Azərbaycan Dövlət Neft Akademiyası
"Mənim
universitetim" layihəsinin budəfəki hədəfi
Azərbaycan
Dövlət Neft Akademiyasıdır (ADNA)
1887-ci
ildə Bakı şəhər duması tərəfindən
Bakıda texniki məktəbin yaradılması haqqında qərar
çıxarılıb. 1896-cı ildə texniki məktəb
"Bakı aşağı səviyyəli texniki məktəbə"
çevrilib. 1918-ci ildə məktəb politexnikum
adlandırılıb. 1920-ci ildə Azərbaycan İnqilab
Komitəsinin "Bakıda
politexnik institutunun yaradılması haqqında" dekreti elan
edilib. 1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan
Politexnik İnstitutu adlandırılıb. 29 may 1930-cu ildə
"Azərbaycan Politexnik İnstitutu"nun adı dəyişdirilib
və "Azərbaycan Neft İnstitutu" (ANİ) olub. Daha sonra Azərbaycan
Neft və Kimya İnstitutu (1959-1991), Azərbaycan Sənaye
Universiteti (1991-1992) və Azərbaycan Dövlət Neft
Akademiyası (1992-ci ildən) adı altında fəaliyyət
göstərən akademiya neft-qaz və digər sənaye sahələri
üçün mühəndis və elmi-pedaqoji kadrları
hazırlayır. Hazırda Azərbaycan
Dövlət Neft Akademiyasında (ADNA) bakalavriat səviyyəsində
7 fakültədə 34 ixtisas üzrə 7000 nəfər tələbə
təhsil alır. 2014/2015-ci tədris ilində ADNA-ya bakalavriat
səviyyəsinə 1655 nəfər tələbə qəbul
olunub. 2014-cü ildə ADNA-nı bakalavriat səviyyəsi
üzrə 1682 nəfər bitirib. Hazırda 4 nəfər
Prezident təqaüdçüsü təhsil alır. ADNA-nın 1461 nəfər
işçisi var. Onlardan 639 nəfəri professor-müəllim
heyətidir. Bunlardan 1 nəfər
AMEA-nın həqiqi üzvü, 3 nəfər müxbir
üzvü, 64 nəfər elmlər doktoru, professor, 380 nəfər
fəlsəfə doktoru, dosent, qalan hissəsi isə baş
müəllim, müəllim və assistentlər, 139 nəfər
elmi-hissənin, 683 nəfəri isə tədris-köməkçi
heyət və inzibati-təsərrüfat hissəsinin əməkdaşlarıdır.
Hazırda ali təhsil ocağına rektor əvəzi
olaraq tədris işləri üzrə prorektor Vaqif Qurbanov rəhbərlik
edir.
Maddi-texniki baza
Azərbaycan Dövlət Neft Akademiyasının
üç tədris və bir yataqxana binası fəaliyyət
göstərir. Əlliyə yaxın kafedra və həmin
kafedralarda profillərə uyğun olaraq 120-yə qədər
laboratoriya vardır. Dərs otaqları, dəhliz,
laboratoriya, pilləkənlər və dam örtüklərində,
7 saylı yataqxanada, kafedralarda əsaslı və cari təmir
işləri aparılıb. Təmir
olunmuş kafedralar, laboratoriyalar və auditoriyalar yeni mebel dəstləri
və parta, kompüter, proyektor, digər lazımi
avadanlıqlarla təmin olunub. 2014-cü il ərzində
180 ədəd kompüter, 110 ədəd printer, 710 monitor, 35
proyektor, 85 noutbuk alınaraq istifadəyə verilib. Kafedralarda tədris üçün kompüter sinifləri
yaradılıb, tədrisə müasir texnologiyanın tətbiqi
məqsədilə 17 ədəd interaktiv lövhə
kafedraların xüsusi auditoriyalarında
quraşdırılıb, kompüter sinifləri və
mühazirə otaqları proyektorlarla təchiz olunub. Videokonfransların keçirilməsi
üçün nəzərdə tutulmuş auditoriya
kompüter-proyektor, interaktiv lövhə ilə təchiz edilib
və statik İP ilə təmin edilərək internet şəbəkəsinə
qoşulub. Akademiyada server otağı
yaradılaraq bütün kafedra və laboratoriyalar 30 Mb sürətlə
fiber optik kabellə genişzolaqlı internet şəbəkəsinə
qoşulub. Tələbələrin internetə
çıxışını təmin etmək məqsədilə
kompüter mərkəzi yaradılıb, statik İP ilə
internet şəbəkəsinə qoşulan "Elektron"
kitabxana yaradılıb, əsaslı kitabxana və oxu zalı
Wİ-Fİ texnologiyaları internet ilə təmin edilib.
