Bayramınız mübarək, əziz qadınlar!

 

Müəllimlərimizin bayram arzuları

 

Gülnarə İSMAYILOVA, 

Bakı şəhər Heydər Əliyev adına liseyin

direktor müavini, "Tərəqqi" medallı

8 mart - Beynəlxaq Qadınlar Günüdür. Bütün dünyada qeyd edilən bu gün, xanımların ən sevimlisevincli günlərindən biridir.

Ümummilli lider Heydər Əliyev 8 mart - Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: "Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...".

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir.

Təkcə bu gün yox, sabah da, o biri gündaim üzünüz gülsün, əziz xanımlar! Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar bunabundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər.

Əziz xanimlar, bayramınız mübarək olsun!

 

Bəsti AĞAYEVA,

Bakı şəhər M.Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktor müavini, əməkdar müəllim, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

Təqvimin ən əlamətdar günlərindən biri olan 8 mart - Beynəlxalq Qadınlar Günü ölkəmizdə çoxdan bayram kimi  qeyd olunur.  Azərbaycanda qadına - anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi, paklıq təcəssümü sayılıb. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Son illər ölkəmizdə milli təhsilimizin   inkişafı xüsusən də təhsilin keyfiyyətinin yüksəldilməsi və təhsildə idarəetmə sisteminin  yenidən qurulması    onun qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb.heç şübhəsiz ki, həmin işlərdə xanım müəllimlərimizin də əməyi böyükdür.  Mən böyük məmnuniyyətlə təhsilimizin və mədəniyyətimizin inkişafında müstəsna rolu olan ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanı və bütün Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə  səmimi-qəlbdən təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayıram.

Bayramınız mübarək, əziz xanımlar!

 

Ellada KƏRİMOVA,

Xaçmaz şəhər İsmət Qayıbov adına 3 nömrəli

tam orta məktəbin ingilis dili müəllimi, əməkdar müəllim

Yurdumuza bahar gəlir! Güllü-çiçəkli, yaşıl donlu, təbiəti oyadan, fikirləri, duyğuları təzələyən bahar. Baharın isə ilk müjdəçilərindən biri məhz 8 mart - Beynəlxalq Qadınlar Günüdür. Bizim leksikonumuzda qadınlar bayramı kimi yer alan bu tarix, təbii ki, hər bir qadının gözlədiyi gündür. Hər şeydən əvvəl ona görə ki, bayram özü ilə xoş əhvali-ruhiyyə, yaxınlarınla daha isti təmas, bir də qadınların çox sevdikləri təbriklər gətirir. Bu bayramı mən də sevirəm və bu günün təsis olunmasını, dünyanın əksər ölkəsində qeyd edilməsini beynəlxalq qurumların, ölkələrin, hökumətlərin zərif cinsə diqqətinin təzahürü sayıram.

Mən özümü xoşbəxt sanıram ki, qadınlara yüksək diqqət göstərildiyi, öz əzəli analıq, tərbiyəçilik missiyasını şərəflə yerinə yetirmək üçün hər cür şəraitin yaradıldığı ölkədə yaşayıram.

Bayram günü yaxınlarımı, rəfiqələrimi, yoldaşlarımı təbrik etmək adətimdir. Məni də təbrik edən çox olur. Şagirdlərimin, yetirmələrimin təbrikləri isə məni daha çox sevindirir. Sevinirəm ki, onların məhəbbətini qazana bilmişəm.

Qadın həmkarlarımı, bütün qadınlarımızı təbrik edirəm. Qoy ömürləri bahar kimi təravətli olsun.

 

Səfurə HÜMBƏTOVA,

Bərdə şəhər 3 nömrəli tam orta

məktəbin direktoru, "Tərəqqi" medallı

Zəriflik ülvilik, gözəllik rəmzi olan qadınlar ölkəmizdə həmişə uca tutulub. Hər bir cəmiyyətdə qadınların özünəməxsus yerirolu vardır. Bu baxımdan, Azərbaycan qadınları xüsusilə fərqlənir.

Qadın ilk növbədə ana və ailədə xüsusi missiyası olan insandır. Qadınlarımız xalqımıza məxsus ailə ənənəsini, ailə nizamını qoruyub saxlamaq, onu daha uca tutmaq işində böyük gücə malik varlıqdır.

Qadınlar artıq həyatın bütün sahələrində çalışırlar. Onlar həkim, müəllim, hüquqşünas, müəssisə rəhbəri, millət vəkilidir.

Təhsil sahəsində çalışanların çoxunun qadın olması bir daha onu göstərir ki, bəşəriyyətin gələcək inkişafı məhz qadınlardan asılıdır. Bu gün qadınlarımız müəllimlik kimi müqəddəs bir peşənin öhdəsindən layiqincə gəlir, təhsilimizin inkişafına öz töhfələrini verirlər.

8 mart qadınlar bayramı ilk növbədə gözəllik, xoşbəxtlik bayramıdır. Üzumü güclü, dözümlü olduğu qədər də incə olan qadınlara -  Azərbaycan xanımlarına tutub deyirəm ki, hər zaman çöhrənizdən təbəssüm, sevinc, həyatınızdan səadət əskik olmasın, üzünüz gülsün.

