"Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə

xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin 

  müəyyənləşdirilməsi Qaydası"nın təsdiqi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 2.3-cü bəndinə uyğun olaraq, ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə  xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi prosesini tənzimləmək məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.26-cı və13.5-ci bəndlərini rəhbər tutaraq   

 

ƏMR EDİRƏM:

 

1. "Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. İnformasiya şöbəsinə (E.Əliyev) tapşırılsın ki, bu əmrin əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini, "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, həmçinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına  çatdırılmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

1 may 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 9 may.- S.2.