"Tələbə-məzun
dövlət elektron məlumat sistemi"nin
işini təmin etmək məqsədi ilə kompüter sinfi
yaradılmış və internet şəbəkəsinə
qoşulmuşdur. Eyni zamanda bu sistemin səmərəli
işinin təmin edilməsi üçün "Elektron tədris"
və "Qiymətləndirmə" mərkəzləri
yaradılaraq müasir İKT avadanlıqları ilə tam təchiz
edilib. ADNA əməkdaşlarının dərslik, dərs vəsaitləri,
metodiki göstəricilərinin və s. nəşr edilməsi
üçün mətbəə əsaslı təmir olunub,
müasir rizoqraf və çap qurğuları ilə təmin
edilib.
Tədris prosesini
müasir səviyyədə təşkil etmək məqsədilə
kafedralara və elmi-tədqiqat laboratoriyalarına kimyəvi
reaktivlər və yeni laboratoriya avadanlıqaları
alınaraq istifadəyə verilib.
Biznes İnkubator Mərkəzi Azərbaycanda yeni
inkişaf mərhələsinə qədəm qoyub. İnkubator mərkəzi
öz rezidentlərinə ideyalarını biznesə
çevirmək üçün xüsusi dizayn edilmiş
inkubasiya proqramı təqdim edir. Qarşılıqlı
əməkdaşlıq çərçivəsində,
inkubator mərkəzi ilə birlikdə, layihə öz
ideyasını addım-addım biznesə çevirir və
inkubasiya periodunun sonunda artıq müstəqil şirkət
kimi fəaliyyətə başlayır.
Tələbələrin asudə vaxtının səmərəli
keçirilməsi, fiziki sağlamlığını və
idmanın kütləviliyini təmin etmək məqsədi ilə
ADNA-da müasir standartlara cavab verən idman kompleksi fəaliyyət
göstərir. İdman kompleksində basketbol, həndbol,
voleybol və futbol meydançaları, o cümlədən
güləş, tennis və trenajor zallar tələbələrin
istifadəsinə verilib.
1992-ci ildə Azərbaycan Dövlət Neft
Akademiyasının nəzdində Neftin, Qazın Geotexnoloji
Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu
yaradılıb. Əsas məqsədi texnika və kimya elmləri sahəsində
fundamental, aktual elmi-tədqiqatların aparılması;
onların nəticələrinin sənayedə və tədrisdə
tətbiqi; ali məktəbin elmi, elmi-pedaqoji kadrlarının
ixtisasının magistratura, doktorantura yolu ilə
artırılması; tələbələrin, professor-müəllim
heyətinin elmi işlərin yerinə yetirilməsinə cəlb
edilməsi; ayrı-ayrı problemlər və texnikanın ən
yeni nailiyyətlərinə əsaslanan təcrübi-konstruktor
işləri aparmaq və texniki layihələr hazırlamaq; rəqabətə
cavab verə bilən elmi-tədqiqat və tədris müəssisələri,
firma və kampaniyalar ilə birlikdə beynəlxalq elmi-texniki əməkdaşlığı
genişləndirmək olan ETİ yarandığı dövrdən
bəri bu məqsədlərin əldə olunması istiqamətində
səmərəli fəaliyyət
göstərir.
Hazırda ETİ-də 11 problem laboratoriya fəaliyyət
göstərir. Bunlar neft hasilatının texnika və texnologiyası; dəniz
neft yataqlarının işlənməsi; maili və horizontal
quyuların qazılmasının texnika və texnologiyası;
neft hidravlikası; lay-karbohidrogen sistemlərinin qaz termodinamiki
tədqiqatı; quruda və dənizdə neft
avadanlıqlarının işinin etibarlılığı və
səmərəliliyi; neft emalında kataliz; kimyəvi sensorlar
və reagentlər; neft fizikası və kritik hadisələrin
termodinamikası; yeni texnologiyaların yaradılması,
yağlar və yağlı örtüklər
laboratoriyalarıdır.
