“Ədəbiyyat biliciləri” müsabiqəsinin

keçirilməsi Qaydaları

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin

01.05.2015-ci il tarixli, 535 nömrəli əmrinə

2 nömrəli əlavə

 

1. Müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilir. Müsabiqədə iştirak könüllü xarakter daşıyır.

2. Müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla 3 mərhələdə təşkil edilir. Müsabiqə, bir qayda olaraq, dərs ilinin noyabr ayında başlayıb aprel ayında yekunlaşdırılır. Mərhələlər həmin müddətə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

2.1. Məktəb mərhələsi – noyabr-dekabr

2.2. Rayon (şəhər) mərhələsi – yanvar-fevral

2.3. Ölkə mərhələsi – mart-aprel

3. Məktəb mərhələsi, əsasən, bədii əsər oxumağa meyilmaraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edilir.

Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırır, təəssüratlarını qısa qeyd edirlər.

Şagirdlərin cavabları məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olunur, eyni adlı əsərlər üzrə ümumiləşdirmə aparılır, daha çox əsər (VIII-IX siniflər üzrə 10-dan, X-XI siniflər üzrə 15-dən artıq) mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanır. Siyahıdakı şagirdlərin adının qarşısında mütaliə etdikləri əsərlər müəllifləri göstərilməklə qeyd olunur.

Göstərilən əsərlərin şagirdlər tərəfindən həqiqətən mütaliə olunduğunu dəqiqləşdirmək üçün zəruri hallarda işçi qrupu tərəfindən bu əsərlər üzrə müvafiq suallar hazırlanır və onların əsasında məktəbdə viktorinalar, test yoxlamaları və s. bu kimi tədbirlər təşkil olunur. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq, hər məktəbdən ən çoxu 3 (üç) nəfər şagird seçilərək onların adlı siyahısı (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) rayon (şəhər) mərhələsində iştirak üçün rəsmi qaydada təhsil şöbəsinə (idarəsinə) təqdim edilir.

4. Müsabiqənin rayon (şəhər) mərhələsi həftənin şənbə bazar günləri təşkil olunur. Bu

mərhələni keçirmək üçün təhsil şöbəsində (idarəsində) təcrübəli mütaliəsi ilə fərqlənən müəllimlərdən, bədii yaradıcılıqla məşğul olan, ictimai rəyə görə, Azərbaycan dünya ədəbiyyatına dərindən bələdliyi geniş mütaliəsi ilə fərqlənən şəxslərdən, metodist qabaqcıl məktəb kitabxanaçılarından ibarət

Təşkilat Komitəsi yaradılır. Təşkilat Komitəsinə təhsil şöbəsinin (idarəsinin) müdiri ya onun müavinisədrlik edir.

Təşkilat Komitəsi: - şagirdlər haqqında məktəblərdən daxil olan məlumatların qeydiyyatını aparır, onları siniflər üzrə

(VIII-IX, X-XI) təsnif edib ayrıca siyahılaşdırır; - müsabiqə günləri vaxtı barədə iştirakçı şagirdlərin təhsil aldıqları məktəblərə məlumat göndərir; - iştirakçı şagirdlərin oxuduqları sinif fərqini nəzərə almaqla onların Azərbaycan dünya ədəbiyyatı (klassik ədəbiyyat, XX əsr ədəbiyyatı, müasir dövr ədəbiyyatı, görkəmli ədəbi şəxsiyyətlər onların əsərləri, yaradıcılıq istiqamətlərinə görə onların müqayisəsi s.) haqqında biliklərinin aşkara

çıxarılmasına, oxuduqları bədii əsərlərin ictimai mahiyyətinin, insanların mənəvi tərbiyəsində rolunun, ədəbiyyat tarixində tutduğu real yerin hansı səviyyədə dərk olunmasına yönəlmiş, habelə həmin əsərlər onlarda əks etdirilmiş surətlər barədə müstəqil fikirlərinin öyrənilməsini əhatə edən tapşırıqların hazırlanmasını təşkil təmin edir; - tapşırıqların yoxlanması müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməsini həyat  keçirir;

- müsabiqənin qaliblərini müəyyənləşdirir onların ölkə mərhələsinə buraxılması barədə Təhsil

Nazirliyinə təqdimat hazırlayır. Təqdimata qaliblərin adlı siyahısı (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) əlavə olunur.

Tapşırıqlar 15 sualdan artıq olmamaqla 2 daha artıq variantda hazırlanmalı, hər bir sual yazılı cavablandırılmalıdır. İştirakçıların sayından asılı olaraq, tədbirin lazımi şəraiti olan 1, yaxud 2 məktəbin idman zalında keçirilməsi tövsiyə edilir. Tapşırıqların icrasına 3 (üç) saat vaxt ayrılır. Hər bir iştirakçıya sualların əhatə olunduğu vərəq tapşırıqların cavablarını yazmaq üçün şagird dəftəri paylanır.

İştirakçılar özləri haqda məlumatları (adı, soyadı, atasının adı, oxuduğu məktəb, sinif) yalnız dəftərin üstündə qeyd edirlər. Tapşırıqlar yerinə yetirildikdən sonra sədr tərəfindən müəyyən olunan Təşkilat

Komitəsinin bir neçə üzvü müvafiq qaydada şifrələmə aparır (yəni dəftərlərin üz hissəsi çıxarılır, eyni rəqəm, yaxud rəqəm-hərf birləşməsindən ibarət şifrə həm dəftərin üz hissəsində, həm içəri hissəsinin I səhifəsində yuxarıda yazılır), dəftərlərin üzlüyü tədbirin keçirildiyi məktəbin direktorunun seyfində saxlanılır, tapşırıqların icra olunduğu içlik isə yoxlayıcılara təqdim edilir. Tapşırıqların yoxlanıb qiymətləndirilməsinə 2-5 günədək vaxt ayrılır. Tapşırıqların müvafiq meyarlar əsasında qiymətləndirilməsi başa çatdıqdan sonra hər iki şifrə tutuşdurulmaqla hər bir şagirdin nəticəsi müəyyən edilir. Həmin nəticələr əsasında reytinq cədvəli tərtib olunur.