Bir daha bayramınız mübarək, əziz xanımlar!

 

Gültəkin ŞIXƏLİYEVA,

leytenant A.Nuriyev adına Lerik şəhər 1 nömrəli

texniki fənlər təmayüllü liseyin direktoru, əməkdar müəllim

Respublikamızın sosial, iqtisadi və mədəni həyatında qadınların rolunun artdığı müasir dövrdə təhsil sahəsində çalışanların böyük əksəriyyəti qadınlardır. Onlar analıq və qadınlıq məsuliyyəti ilə bərabər, bu çətin və şərəfli peşənin yükünü də çiyinlərində layiqincə daşıyırlar.

İnkişaf edən respublikamızda qadınların yerirolu danılmazdır. Azərbaycan qadını cəmiyyətdə öz sözünü deməyi bacarır, dövlət idarəçiliyində, müxtəlif sahələrdə kişilərlə bərabər fəaliyyət göstərir. Gənc nəslin təlim-tərbiyəsində əldə edilən uğurlara görə cəmiyyətimiz qadınlara minnətdardır. Ümid edirəm ki, Azərbaycan qadını bundan sonra da ölkəmizin ictimai, siyasi, elmi, təhsil və mədəni həyatında fəal rol oynayacaq, üzərinə düşən şərəfli analıq və vətəndaşlıq vəzifələrini uğurla yerinə yetirəcəkdir.

Əziz qadınlar, hörmətli həmkarlarım, sizi 8 mart - Beynəlxalq Qadınlar  Günü  münasibətilə  səmimi-qəlbdən təbrik edirəm. Həyatınız hər zaman sevgi ilə dolu olsun. Arzu edirəm  ki,  su qədər təmiz, həyat qədər  canlı,  çiçək  qədər təravətli və gözəl qalasınız. Qoy məhəbbət qəlbinizdən,  təbəssüm çöhrənizdən,  sevinc  gözlərinizdən  əskik olmasın!

 

Qənirə ƏMİRCANOVA, 

Bakı şəhər 189-190 nömrəli tam orta məktəbin

direktor müavini, pedaqogika üzrə

fəlsəfə doktoru, əməkdar müəllim

Qadın elə bir varlıqdır ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Bu xilqəti Tanrı elə buna görə də yaradıb. Yaradıb ki, başqaları üçün yaşamağı bacarsın. Yaradıb ki, cəmiyyət üçün dəyərli övladlar bəxş etsinonu, sözün əsl mənasında, vətəndaş kimi yetişdirə bilsin. Vətəndaş olmaq isə xalqın, millətin var olmağıdır.

Gözümü dünyaya açıb özümü dərk edəndən gördüm ki, dünya qadınların gününü bayram edir, onların dünyaya gəlişini salamlayır, gələcək arzularını bildirir,  onlara qucaq-qucaq sevinc çiçəkləri bəxş edir. İllər ötdükcə onun nə qədər əhəmiyyətli olduğunu öyrəndim. Öyrəndim ki, qadın gülərsə, bəşəriyyət gülər. Elə ona görə  də dünyanı fəlakətdən qorumaqqurtarmaq üçün bütün qadınların xoşbəxtliyinə çalışmaq lazımdır.

Deyirlər, qadın hər şeyi fitrətən bilir, kişilər isə kitablardan öyrənir. Bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, onlara Azərbaycan deyilən bir məmləkətin bəxtəvər anaları, xanım-xatınları olmağı arzulayıram.

Bu gün məktəblərdə çalışan müəllimlərin böyük əksəriyyəti qadınlardır. Mən müxtəlif sahələrdə çalışan, gecə-gündüz ailəsinin, övladlarının qayğısına qalan bütün türk dünyasının xanımlarına dünyanın elə özü boyda səadət arzulayıram.

 

Girami RƏZZAQOVA,

Neftçala şəhər 2 nömrəli tam orta məktəbin

ingilis dili müəllimi, əməkdar müəllim,

"Ən yaxşı  müəllim" müsabiqəsinin qalibi

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulub. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Azərbaycan qadını bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır.  Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq edib. Ona görə də biz qadınlarımızla fəxr edirik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl nümunədir.

Ən ülvi, nəcib, eyni zamanda müqəddəs bir peşənin sahibi olan, milli və bəşəri dəyərləri özündə əxz etdirən, uşaqlara kamillik bəxş edən,  müəllim adını şərəflə daşıyan qadınlarımızı,  bütün xanımlarımızı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara ailə səadəti, xoşbəxtlik, cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram.

