"Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin

keçirilməsi haqqında" Azərbaycan Respublikası

Prezidentinin Sərəncamının icrası barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə və "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. "Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2015-ci il tarixli, 1132 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, orta ixtisasümumi təhsil müəssisələrinin rəhbərləri:

2.1.Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər.

2.2. Görülmüş işlər barədə 15 dekabr 2015-ci ilədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

24 aprel 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 2 may.- S.2.