İmtahan sessiyası
İmtahanlar kameralarla təchiz edilmiş auditoriyalarda
qarışıq qrup şəklində keçirilir. İmtahanı
qrupların sayı qədər nəzarətçilər
müşahidə edirlər. Nəzarətçilər
imtahanda iştirak edən fakültə qruplarının
müəllimləri deyil, başqa fakültələrdən
olan professor-müəllim heyəti olur. İmtahana
2 saat vaxt ayrılır və biletlər 5 sualdan ibarət olur.
Yazı işləri yoxlandıqdan sonra kodlar
dekanlar, yaxud dekan müavinləri tərəfindən
açılır. İmtahan
komissiyasının yay imtahan sessiyasının keçirilməsi
qaydaları haqqında verdiyi bildirişə əsasən,
ADNA-da yay imtahan sessiyası mərkəzləşdirilmiş
şəkildə həyata keçirilir. İmtahanın
vaxtları və keçiriləcək auditoriya təyin
olunaraq tələbələrə elan edilir. Suallar kafedralar qarşısında elan guşələrinə
vurulur. İmtahanı aparacaq nəzarətçilər
(professor-müəllim heyəti), qruplar məxfi
saxlanılmaqla, hansı auditoriyada olacaqları haqqında məlumatlandırılırlar.
Yazı işlərinin yoxlanması eyni vaxtda
komissiya tərəfindən təyin olunmuş bir otaqda
aparılır. Müəllimlər nəticəni
yoxlayıb qurtardıqdan sonra işləri kodların
açılması üçün ikinci komissiyaya təhvil
verirlər. İkinci komissiya tərəfindən
kodlar açılır və imtahanın nəticəsi
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinə
(İKTM) təqdim edilir. Qeyd etmək lazımdır ki, tələbənin
semestr ərzində topladığı bal
da imtahana 10 gün qalmış İKTM-ə təqdim edilir və
mərkəzdə fakültələrə təhkim
edilmiş əməkdaşlar tərəfindən bazaya yerləşdirilir.
Komissiya imtahanın nəticəsini İKTM-ə
təqdim etdikdən sonra həmin nəticələr bazaya yerləşdirilir.
İmtahanın qiymətindən narazı olan tələbələr
apelyasiya şikayəti verə bilər. Bu
zaman şikayətə apelyasiya komissiyası baxır və
müvafiq qərar qəbul edir.
Kitabxana
ADNA-nın
kitabxanası 1920-ci ildə Bakı Texniki Məktəbinin
kitabxanasının bazasında təşkil edilib. Hazırda kitabxananın kitab fondu
808219 nüsxədir və 5419 nəfər oxucusu var.
Əsaslı kitabxana oxuculara diferensial şəkildə 6
abonement, 3 oxu zalı və 6 şöbə vasitəsilə
xidmət gostərir. Nadir kitablar şöbəsi
kitabxananın əsas fondunu təşkil edir. Fondda Azərbaycan, rus, türk dillərində olan
köhnə və yeni çapdan çıxmış
kitablar var. Kitabxanaya daxil olan bütun kitablardan bir və ya iki
nüsxə mütləq həmin nadir kitablar fonduna verilir.
Həmin kitablardan ancaq kitabxananın oxu
zalında istifadə etmək mümkündür. Bu kitablardan professor-müəllim heyəti, tələbələr
istifadə edirlər. Eyni zamanda, akademiyada
müdafiə olunmuş və digər universitetlərdən
daxil olmuş dissertasiyalar və avtoreferatlar da bu şöbədə
mühafizə olunur. Fondda olan dissertasiya və
avtoreferatların elektron kataloqu da tərtib olunub.
