Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan
ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə
tələbatın
müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi
və işə qəbulu
QAYDALARI
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin
29.04.2015-ci il tarixli 511 nömrəli
əmri ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1.
“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil
olan ümumi təhsil
müəssisələrində
və peşə liseylərində müəllimlərə tələbatın
müəyyənləşdirilməsi,
pedaqoji
kadrların yerdəyişməsi və işə qəbulu
Qaydaları” (bundan sonra - Qaydalar)
“Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa,
“Korrupsiyaya qarşı
mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planının təsdiq olunması
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
05.09.2012-ci il tarixli Sərəncamı,
“Dövlət
ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi
aparılan müəllimlərin dərs yükünün və
əməkhaqqının artırılması
haqqında”
Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994
nömrəli
Sərəncamına,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli
ixtisaslar
üzrə
ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumi təhsil müəssisələrində
işə
başlamış
gənc mütəxəssislər üçün əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlərin
müəyyən
edilməsi
haqqında” 14.04.2010-cu il tarixli 67 nömrəli, “Təhsil
müəssisələrinin pedaqoji
işçilərinin
dərs yükü normalarının müəyyən edilməsi
haqqında” 24.11.2010-cu il tarixli
215
nömrəli, "Mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən konkret sahələr üzrə
elektron
xidmətlər göstərilməsi Qaydaları" və
“Elektron xidmət növlərinin Siyahısı”nın
təsdiq
edilməsi haqqında” 24.11.2011-ci il tarixli 191 nömrəli qərarlarına,
Təhsil
Nazirliyinin
“Təhsil, təlim - tərbiyə müəssisələrinin
rəhbər, inzibati - təsərrüfat, tədris -
köməkçi
və digər işçilərinin tutduqları vəzifə
ilə yanaşı ixtisasları üzrə dərs
yükü
(pedaqoji
iş) aparmaları haqqında” normaların təsdiq edilməsi
ilə bağlı 26.01.1999-cu il
tarixli 59
nömrəli əmrinə uyğun olaraq
hazırlanmışdır.
1.2. Bu
Qaydalar Təhsil Nazirliyi (bundan sonra Nazirlik) sisteminə daxil
olan
ümumi
təhsil müəssisələrində (ibtidai, ümumi orta
və tam orta məktəblərində,
ümumtəhsil
internat məktəblərində və istedadlı şagirdlər
üçün məktəblər, gimnaziyalar,
liseylərdə)
və peşə liseylərində (bundan sonra - müəssisə)
müəllimlərə tələbatın
müəyyənləşdirilməsini,
müəllimlərin, digər pedaqoji işçilərin
işə qəbulunu və
yerdəyişməsini
tənzimləyir, bu sahədə təhsili idarəetmə
orqanlarının, müəssisə
rəhbərlərinin
səlahiyyət və vəzifələrini müəyyən
edir.
1.3.
Müəssisələrdə müddətsiz müqavilə
ilə işləyən müəllimlərin bir rayondan
(şəhərdən)
başqa rayona (şəhərə) yerdəyişməsi və
ixtisaslı müəllim kadrlarının işə
qəbulu
Nazirlik tərəfindən elektron proqram təminatı tətbiq
olunmaqla,
mərkəzləşdirilmiş
qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Müsabiqənin keçirilmə
vaxtı
hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək
elan edilir və bu məqsədlə
komissiyalar
yaradılır.
1.4.
Müəssisələrdə müddətsiz müqavilə
ilə işləyən müəllimlərin iş yerinin
eyni
rayon
(şəhər) daxilində dəyişdirilməsi hər
iki müəssisə rəhbərinin rəyi əsasında
tabelik
üzrə
təhsili idarəetmə orqanı tərəfindən müəyyən
edilmiş qaydada həyata keçirilir.
Yerdəyişmənin
nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik yerdəyişmənin
mövcud
qaydalara uyğunluğunu yoxlayır və müvafiq rəyini
tabelik üzrə təhsili
idarəetmə
orqanlarına təqdim edir.
1.5.
Müəssisələrdə müddətsiz müqavilə
ilə işləyən müəllimlərin iş yerinin
Nazirliyin
birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə
dəyişdirilməsi müəssisə
rəhbərinin,
həmin müəssisələrdən digər dövlət
ümumi təhsil müəssisələrinə
dəyişdirilməsi
isə tabelik üzrə təhsili idarəetmə
orqanının təqdimatı əsasında Nazirlik
tərəfindən
proqram təminatı tətbiq edilməklə müsabiqə
yolu ilə həyata keçirilir.