Ölkə mərhələsinə göndərilənlərin sayı rayon (şəhər) mərhələsi iştirakçılarının sayına olan nisbət əsasında müəyyənləşdirilir: - 100-dək – 1 nəfər; - 100-dən 150-dək – 2 nəfər; - 150 daha yuxarı – 3 nəfər.

5. Müsabiqənin yekun mərhələsini keçirmək məqsədilə Azərbaycan Respublikası Təhsil

Nazirliyinin əmri ilə Təşkilat Komitəsi, münsiflər heyəti işçi qrupu yaradılır. Təşkilat Komitəsi Təhsil

Nazirliyinin əməkdaşlarından, Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən QHT nümayəndələrindən, münsiflər heyəti filologiya sahəsi üzrə alim mütəxəssislərdən, təcrübəli nüfuzlu müəllimlərdən, metodistlərdən ibarət tərkibdə formalaşdırılır. İşçi qrupu Təşkilat Komitəsinin müəyyənləşdirdiyi əməkdaşlardan təşkil olunur.

Təşkilat Komitəsi müsabiqənin keçirilməsi yekunlaşdırılması, qaliblərin mükafatlandırılması ilə bağlı məsələlərin tənzimlənməsini, münsiflər heyəti işçi qrupunun fəaliyyətini təmin edir. Ölkə mərhələsinə təqdim olunan şagirdlərin rayon (şəhər) siniflər (VIII-IX, X-XI) üzrə təsnif edilib siyahılaşdırılmasını, müsabiqə prosesinə nəzarəti, tapşırıqların yığılıb şifrələnməsini münsiflər heyətinə təqdim olunmasını işçi qrupu icra edir.

Müsabiqənin yekun turu Bakı şəhərində təşkil olunur. Müsabiqənin keçiriləcəyi yeri Təşkilat Komitəsi müəyyənləşdirir. İştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazır, həm sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırırlar. Suallar Təşkilat Komitəsinin təyin etdiyi mütəxəssis¬lər tərəfindən 2 variantda hazırlanır. Hər iki tapşırıq şagird dəftərində yerinə yetirilir.

Tapşırıqları münsiflər heyəti yoxlayıb müəyyən edilmiş meyarlar əsasında qiymətləndirir. İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri maksimum 10 balla qiymətləndirilir. Hər bir iştirakçının yekun balı həmin iki tapşırığa verilən balların cəmi hesab olunur.

Müsabiqədə mükafata layiq görülənlər (I, II, III yerlər) haqqında qərar Təşkilat Komitəsi tərəfindən qəbul edilir.

Müsabiqənin rayon (şəhər) mərhələsində iştirakçılara təqdim edilən tapşırıqların qiymətləndirilməsi, əsasən, aşağıdakı meyarlar üzrə aparılır: - Azərbaycan ədəbiyyatı tarixinin dövrləri hər bir dövr üzrə görkəmli ədəbi simalar, habelə dünya ədəbiyyatının məşhur nümayəndələri haqqında təsəvvürlərin genişliyi; - Bütövlükdə ədəbiyyatın, eləcə ədəbi əsərlərin mütaliənin cəmiyyətdə insan həyatında rolu əhəmiyyəti barədə əsaslandırılmış şəxsi fikirlərin ifadə olunması; - Həyat yaradıcılıqları ilə tanış olduqları ədəbi simalara onların əsərlərinə şəxsi mövqedən yanaşılması, fərqli mülahizələrin yürüdülməsi;

- Azərbaycan dünya ədəbiyyatında ən çox sevdiyi, həyatda bənzəmək istədiyi ədəbi

qəhrəmanlar barədə şəxsi mülahizələrin yer alması; - Öz rəyinə görəƏdəbiyyatdərsliklərinə daxil edilməsi zəruri hesab olunan yazıçılar haqqında rəylərin bildirilməsi; - Ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılıq xüsusiyyətləri istiqamətlərinin oxşar fərqli cəhətlərinin qeyd edilməsi; - İfadə olunmuş fikirlərin qismən orijinal lakonik xarakter daşıması.

Müsabiqənin ölkə mərhələsində inşa yazıların qiymətləndirilməsi üçün, əsasən, aşağıdakı meyarlar tövsiyə edilir: - Mövzunun mahiyyət etibarı ilə əhatə olunması; - İnşa yazı üçün maraqlı formanın seçilməsi; - Mövzu ilə bağlı müstəqil fikir mülahizələrin əks olunması; - Mövzuya yaradıcı yanaşma, habelə təhlil, müqayisə, ümumiləşdirmə nəticəçıxarmabacarıqlarının nümayiş etdirilməsi; - Fikirlərin əsaslandırılmış, aydın, ardıcıl lakonik ifadə olunması; - Yazıda bədiiliyin təmin edilməsi.

Ölkə mərhələsi üzrə verilmiş sual-tapşırıqlar qiymətləndirilərkən isə, ilk növbədə, cavabların dəqiqliyi əhatəliliyinə, faktlara istinad edilməsinə diqqət yetirilməlidir.

 

Azərbaycan müəllimi.- 2015.- 9 may.- S.9.