Hazırda əsaslı kitabxana öz fondunda tarix, fəlsəfə,
iqtisadiyyat, beynəlxalq əlaqələr, menecment, informasiya
texnologiyalarının əsasları, nanotexnologiya, geologiya,
geofizika, neft və qaz quyularının, yataqlarının
axtarışı və kəşfiyyatı, petrologiya,
minerologiya, kimya, sənaye ekologiyası, elektrotexnika, elektronika,
avtomatika, neftin nəqli və saxlanılması, yanacaq-enerji
kompleksi, elektron hesablama maşınları,
proqramlaşdırma, tətbiqi riyaziyyat, elektrik stansiyaları,
standartlaşdırma və keyfiyyətin idarə olunması,
hidravlik intiqallar, neft-mədən mexanikası, əmək
mühafizəsi, istilik elektrik stansiyaları, buxar və qaz
turbinləri və s. ixtisaslarına dair XVIII əsrdən
hal-hazıra kimi nəşr edilmiş ədəbiyyatı əks
etdirir. Kitabxana 2010-cu ildən
"İrbis-64" avtomatlaşdırılmış Elektron
Kataloq və Elektron Kitabxanalar Şəbəkəsinə
qoşulub. Həmin gündən etibarən
kitabxananın fondunda olan bütun kitablar (Azərbaycan və
rus dillərində) elektron kataloqa mərhələlərlə
daxil edilir. Bu iş təzə və köhnə
kitablarla bərabər aparılır. Elektron
kataloqa texniki, bədii, ictimai-siyasi kitablar, dissertasiyalar, avtoreferatlar
daxil edilir. Eyni zamanda dövri mətbuat,
yeni qəzet məqalələri də elektron kataloq
bazasına daxil edilir. ADNA əməkdaşlarının
çap olunmuş kitablarının (662 adda) elektron
versiyası kataloqlaşdırılıb və elektron bazaya
daxil edildikdən sonra oxucuların istifadəsinə verilib.
Artıq elektron kitabxananın kataloq bazasına 21 minə
yaxın kitab, dissertasiya, avtoreferat, 4091 adda isə qəzet məqalələri
daxil edilib. Bu günlərdə əsaslı
kitabxananın internet saytı açılıb və elektron
kitabxana üçün yeni proqram təminatı
alınıb.
Elmi-tədqiqat işləri
2014-cü ildə
elmi-tədqiqat işləri 9 əsas elmi istiqamətdə və
52 mövzunu əhatə edən tədqiqatlardan ibarət olub.
Bu işlərin icrasına cəlb olunan əməkdaşların
ümumi sayı 7935 nəfər olub. Ötən ilin
sonunda isə 52 mövzu üzrə yerinə yetirilmiş
elmi-tədqiqat işlərinin hesabatlarının müzakirələri
keçirilib. ADNA-nın 2014-cü ildəki
elmi-tədqiqat fəaliyyəti haqqında hesabat və yerinə
yetirilmiş elmi-tədqiqat işlərinin mühüm nəticələri
çap olunub və elektron variantda Azərbaycan Respublikası
Təhsil Nazirliyinə göndərilib. 2014-cü ildə
ADNA ARDNŞ "Azneft" IB ilə
dəyəri 40,0 min manat həcmində olan 1 təsərrüfat
hesablı müqavilə bağlayıb. Ümumiyyətlə,
ADNA-nın əməkdaşları 59 beynəlxalq və 29
respublika səviyyəli elmi konfransda iştirak ediblər.
"Ali texniki məktəblərin xəbərləri"
jurnalında 81 məqalə çap olunub. 2014-cü ildə
ixtiraların patentləşdirilməsi üçün 7
(keçən il-2) təqdimat verilib və 4 (keçən
il-2) patent
alınıb.
Qeyd etmək
lazımdır ki, 2014-cü və 2015-ci illərdə aprel
ayında Bakıda Böyük Britaniyanın Confidence Capital
şirkətinin ADNA ilə birlikdə təşkil etdiyi ənənəvi
"Xəzər neft-qaz ticarət-nəqliyyat" beynəlxalq
konfransı, 24-25 dekabr 2014-cü ildə "Xəzər
neftqazyataq 2014" respublika səviyyəli elmi-praktik konfrans
keçirilib. 2014-cü ilin iyun ayının 3-dən
6-dək Bakı Ekspo Mərkəzində Xəzər Neft Qaz sərgisi
çərçivəsində akademiyanın tədris və
elmi-tədqiqat işlərinin nəticələrini əks
etdirən eksponatlardan ibarət stend nümayiş etdirilib və
ADNA müvafiq sertifikatla təltif edilib. ADNA öz
nümayəndələri ilə 2014-cü ilin iyun
ayının 23-dən 24 -dək Qəbələ şəhərində
keçirilən "5-ci Rusiya-Azərbaycan regionlararası əməkdaşlıq
forumu - Azərbaycan-Rusiya: energetika sahəsində əməkdaşlıq.