1.6.
İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən,
digər dövlət qurumlarının
tabeliyindəki
və özəl təhsil müəssisələrindən
müəllimlərin iş yerinin Nazirliyin
sisteminə
daxil olan ümumi təhsil müəssisələrinə və
peşə liseylərinə dəyişdirilməsi
tabelik
üzrə təhsili idarəetmə orqanının təqdimatı
əsasında Nazirlik tərəfindən proqram
təminatı
tətbiq edilməklə müsabiqə yolu ilə həyata
keçirilir.
1.7. Ali təhsilin
bakalavr, magistratura və doktorantura səviyyələrində
təhsilini
başa
vurmamış, həmçinin qeyri-pedaqoji təhsilli və
xaricdə təhsil alaraq təhsil sənədi
3
Nazirlik tərəfindən
tanınmamış şəxslərin müəssisələrə
müəllim vəzifəsinə işə qəbuluna
icazə
verilmir.
1.8.
Ümumtəhsil məktəblərinin tədris planında
“İctimai fənlər” bölməsində
nəzərdə
tutulan fənlərin tədris edilməsi üçün
xarici ölkələrdə təhsil almış müəllimlərin
saathesabı,
əvəzçilik qaydasında və ya müddətli əmək
müqaviləsi ilə işə qəbulu
qadağandır.
1.9.
Müəllimlərin yalnız fakultativ, fərdi və qrup, dərsdənkənar
məşğələlər, eləcə
də dərnək
məşğələləri üçün
ayrılmış saatlara işə qəbuluna icazə
verilmir.
1.10. Azərbaycan
Respublikasının ərazisində yerləşən
dövlət təhsil
müəssisələrində
ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz
müqavilə ilə müəllimlik
fəaliyyəti
göstərmiş və 3 ildən az müddətə
işdən ayrılmış şəxslərin yenidən
işə qəbulu
müəllimlərin
yerdəyişməsi və işə qəbulu üzrə mərkəzləşdirilmiş
müsabiqə başa
çatdıqdan
sonra, proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu
ilə həyata keçirilir.
1.11.
Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər
yalnız müsabiqədən keçdiyi
ixtisas
üzrə dərs apara bilərlər. Bu qaydalar qüvvəyə
mindikdən sonra müəssisələrə işə
qəbul
olunan müəllimlər ikinci ixtisas üzrə dərs
aparmaları üçün onların həmin
ixtisasdan
da mərkəzləşdirilmiş müsabiqədə
iştirak etməsi tələb olunur.
1.12.Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67
nömrəli
Qərarı ilə tənzimlənən həvəsləndirmə
tədbirlərinin tətbiq olunduğu müəssisədə
işləyən
gənc mütəxəssislərin nəzərdə
tutulmuş müddət başa çatanadək iş yerinin
dəyişdirilməsinə
icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici
sənədlərin surəti
təqdim
olunmaqla fərdi qaydada Nazirlik tərəfindən
baxılır. Həvəsləndirmə tədbirləri
şamil
olunan müəllimlərin iş yeri öz istəyi əsasında
dəyişdirildikdə, onlara əlavə
güzəştlər
və stimullaşdırıcı tədbirlərin tətbiqi
dayandırılır.
1.13.Müddətli
müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik
və saathesabı
qaydasında)
müəllimlərin işə qəbulu tabelik üzrə təhsili
idarəetmə orqanının rəyi nəzərə
alınmaqla
müəssisə rəhbəri tərəfindən həyata
keçirilir. Müddətli müqavilə ilə işə
qəbulun
nəticələri Nazirliyin bazasına daxil edilir. Nazirlik
işə qəbulun mövcud
qaydalara
uyğunluğunu yoxlayır və müvafiq rəyini tabelik
üzrə təhsili idarəetmə
orqanlarına
təqdim edir.
1.14.
Müəssisələrdə digər kadrların (müəllim
köməkçiləri, tərbiyəçilər,
defektîlîqlar, lîqîpedlər, istehsalat təlimi ustaları, praktik psiõîlîqlar, sîsiîlîqpedaqîqlar, məktəb
uşaq birliyi təşkilatı rəhbərləri,
mühəndis-teõniki, tədris-köməkçi
işçilər, laborantlar,
kitabxana müdiri və kitabõanaçılar) işə qəbulu və yerdəyişməsi
tabelik
üzrə təhsili idarəetmə orqanının müəyyən
etdiyi qaydada həyata keçirilir.
1.15.
