Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta

tam orta təhsil səviyyələrinin eksternat təhsilalma

formasında vaxtından əvvəl bitirilməsi

Qaydaları

 

Azərbaycan Respublikası təhsil nazirinin

01.05.2015-ci il tarixli, 537 nömrəli

əmri ilə təsdiq edilmişdir

 

1. Bu QaydalarTəhsil haqqındaAzərbaycan Respublikası Qanununun 1-ci

maddəsinin 1.0.39-cu bəndinə uyğun olaraq hazırlanmışdır ümumi təhsil pilləsinin

ibtidai, ümumi orta tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi

qaydalarını tənzimləyir.

2. Ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai

təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil

olunur.

3. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil

səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

4. Qeyd edilən təhsil səviyyələrini vaxtından əvvəl bitirmə təcrübəsinin tətbiqi

istedadlı şagirdlərin aşkara çıxarılması onların təhsil əməyinin qiymətləndirilməsi

istiqamətində həyata keçirilən tədbirlərdən biri hesab olunur.

5. Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən

başlıca keyfiyyətlər aşağıdakılardır:

5.1. Fiziki sağlamlıq psixoloji dayanıqlıq.

5.2. Qeyri-standart düşünmə. 5.3. Tədris materiallarını asan şüurlu mənimsəmə. 5.4. Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə. 5.5. Xarici dili sərbəst öyrənmə. 5.6. Aydın, rabitəli nitq çevik təfəkkür.

6. Şagirdin bu ya digər təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə

məsələ hər il dekabr ayından gec olmayaraq qaldırılır.

7. Şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə məsələyə

Pedaqoji Şurada baxılması üçün ibtidai təhsil səviyyəsi üzrə sinif müəllimi məktəb

psixoloqu, yuxarı təhsil səviyyələri üzrə isə müvafiq fənn müəllimləri (dil-ədəbiyyat,

xarici dil, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika) məktəb

psixoloqu məktəbin direktoruna əsaslandırılmış birgə təqdimat ünvanlayırlar.

Övladının müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi haqda məsələ

valideynin (digər qanuni nümayəndənin) iştirakı ilə pedaqoji şurada müzakirə olunub

müvafiq qərar qəbul edilir.

8. Şagirdin hər hansı bir təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə

pedaqoji şurada müsbət qərar qəbul edilərsə, həmin qərardan çıxarış, habelə, uşağın

fiziki inkişafının normal olduğunu təsdiq edən yerli tibb müəssisəsi tərəfindən verilmiş

arayış məktəbin direktorunun müvafiq məzmunda müşayiət məktubu ilə yerli təhsili

idarəetmə orqanına təqdim olunur.

9. Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar əmrlə mütəxəssislərdən

ibarət komissiya təşkil edir. Komissiyanın tərkibinə fənn müəllimləri, məktəb

psixoloqları, səriştəli metodist məktəb rəhbərləri daxil olunur. Şagirdin təhsil aldığı

məktəbin pedaqoji işçilərindən komissiyanın tərkibinə daxil edilməsi yolverilməzdir.

10. Komissiya şagirdin növbəti sinifdə təhsil almasını şərtləndirən hazırlıq

səviyyəsini aidiyyəti fənlər üzrə tərtib olunmuş suallar, eləcə müsahibələr əsasında

yoxlayıb onun müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirib növbəti sinifdə təhsil

ala bilməsi imkanları barədə əsaslandırılmış pedaqoji-psixoloji rəy hazırlayır. Rəy

komissiya üzvlərinin hər biri tərəfindən imzalanır.

11. Yoxlamanın nəticəsi müsbət olduğu halda, komissiyanın rəyinin bir nüsxəsi

yerli təhsili idarəetmə orqanının rəhbərinin məktubu ilə Təhsil Nazirliyinə göndərilir.

12. Şagirdin ümumi hazırlıq səviyyəsi, psixoloji dayanıqlığı, idraki inkişafı

müəyyən olunmuş vaxtda Təhsil Nazirliyinin təyin etdiyi mütəxəssislər qrupu

tərəfindən təkrar araşdırılır yekun rəy Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edilir.

Həmin rəyə görə, şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi tövsiyə

olunursa, bu barədə aidiyyəti yerli təhsil idarəetmə orqanına məktub göndərilir. Həmin

məktub əsasında şagirdin ikinci yarımildən etibarən növbəti sinifdə təhsilini davam

etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır

məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

13. Ümumi orta tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin

müvafiq olaraq VIII X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları

qiymətlər hesab olunur.

14. Birbaşa Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyan

istedadlı şagirdlərin vaxtından əvvəl müvafiq təhsil səviyyəsinin bitirməsi barədə

Pedaqoji Şura müsbət qərar qəbul etdiyi halda, buQaydalar”ın 8-ci bəndində

göstərilən sənədlər bilavasitə Nazirliyə göndərilir

 

Azərbaycan müəllimi.- 2015.- 9 may.- S.9.