Nəticələr və perspektivlər"
mövzusunda "dəyirmi masa"da iştirak edib. ADNA
II Respublika müsabiqəsində "İlin patenti"
nominasiyasında iştirak etmək üçün "Benzin
fraksiyasından n-parafinlərin adsorbsiyası və onların
izomerləşdirilməsi üsulu" adlı ixtiranın sənədlərini
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və
Patent Üzrə Dövlət Komitəsinə təqdim edib və
müsabiqədə müvafiq sertifikatla təltif olunub.
AMEA-nın təşəbbüsü ilə respublikada ötən
il 10-11 noyabr tarixlərində
keçirilmiş "Bakı Elm Festifalı" çərçivəsində
noyabrın 11-də festivalın ADNA üzrə bölmə
iclası keçirilib və akademiyanın, eləcə də
digər ali məktəb alimlərinin 20-dək məruzəsi
dinlənilib.
2014-cü
ildə Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişaf Fondunun elan etdiyi "Universitet
qrantı" müsabiqəsində iştirak etmək
üçün ADNA əməkdaşları tərəfindən
6 layihə təklifi təqdim edilib. Digər tərəfdən,
gənc tədqiqatçılar üçün elan
olunmuş müsabiqəyə kimya-texnologiya fakültəsindən
1 layihə təqdim olunub. Bununla da ötən il təqdim olunmuş layihələrin ümumi
sayı 22-yə çatıb.
2014-cü
il noyabrın 21-dən 28-dək ADNA tələbələrinin
Azərbaycanda "Sənaye ili"nə həsr olunmuş
63-cü elmi-texniki konfransı keçirilib. AMEA
ilə TUBITAK arasında bağlanmış memorandum çərçivəsində
Atatürk Universiteti və ADNA arasında əlaqələr
yaradılıb və universitetlərin maraq dairəsinə
daxil olan müştərək layihələrin işlənməsi
barədə razılıq əldə olunub. İtaliyanın "Cezie" şirkəti tərəfindən
elm və təhsil sahələrində əməkdaşlıq
təklif edilib.
2014-cü ildə 6 elmi-tədqiqat işinin nəticələri
bilavasitə tədris prosesinə və istehsalata tətbiq
olunub. Elektron kitabxana fonduna hesabat ilində 78 adda material
daxil olub. Bunlara dərsliklər, dərs vəsaitləri,
laboratoriya işləri, metodik vəsaitlər, fənn
proqramları, dissertasiyalar və avtoreferatlar daxildir.
Magistratura və doktorantura
Hazırda ADNA-da 31 ixtisas və 75 ixtisaslaşmada magistr
hazırlığı həyata keçirilir. Yerli ixtisas və
ixtisaslaşmalarla yanaşı, TEMPUS və MBA proqramları
çərçivəsində də magistr
hazırlığı aparılır. 2014/2015-ci
tədris ilində əyani şöbədə ümumilikdə
711 nəfər magistrant təhsil alır. Onlardan
48-i əcnəbi tələbədir. Beynəlxalq
proqramlar üzrə təhsil alanların sayı 240 nəfərdir.
2013-cü ildən magistratura səviyyəsinə
qiyabi şöbəyə qəbulun dayandırılmasına
baxmayaraq, hazırda 138 magistrant qiyabi şöbədə təhsillərini
davam etdirir. Beləliklə, əyani və qiyabi
şöbədə təhsil alan
magistrantların ümumi sayı bu gün 849 nəfərdir. Bununla bərabər 146 magistrant da hazırda akademik məzuniyyətdədir.
2014-cü tədris ilində ADNA-nın
magistraturasını ümumilikdə ixtisaslaşmalar və
beynəlxalq proqramlar üzrə (əyani və qiyabi
şöbədə) 376 nəfər bitirərək magistr dərəcəsi
alıb. Onlardan 145 nəfəri fərqlənmə
diplomuna layiq görülüb. 2014/2015-ci tədris
ilində ADNA-nın magistraturasına 73 ixtisaslaşma üzrə
399 nəfər qəbul olunub. ADNA-nın
magistraturasına daxil olanların 176 nəfərini digər ali təhsil müəssisələrini bitirən
bakalavr məzunlar təşkil edib. 2014/2015-ci tədris ilində
ADNA-nın magistraturasına daxil olanlardan ən yüksək bal göstəricisi 136, MBA proqramına daxil
olanların orta bal göstəricisi 115, TEMPUS (Ətraf
mühit və neft sənayesi) proqramına daxil olanların
orta balı isə 108 olub.