Müəssisələrdə vakant olan gənclərin
çağırışaqədərki
hazırlığı üzrə rəhbər
vəzifəsinə
işə qəbul Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Rayon Dövlət
İdarəsi
(şöbəsi)
və tabelik üzrə təhsili idarəetmə orqanı ilə
razılaşdırılmaqla müəssisə rəhbəri
tərəfindən
həyata keçirilir.
1.16. Təhsil
sisteminə daxil olan xüsusi tipli ümumi təhsil müəssisələrinə
(xüsusi
məktəblər
və xüsusi internat məktəbləri, sağlamlıq
imkanları məhdud uşaqlar üçün
xüsusi
məktəblər və internat məktəbləri,
xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün
müəssisələr,
cəzaçəkmə müəssisələrindəki
ümumtəhsil məktəblərinə) müəllimlərin
və
digər
pedaqoji işçilərin işə qəbulu tabelik üzrə
təhsili idarəetmə orqanının
razılığı
əsasında,
müəssisə rəhbərləri tərəfindən təşkil
olunan müsahibə yolu ilə həyata keçirilir.
1.17. Məhkəmənin
qərarına əsasən, yaxud sağlamlığı ilə
əlaqədar pedaqoji
fəaliyyət
göstərməsi qadağan olunan şəxslər pedaqoji
işdə çalışa bilməzlər. Həmin
kateqoriyadan
olan şəxslər müəllimlərin işə qəbulu
üzrə müsabiqəyə buraxılmırlar.
1.18.
İnzibati və ya cinayət məsuliyyətinə cəlb
edilməsi ilə əlaqədar işdən
kənarlaşdırılmış
müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə
mövcud
qanunvericilik
və bu Qaydalar əsasında baxılır.
1.19.
Tabelik üzrə təhsili idarəetmə orqanları və
Nazirliyin birbaşa tabeliyində
olan təhsil
müəssisələri il ərzində işə qəbul
və işdən azad olunan, iş yerini dəyişən
müəllimlər
və digər işçilər, həmçinin yaranan
vakant yerlər haqqında məlumatları ən
geci 5
gün müddətinə Nazirliyin proqram təminatına daxil
edir. Məlumatların
düzgünlüyünə
görə tabelik üzrə təhsili idarəetmə
orqanlarının və Nazirliyin birbaşa
tabeliyində
olan təhsil müəssisələrinin rəhbərləri
qanunvericiliklə müəyyən edilmiş
qaydada məsuliyyət
daşıyırlar.
2. Müəssisələrdə
müəllimlərə tələbatın müəyyənləşdirilməsi
2.1.
Müəssisələrdə işləyən müəllimlər
arasında dərs bölgüsü “Dövlət ümumi təhsil
müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan
müəllimlərin
dərs yükünün və əməkhaqqının
artırılması haqqında" Azərbaycan
Respublikası
Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına,
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin
pedaqoji
işçilərinin
dərs yükü normalarının müəyyən edilməsi
haqqında” 24.11.2010-cu il tarixli
215
nömrəli Qərarına uyğun aparılmaqla vakant yerlər
müəssisə rəhbərliyi tərəfindən
müəyyənləşdirilir.
2.2. Dərs
bölgüsü aparılarkən müəssisədə
işləyən müəllim üçün həftəlik
1 (bir)
stavka dərs
yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3
(üç) stavkadan çox
olmamalıdır)
müəyyənləşdirilir. Vakant dərs yükü 12
saatdan az olarsa, həmin saatlar ilk
növbədə
müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş
yuxarı hədd
gözlənilməklə
bölüşdürülür. Müəssisədə hər
hansı ixtisasdan kadr olmadıqda, həmin
ixtisas
üzrə tədris planına əsasən müəyyənləşdirilmiş
həftəlik dərs yükü 12 saatadək
olduğu
halda digər müəssisələrdən əvəzçiliklə
və ya saathesabı qaydasında müəllim
dəvət
olunması məsələsinə baxılır, bu
mümkün olmadıqda həmin dərs saatları vakant
hesab
olunur və müsabiqəyə çıxarılması
üçün təqdim edilir.
2.3. Bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
keçirilmiş müəllimlərin
dərs
bölgüsü aparılarkən müəssisələrdə
işləyən müəllim üçün həftəlik
1 (bir) stavka dərs
yükü
18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan
çox olmamalıdır)
müəyyənləşdirilir.
Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk
növbədə
müəssisənin
müəllimləri arasında, müəyyənləşdirilmiş
yuxarı hədd gözlənilməklə
bölüşdürülür.