 

 Ziyafət QURBANOVA,

Ağsu şəhər 1 nömrəli məktəb-liseyin

Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim

Ömrü çiçək təravətli,  gül qoxulu, palıd əzəmətli Azərbaycan qadını! Zərifliyinlə, qüdrətinlə, qeyrətinlə, yaratdığın xarüqələrlə fəxr edir Vətənimiz. Yetişdirdiyin dövlət xadimləri, siyasətçilər, istedadlı sənət adamları, sinələrini vətənə sipər edən oğulların: Mübarizlərin, Fəridlərin..., üçrəngli bayrağını ən mötəbər  beynəlxalq turnirlərdə göyə qaldıran  idmançı oğul və qızların sənin əzəmətinin carçılarıdır, təntənəsidir. Azərbaycan çox ağrı-acı, qan-qada görsə də, yenilməz, sarsılmaz qala kimi möhtəşəmdir. Çünki hər igid oğulun, qızın arxasında əzəmətli, məğrur Azərbaycan qadını durur. Soyuq səngərləri də ana nəfəsi, qadın məhəbbəti isidir. Mənfur düşmənə tuşlanan hər silahın tətiyinə igid əsgər barmağı ilə bərabər, qətiyyətlə bir ana barmağı da toxunur.

Artıq otuz beş ildir ki, Azərbaycanın gözəl guşələrindən biri olan Ağsu şəhərində vətən övladlarının təlim-tərbiyəsi ilə məşğul oluram. Sənətimi ürəkdən sevirəm. Dövlətimiz əməyimi yüksək qiymətləndirərək 2007-ci ildə məni  "Əməkdar müəllim" kimi yüksək fəxri  ada layiq görüb. Azərbaycan qadınlarının IV, Azərbaycan müəllimlərinin XIV qurultaylarının nümayəndəsi olmuşam.  Dövlətimizin təhsilə, təhsil işçilərinə qayğısını daim hiss edirik. Bu da biz müəllimləri ruhlandırır, daha həvəslə işləməyə sövq edir.

Bu gün bütün Ağsu qadınları, təhsil işçiləri, Ağsu şəhər 1 nömrəli məktəb- liseyin çoxsaylı kollektivi adından bütün Azərbaycan qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Bayraımınz mübarək, əziz qadınlar!

 

Xəyalə  VEYİSOVA,

Kürdəmir şəhər   3 nömrəli tam orta məktəbin

coğrafiya müəllimi, "Ən yaxşı müəllim"

müsabiqəsinin qalibi, "Tərəqqi" medallı

"Şair və sənətkarlarımıza ilham verən Azərbaycan qadınları ana dilimizi, adət-ənənələrimizi, xalq yaradıcılığının ən gözəl nümunələrini qoruyub saxlamaqla milli mədəniyyətimizin inkişafında misilsiz rol oynamışlar. Həqiqətən də bütün Azərbaycan mədəniyyəti əslində həssas qadın qəlbini, qadın zəkasını və nadir qadın müdrikliyini əks etdirən güzgüdür". Bu sözləri ümummilli liderimiz Heydər Əliyev demişdir. Doğrudan da Azərbaycan qadını hər zaman diqqətdə saxlanılmış, dəyərləndirilmiş, bunun nəticəsi olaraq daim öz üzərində səylə çalışaraq ucalara yüksəlmişdir. Müasir dövrümüzdə də bu ənənə davam edir. Hazırda da biz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınların müstəsna rolu var. Hazırda təhsil, səhiyyə, elm sahələrində işləyənlərin xeyli hissəsini, dövlət qulluğunda, sahibkarlıq sahəsində çalışanların isə müəyyən faizini qadınlar təşkil edir. Onlar çalışdıqları bütün sahələrdə üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər.

Əziz Azərbaycan qadınları!

Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.

Daim qəlbiniz gülsün əziz qadınlar, çünki qəlbiniz gülərsə üzünüzdən heç vaxt  təbəssüm əskik olmaz.

 

Əsbət MUSAYEVA,

Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi, "Ən yaxşı müəllim"

müsabiqəsinin qalibi, "Tərəqqi" medallı

Tarixi inkişafın bütün dövrlərində qadın insanlığın mövcudluğu və inkişafı yolunda əvəzedilməz rol oynamışdır. Müstəqillik əldə edən Azərbaycan Respublikasında  qadınlarımız həyatımızın bütün sahələrində, o cümlədən təhsildə böyük uğurlara imza atmışlar. Bu gün Azərbaycan qadını təhsillidirsə, demək cəmiyyət savadlıdır, ölkənin intellektual potensialı yüksəkdir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, təhsil millətin gələcəyidir. Qucağı tərbiyə, inkişaf beşiyi kimi tanınan qadınlarımız öz zəkası, nüfuzumüdrikliyi ilə bəşər tarixində özünəməxsus iz salmışlar. Belə ki, ta qədimdən ulu nənələrimiz cəmiyyətin inkişafında və idarəçiliyində fəal iştirak etmişlər.

Gələcəyimizin təminatında da aparıcı qüvvələrdən  biri Azərbaycan qadınıdır. Mən bütün həyatımızın,  ömrümüzün  aynası olan qadınlarımızı qarşıdan gələn bayram münasibətilə təbrik edir və deyirəm: Nə yaxşı ki, varsınız!

 

Azərbaycan müəllimi.- 2015.- 7 mart.- S.6.