Ümumi təhsil müəssisələrində ümumi orta təhsil
üzrə xüsusi nümunəli şəhadətnamə
almağa
namizəd şagirdlərin müəyyənləşdirilməsi
Qaydası
Azərbaycan Respublikası təhsil
nazirinin
01.05.2015-ci
il tarixli,
536 nömrəli
əmri ilə təsdiq edilmişdir
1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun
29.0.20- ci maddəsinə
əsasən, Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 29 aprel
tarixli, 82 nömrəli
qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında
dövlət sənədlərinin
nümunələri və
onların verilməsi
Qaydası”nın 2.3-cü bəndinə
uyğun
hazırlanmışdır və ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli
şəhadətnamə almağa
namizəd şagirdlərin
müəyyənləşdirilməsi prosesini tənzimləyir.
2. Ümumi orta təhsil səviyyəsində
oxuduğu müddətdə
nümunəvi davranışı
ilə
fərqlənən, VIII-IX siniflərdə
bütün fənlərdən
illik, eləcə də buraxılış imtahanlarından
“əla” qiymət
alan, ümumi orta təhsil haqqında şəhadətnaməyə
yazılan fənlər
üzrə yekun
qiymətlərin hamısı
“əla” olanlar xüsusi nümunəli şəhadətnamə almağa
namizəd
şagirdlər hesab edilir.
3. Xüsusi nümunəli
şəhadətnamə almağa
namizəd şagird haqqında məsələyə
sinif rəhbərinin
təqdimatı əsasında
məktəbin pedaqoji
şurasında baxılır
və müvafiq qərar
qəbul edilir.
4. Məzunlara ümumi
orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə
verilməsi məktəb
direktorunun təqdimatı
ilə məktəbin
tabe olduğu təhsili idarəetmə
orqanının əmri
ilə rəsmiləşdirilir.
5. Ümumi orta təhsil haqqında xüsusi nümunəli şəhadətnamə məzunlara
təntənəli şəraitdə
təqdim edilir.
6. Bu Qayda buraxılış
imtahanlarından azad edilən və evdə fərdi təhsilə cəlb
olunmuş məzunlara şamil edilm
Azərbaycan müəllimi.- 2015.-
9 may.- S.9.