Müəssisədə hər hansı ixtisasdan kadr
olmadıqda, həmin ixtisas üzrə tədris
planına
əsasən müəyyənləşdirilmiş həftəlik
dərs yükü 18 saatadək olduğu halda digər
müəssisələrdən
əvəzçiliklə müəllim dəvət
olunması məsələsinə baxılır, bu
mümkün
olmadıqda
həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə
çıxarılması üçün
təqdim
edilir.
2.4.
Çalışmanın yaş həddinə
çatmış müəllimlərin əmək müqaviləsinin
müddəti
Azərbaycan
Respublikasının Əmək Məcələsinin 10-1-ci
maddəsi və Nazirliyin
15.07.2011-ci
il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş
tələblər və meyarlar
6
(son 1 ildə
haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi;
elmi dərəcə və ya
elmi
adının olması; dövlət təltifi ilə təltif
edilməsi; attestasiyadan 2 dəfə
müvəffəqiyyətlə
keçməsi; “Ən yaxşı müəllim” müsabiqəsinin
qalibi olması; müəssisədə
ixtisaslı
kadr olmadıqda və ya işçini başqa işçi
ilə əvəz etmək mümkün olmadıqda;
səhhəti
vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi
kollektivdə və cəmiyyətdə
nüfuza
malik olması) gözlənilməklə müəssisə rəhbəri
tərəfindən hər dəfə 1 il olmaqla 5
ildən
çox olmayaraq uzadıla bilər.
2.5.
Çalışmanın yaş hədinə
çatmış işçilərlə əmək
müqaviləsinin 5 ildən artıq
müddətə
uzadılması Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 31.10.2011-ci il
tarixli 180
nömrəli Qərarı ilə müəyyənləşdirilmiş
meyarlar gözlənilməklə tabelik üzrə
idarəetmə
orqanının razılığı əsasında müəssisə
rəhbəri tərəfindən həyata keçirilir.
2.6. Sosial
məzuniyyətdə olan müəllimlərə hər dərs
ilinin əvvəlində tarifləşmə
cədvəlində
həftəlik dərs yükü ayrılır və əmrləşdirilir.
Sosial məzuniyyətdə olan
müəllimin
yerinə müddətli əmək müqaviləsi ilə
işə götürülən işçilərə həmin
dərs yükü
verilir və
tarifləşmə cədvəlində qeyd edilir. Müddətli
əmək müqaviləsi bağlanmış işçi
ilə
əmək
müqaviləsi sosial məzuniyyətdə olan müəllim
işə qayıtdığı gündən ləğv
edilir.
2.7.
Ümumi təhsil müəssisələrinin ibtidai siniflərində
müəllimlərin iki sinif
komplektində
dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda təhsil
müəssisələrinin
təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin
iki sinif komplektində
dərs
aparmasına təhsili idarəetmə orqanı tərəfindən
razılıq verilir.
2.8.
İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya
və təsviri incəsənət
dərsləri
ibtidai sinif müəllimlərinin özləri tərəfindən
tədris edilir. İbtidai sinif
müəllimlərinin
yazılı razılığı əsasında həmin dərslərin
ixtisas müəllimləri tərəfindən
tədrisinə
icazə verilir. İbtidai siniflərdə xarici dil və
informatika fənləri ixtisaslı kadrlar
tərəfindən
tədris edilir. Kadr olmadığı halda, informatika fənni
ibtidai sinif müəllimi
tərəfindən
tədris oluna bilər.
2.9.
Müəllimlərin yeni tədris ili üçün dərs
yükü müəssisə rəhbəri tərəfindən
müəllimlər
əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir
və onlara bu barədə
məlumat
verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində,
bir qayda olaraq, sabit
saxlanılır.
3. Müsabiqənin keçirilməsi
3.1.
Müəllimlərin iş yerinin dəyişdirilməsi və
işə qəbulu 3 mərhələdən ibarət
olmaqla
(elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi,
test imtahanı və
müsahibə)
müsabiqə yolu ilə həyata keçirilir.
3.2.
İş yerinin dəyişdirilməsi müsabiqəsində
yalnız müəssisələrdə müddətsiz
müqavilə
əsasında müəllim işləyənlər
iştirak edə bilərlər.
3.3.
İşə qəbul üzrə müsabiqədə
yalnız ali və orta ixtisas təhsili müəssisələrini
pedaqoji
ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli
təhsil sənədi (diplom) almış
işləməyən,
eləcə də müəssisələrdə müddətli
əmək müqaviləsi ilə işləyən müəllimlər
iştirak
edə bilərlər.
