurs tələbəsi
Vüsal Həsənov
Bakı şəhərində cüdo üzrə
keçirilən respublika
çempionatında
iştirak edərək II
yerin sahibi olub.
2015-ci ilin fevralında universitetin əməkdaşları
arasında, fakültələrarası üç idman
növü üzrə (dama, şahmat, nərd) yarışlar
keçirilib.
SDU ictimai-siyasi həyatda
SDU-da
universitetin rəhbər heyətinin, ictimai təşkilatların
və kollektivin birgə təşəbbüsü ilə
bütün dövlət əhəmiyyətli tarixi günlər,
dövlət bayramları, anım günləri mütəşəkkil
qaydada qeyd olunub, görkəmli elm, təhsil və mədəniyyət
xadimləri, teatr və musiqi kollektivləri ilə
görüşlər keçirilib, dəfələrlə
tarixi günlərə və bayramlara həsr olunan şənliklər,
ümumuniversitet iməcilikləri, qanvermə aksiyası
keçirilib, müxtəlif məqsədli səfərlər
təşkil olunub.
Milli Qəhrəman
Mübariz İbrahimovun, şəhid Fərid Əhmədovun,
digər şəhidlərimizin və qəhrəmanlarımızın
Fəxri xiyabandakı və Şəhidlər
xiyabanındakı məzarları, Quba məzarlığı,
Sumqayıtda yerləşən Şəhidlər xiyabanı,
şəhid ailələri, uşaq evləri ziyarət olunub. Qurban bayramında və digər mərasimlərdə
aztəminatlı ailələrə və şəhid ailələrinə,
kimsəsiz və əlilliyi olan uşaqlara maddi yardımlar
edilib. Səhiyyə Nazirliyinin, Qızıl Aypara Cəmiyyətinin
Sumqayıt şöbəsinin və SDU-nun birgə təşkilatçılığı
ilə "Respublika Qan Bankı"nın
zənginləşdirilməsi məqsədi ilə kütləvi
şəkildə qanvermə aksiyası keçirilib.
Dəfələrlə
respublikanın digər ali məktəblərinin
və görkəmli ziyalılarının yubiley tədbirləri,
xaricdən gələn nobelçi alimlərlə
görüşlər keçirilib.
İctimai
təşkilatların təşkilatçılığı
ilə teatrlara, muzeylərə, o cümlədən
açıq havada Qobustan Daşlar muzeyinə, Nəbatat
bağına və Dendroloji parka və s. yerlərə müəllim
və tələbələrdən ibarət kollektiv
üçün səyahətlər və ekskursiyalar təşkil
olunub. Ulu öndərin anadan olmasının
91-ci ildönümünə həsr olunan futbol və digər
idman növləri üzrə yarışlar, müxtəlif
mövzularda inşa yazı müsabiqələri, tələbələrin
əl işlərindən və rəsm əsərlərindən
ibarət sərgilər təşkil olunub, hər dəfə
qaliblər fəxri fərmanlar və pulla
mükafatlandırılıb. Məhz SDU-nun Azad Həmkarlar
Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının
məqsədyönlü fəaliyyəti sayəsində dəfələrlə
müxtəlif tədbirlər ərəfəsində
çoxlu əməkdaş və tələbəyə Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin Fəxri fərmanı, pul
mükafatı və bir neçə tələbəyə isə
yüksək məbləğdə birdəfəlik təqaüdlər
verilib.
Ölkənin
ali məktəb tələbələri
arasında keçirilən "Breyn-rinq", "Azərbaycanı
tanıyaq", "Nə? Harada? Nə zaman?" və "Xəmsə" kimi bilik
yarışlarında tələbələr yaxından
iştirak ediblər.
Yeni Azərbaycan
Partiyasının (YAP) təşkilatçılığı
ilə respublikanın ali məktəb tələbələri
arasında "Xalqa sədaqətin 22 ili" mövzusunda keçirilən
bilik yarışında SDU-nun komandası I yeri, ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91 illiyi
münasibəti ilə ali məktəb tələbələri
arasında bədii özfəaliyyət kollektivlərinin
baxış müsabiqəsində III yeri tutub.
SDU-nun
kimya və biologiya fakültəsinin IV kurs tələbəsi
Arzu Nəbizadənin və onun tələbə
dostlarının ideyası ilə "Ritorika klubu"
yaradılıb. Həmin klubun nəzdində cəmiyyətin
müxtəlif istiqamətlərdəki inkişaf yolunun təhlili
ilə bərabər, bugünkü tələbələr,
ümumiyyətlə, gənclik üçün çox
maraqlı və lazımlı olacaq məsələlər
üzrə "Qladiator debatları" keçirilir, bu
debatlara tanınmış mütəxəssislər cəlb
edilir.
Universitet şəhərdə fəaliyyət göstərən
məktəblərin istedadlı şagirdlərinin üzə
çıxarılmasında da müəyyən işlər
görür.
SDU-nun alimlərinin, xüsusən professor Cavanşir Məmmədovun rəhbərliyi
ilə fəaliyyət göstərən "Sabahın alimləri"
intellektual klubunun gənc məktəbli üzvləri ilə
işlər aparılır. Burada
hazırlaşan şagirdlərdən biri müsabiqədə
layiqli yer tutaraq Amerikaya dəvət alıb ki, onun yol xərcini
də universitet ödəyib.
SDU-da
ötən il Heydər Əliyev Mərkəzi
yaradılıb. Ulu öndərin anım
günü ərəfəsində mərkəzin
açılışı olub.
Universitet Sumqayıt Şəhər İcra Hakimiyyətinin
keçirdiyi bütün ümumşəhər tədbirlərində
də iştirak edir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun rəhbərliyi və kollektivi, "Bakı-2015" I
Avropa Oyunlarının təşkilatçıları, Dövlət
Neft Şirkətinin "Azərkimya" İstehsalat Birliyinin
rəhbərliyi və nümayəndələri ilə
yaradıcı görüşlər keçirilib.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 7 mart.- S.4-5.