ADNA-nın magistrantları müxtəlif səviyyəli
elmi-texniki konfranslarda mütəmadi iştirak edirlər. Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının
91-ci ildönümünə həsr olunmuş respublika ali məktəbləri magistrantlarının
elmi konfransında ADNA-nın 64 magistrantı iştirak edib. Həmçinin "Sənaye ili"nə həsr
olunmuş 63-cü elmi konfransda 83 nəfər magistrant tezis-məruzə
ilə çıxış edib. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr
olunmuş respublika ali məktəbləri
magistrantlarının may ayında nəzərdə
tutulmuş XV konfransında ADNA-nın 73 nəfər
magistrantının iştirakı gözlənilir.
Magistr hazırlığının səviyyəsinin
yaxşılaşdırılması məqsədi ilə
hazırda AMEA-nın neft-kimya prosesləri və Geologiya
institutları ilə bağlanmış müqaviləyə əsasən
təcrübələrin keçirilməsi, magistrlik
dissertasiyasının hazırlanması kimi işlər
aparılır. Uzun müddətdir ki, ADNA ilə
Qazaxıstanın Kaspi Dövlət Texnologiya və Mühəndislik
Universiteti arasında bağlanmış müqaviləyə əsasən
qazaxıstanlı magistrantların ADNA-da staj keçməsi
davam edir. 2014-cü ildən Qaraqanda Texniki
Universitetinin magistrləri də ADNA-da stajkeçməyə
maraq göstərməyə başlayıblar. Ötən
il Kaspi Dövlət Texnologiya və Mühəndislik
Universitetinin 21 nəfər magistrantı "Geologiya",
"Neft-qaz işi", "Energetika", "Kimya
texnologiyası" istiqamətləri üzrə ADNA-nın
müvafiq ixtisas kafedralarında təcrübədə olublar.
Bu ildə də Kaspi Dövlət Texnologiya və
Mühəndislik Universitetinin 16 magistrantı təcrübə
keçib və sertifikat alıb. Magistratura
səviyyəsində əməkdaşlıq ADNA-da xarici
ölkə vətəndaşlarının təhsil
almalarına marağı artırmaqdadır.
2014-cü ilin sonunda doktorantların sayı 67 nəfər
olmuşdur.
Onlardan 7 nəfəri əyani, 60 nəfəri isə qiyabi, 65
nəfər büdcə hesabına, 2 nəfər isə
ödənişli əsaslarla təhsil alır. 2014-cü ilin sonunda əcnəbi doktorantların
sayı 6 (4 - əyani, 2 - qiyabi) nəfər olub. Doktoranturanı bitirən əcnəbi
doktorantların sayı 4 nəfərdir. 2014-cü
ildə doktoranturanı 4 nəfər bitirib. 2014-cü ilin sonuna dissertantların ümumi sayı
65 nəfər olub. Xarici dissertantların
sayı 1 nəfərdir.
2014-cü ildə elmlər doktoru proqramı üzrə
dissertanturaya 4 ixtisas üzrə 7 nəfər (büdcə
hesabına) təhkim edilib. Ötən il 18
fəlsəfə doktoru və 1 elmlər doktoru elmi dərəcəsi
üzrə (15 texnika və 3 iqtisadiyyat sahəsində)
dissertasiyalar müdafiə olunub. Bundan əlavə, ADNA-nın
iddiaçıları kənar təşkilatların nəzdində
fəaliyyət göstərən
ixtisaslaşdırılmış şuralarda 1 texnika elmləri
doktoru və 7 fəlsəfə doktoru elmi dərəcəsi
üzrə (1 mexanika, 3 texnika, 1 yer elmləri və 2 kimya sahəsində)
dissertasiyalar müdafiə ediblər.
