Ümumi təhsil müəssisələrinə
və
peşə liseylərinə müəllimlərin
işə qəbulunun
tənzimlənməsi barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Ümumi
təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin yerdəyişməsini
və işə qəbulunu mərkəzləşdirilmiş
qaydada, müsabiqə yolu ilə təşkil etmək məqsədilə
"Azərbaycan Respublikası Təhsil Nazirliyi
haqqında" Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini
rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil
olan ümumi təhsil müəssisələrində və
peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi
və işə qəbulu Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. 2015-2016-cı tədris ilində
ümumi təhsil müəssisələrinə və peşə
liseylərinə müəllimlərin işə qəbulunun
keçirilməsi üçün müsabiqə və
apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin (əlavə
olunur).
3. İnsan resursları şöbəsi
(F.Qədirov), İlk peşə və orta ixtisas təhsili
şöbəsi (S.Vəliyev):
3.1.
Ümumi təhsil müəssisələrindən və
peşə liseylərindən daxil olan vakant yerləri təhlil
etsinlər və müəllimlərin yerdəyişməsi və
işə qəbulu üzrə müsabiqələr
üçün iyun ayının 1-dək müvafiq qaydada
elan verilməsini təmin etsinlər;
3.2.
01-10 iyun 2015-ci il tarixlərində iş yerinin bir rayondan
(şəhər) digər rayona (şəhər) dəyişdirilməsi
üzrə, 01-15 iyul 2015-ci il tarixlərində isə müəllimlərin
işə qəbul üzrə elektron ərizələrin qəbulunu
təşkil etsinlər.
4. Təhsil sisteminin
informasiyalaşdırılması idarəsi (S.Məmmədov)
müəllimlərin yerdəyişməsi və işə qəbulu
üzrə müsabiqələrin keçirilməsi ilə
bağlı elektron proqram təminatı üzrə texniki
hazırlıq işlərinin və zəruri təşkilati
məsələlərin yerinə yetirilməsini təmin
etsin.
5. İnsan resursları şöbəsi
(F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev)
müəllimlərin yerdəyişməsi və işə qəbulu
üzrə müsabiqələrin müsahibə mərhələsində
namizədlərin təhsil sənədlərinin
yoxlanılmasını təmin etsinlər.
6. İnsan resursları şöbəsi (F.Qədirov):
6.1.
İşə qəbul üzrə müsabiqənin
keçirilməsi üçün müvafiq ixtisaslar üzrə
test tapşırıqlarının hazırlanmasını və
onların məxfiliyini təmin etsin;
6.2.
Müəllimlərin yerdəyişməsi və işə qəbulu
ilə bağlı müsabiqələrin nəticələrinin
Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini,
təsdiq olunmuş siyahıların müşayiətedici məktubla
yerli təhsili idarəetmə orqanlarına və Təhsil
Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə
göndərilməsini təmin etsin.
7. Yerli təhsili idarəetmə orqanları daxil olmuş
müraciətlər əsasında 01-10 may 2015-ci il tarixlərində
ümumtəhsil müəssisə rəhbərlərinin rəylərini
nəzərə almaqla müəllimlərin rayon (şəhər)
daxili yerdəyişməsini təşkil etsinlər.
8. Yerli təhsili idarəetmə orqanlarının, Təhsil
Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinin
və peşə liseylərinin rəhbərləri:
8.1.
2015-ci il may ayının 15-dək yeni tədris ili
üçün vakant yerlər barədə məlumatların
müəyyən edilmiş forma üzrə (forma əlavə
olunur) elektron proqram təminatına daxil edilməsini təmin
etsinlər;
8.2.
Müsabiqə nəticəsində iş yerini dəyişən
və işə qəbul olunan müəllimlərlə əmək
müqavilələrinin bağlanılmasını təmin
etsinlər;
8.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar
üzrə ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində
işə başlamış gənc mütəxəssislər
üçün əlavə güzəştlər və
stimullaşdırıcı tədbirlərin müəyyən
edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli 67 nömrəli
Qərarına uyğun həvəsləndirmə tədbirləri
tətbiq olunan yerlərə işə qəbul olunan müəllimlər
üçün ilkin yaşayış şəraitinin
yaradılmasını, nəzərdə tutulmuş əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlərin
vaxtında verilməsini təmin etsinlər;
8.4.
Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi
olaraq iş yerini dəyişən və yeni işə qəbul
olunan müəllimlər, həmçinin dərs ili
başlandıqdan sonra mövcud vakant yerlər haqqında
sentyabrın 20-dək müəyyənləşdirilmiş
formada Təhsil Nazirliyinə elektron və yazılı məlumat
təqdim etsinlər.
9. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin
İnternet saytında "Müəllimlərin işə qəbulu
üzrə müsabiqə" səhifəsində bu əmrin,
işə qəbul üzrə müsabiqədə iştirak
edən namizədlər üçün nəzərdə
tutulmuş digər məlumatların və müsabiqələrin
nəticələrinin yerləşdirilməsini, vakant yerlər
haqqında məlumatın "Azərbaycan müəllimi"
qəzetində dərc olunmasını təmin etsin.
10. Əmrin icrasına nəzarət
Aparat rəhbərinə (M.Eynullayev) həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
29 aprel 2015-ci il
Azərbaycan müəllimli.- 2015.- 9
may.- S.8.