3.4.
Müsabiqənin I mərhələsində (elektron ərizədəki
göstəricilərin
qiymətləndirilməsi)
namizədin ərizədə qeyd etdiyi şəxsi, təhsil
və iş təcrübəsi haqqında
məlumatlar
yoxlanılır. Elektron ərizədə qeyd edilən məlumatların
düzgünlüyünə görə
ərizəçi
məsuliyyət daşıyır.
3.5.
Müsabiqənin II mərhələsində (test imtahanı)
hər bir namizədə onun ixtisası
üzrə
ümumtəhsil məktəblərinin fənn
proqramının məzmununa, metodika və təlim
strategiyalarına,
məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti,
sualların sayı və
müvafiq
keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.
3.6. Test
imtahanının nəticələri nəzərə
alınmaqla namizədlərin vakant yerlərə
yerləşdirilməsi
seçim ardıcıllığı gözlənilməklə
aparılır. Hər hansı ixtisas üzrə bir vakant
yerə
iki və daha artıq sayda eyni bal toplamış namizəd
olduqda, müsabiqə komissiyası
namizədin
elektron ərizəsindəki göstəricilərini
araşdırmaqla müvafiq qərar qəbul edir.
3.7.
Müsabiqənin III mərhələsində (müsahibə)
test imtahanlarının nəticələrinə
əsasən
vakant yer tutmaq hüququ qazanmış namizədlərin
peşəkar kompetensiyaları,
şəxsi
keyfiyyətləri və ümumi dünyagörüşü
müsahibə proqramına uyğun olaraq
yoxlanılır.
Müsahibəyə çağrılan namizədlər tələb
olunan tarixdə şəxsi işini (elektron
ərizənin
surəti, diplom(lar) və ona əlavə(lər) (xaricdə təhsil
alanlar diplomla yanaşı
təhsil
sənədlərinin tanınmasına dair şəhadətnamə),
şəxsiyyət vəsiqəsi, sağlamlıq
haqqında
arayış, əmək kitabçası (əgər varsa) və
elektron ərizəsində göstərilən
məlumatları
təsdiq edən digər sənədlərin əsli və ya
notarial qaydada təsdiq olunmuş
surəti)
müsabiqə komissiyasına təqdim etməlidirlər.
8
3.8.
Müsabiqənin hər hansı mərhələsində namizədin
elektron ərizədəki
məlumatları
düzgün doldurmadığı və ya müsahibə
proqramının meyarlarına uyğun
olmadığı
müəyyən edilərsə, onun nəticələri ləğv
edilir.
3.9. Hər
hansı bir səbəbdən göstərilən vaxtda test
imtahanında və ya müsahibədə
iştirak
etməyənlər üçün təkrar imtahan və
müsahibə keçirilmir.
3.10.
İşə qəbul üzrə müsabiqənin nəticələrinə
görə hər bir ixtisas üzrə boş qalan
yerlər
üçün əlavə yerləşdirmə
keçirilir. Keçid balı toplayaraq seçdiyi vakant yerə
işə
qəbul
oluna bilməyən namizədlər əlavə yerləşdirmədə
iştirak edə bilərlər.
3.11.
Müsabiqənin nəticələri ilə bağlı
apelyasiya şikayətinə bütün ixtisaslar üzrə
müsabiqə
başa çatdıqdan sonra bir həftə ərzində
baxılır.
3.12.
Müsabiqənin yekun nəticələrinə əsasən
iş yerini dəyişən və işə qəbul olunan
müəllimlərin
siyahısı Nazirliyin internet saytında yerləşdirilir,
müvafiq siyahılar
müşayiətedici
məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına,
Nazirliyin birbaşa
tabeliyində
olan müəssisələrə göndərilir. Nazirliyin
göndərişi əsasında təhsil
müəssisəsinin
rəhbəri ilə müəllim arasında əmək
müqaviləsi bağlanılır və əmrlə
rəsmiləşdirilir.
4. Qaydaların pozulmasına görə
məsuliyyət
4.1.
Müəllimlərin işə qəbulu ilə əlaqədar
bu Qaydalara riayət edilməsi və kadrlarla
iş sahəsində
yol verilən nöqsanlara görə müvafiq təhsil
orqanlarının və təhsil
müəssisələrinin
rəhbərləri, habelə müsabiqə
komissiyalarının üzvləri qanunvericiliyə
müvafiq olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan müəllimi.- 2015.-
9 may.- S.8.