"Bakı - 2015" Birinci
Avropa Oyunlarına
həsr olunmuş
intellektual oyun üzrə 2015-ci ildə
regional məktəb
çempionatının keçirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası təhsil nazirinin 08.08.2011-ci il tarixli 1454 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsi, məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. Respublikanın ümumi təhsil müəssisələri şagirdləri arasında "Bakı - 2015" Birinci Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatı keçirilsin.
2. "Bakı - 2015" Birinci Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatının ictimai əsaslarla fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılsın və onun tərkibi təsdiq edilsin (əlavə 1).
3. "Bakı - 2015" Birinci Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ildə regional məktəb çempionatının keçirilmə qaydaları təsdiq edilsin (əlavə 2).
4. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, Nazirliyin bilavasitə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə "Bakı - 2015" Birinci Avropa Oyunlarına həsr olunmuş intellektual oyun üzrə 2015-ci ilin regional məktəb çempionatının 17 may 2015-ci il tarixdə keçirilməsini təmin etsinlər.
5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin və bununla bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
7. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) çempionatın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini, əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
24 aprel 2015-ci il
Azərbaycan müəllimi.- 2015.-
2 may.- S.2.