Beynəlxalq əlaqələr
ADNA bu
günə 21 ölkənin 59 ali məktəb
və təşkilatı ilə ikitərəfli əməkdaşlıq
haqqında müqavilə bağlayıb. Onların
arasında Rusiyanın, Ukraynanın, Rumıniyanın,
Qazaxıstanın, Çin Xalq Respublikasının neft-qaz
profilli universitetləri geniş təmsil olunublar. Türkiyə
Respublikası tərəfindən dəstəklənən
"Mövlana" mübadilə proqramı çərçivəsində
əməkdaşlıq edilən bir neçə ali məktəblərin sırasına Hatay
vilayətinin Antakya şəhərində yerləşən
Mustafa Kamal Universiteti də daxil olub. Bu proqramda
iştirak üçün müraciət edən müəllimlər
bir həftədən üç ayadək tərəfdaş
universitetlərdə işləyə bilər, tələbələr
üçün isə bir və ya iki semestr ərzində təhsil
almaq imkanı yaradılır. Hər iki tərəf
üçün bütün maddi xərcləri Türkiyə
hökuməti öz üzərinə götürür.
Belə ki, ötən ilin sentyabr ayında
Atatürk Universitetinin dosenti Mine Alacalı "Mövlana"
proqramı çərçivəsində geoloji-kəşfiyyat
fakültəsinin kafedralarında bir həftəlik
stajkeçmədə olub. 2015/2016-cı tədris
ilində həmin məqsədlə Atatürk Universitetinə
səfər etmək üçün iqtisadiyyat, beynəlxalq
iqtisadi münasibətlər və menecment fakültəsinin
2, geoloji-kəşfiyyat fakültəsinin 1 müəllimi
müraciət edib.
Ötən
il də ali təhsil ocağı Rusiyanın Perm Milli Tədqiqat
Politexnik Universiteti, Şimali Qafqaz Federal Universiteti (Stavropol
şəhəri), Sankt-Peterburq Dövlət Texnologiya
İnstitutu, Ukraynanın Semen Kuznets adına Xarkov Milli
İqtisad Universiteti, Çin Karamay Peşə-Texniki
İnstitutu, ABŞ-ın Cənubi Dakota Mədənlər və
Texnologiya Universiteti, "Autodesk Inc." və
"Schlumberger" şirkətləri ilə əməkdaşlıq
haqqında sazişlər imzalayıb. ADNA Avropa
Birliyinin layihələrində də fəal iştirak edir.
Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti ilə əməkdaşlıq
nəticəsində "Azərbaycan üçün mühəndis
təhsilində tədris prosesinin Bolonya prosesinə
uyğunlaşdırılması" TEMPUS layihəsi çərçivəsində
magistraturanın "Enerji menecmenti" ixtisaslaşması
üçün yeni tədris planı təsdiq olunub, ali məktəbdə
tədris prosesi üçün keyfiyyətə təminat və
attestasiya mərkəzi yaradılıb. Azərbaycanda ilk dəfə
olaraq Almaniyanın "ASIIN Consult" agentliyi 31 mart - 2 aprel
tarixlərində ADNA-da üç ixtisasın (bakalavriaturada
"Proseslərin avtomatlaşdırılması mühəndisliyi"
və "Elektroenergetika mühəndisliyi", magistraturada -
"Enerji menecmenti (Neft sənayesində)" akkreditasiyasını
həyata keçirib. Bu ixtisaslarda kadr
hazırlığının Avropa standartlarına uyğun
aparılması barədə tezliklə ADNA-ya müvafiq
sertifikatlar veriləcək. 2014-cü ildən
başlayaraq ADNA yeni "Peşəkar məqsədlər
üçün xarici dillərin tədrisi" adlı TEMPUS
layihəsində də iştirak edir. 7 xarici ölkənin
ali məktəblərini tərəfdaş
kimi birləşdirən bu layihəyə "Xarici dillər"
kafedrasının müəllimləri cəlb olunublar. Ötən
il TEMPUS xətti ilə 6 müəllim
Avstriya, Almaniya, Böyük Britaniya, Tacikistan, Estoniyada məzuniyyətlərdə
olublar.
"Biznesin idarəolunması üzrə magistrlərin
hazırlanması və professor-müəllim heyətinin təkmilləşdirilməsi"
(Master of Business Administration) MBA Proqramı üzrə
magistratura 1998-ci ildə, "Biznesin idarə olunması sahəsində
bakalavrların hazırlanması, professor-müəllim heyyətinin
və inzibati işçilərin təkmilləşdirilməsi"
("Bachelor of Business Administration") BBA Proqramı isə
2001-ci ildə ADNA və ABŞ-ın Corciya Dövlət
Universiteti tərəfindən hazırlanmış birgə
layihələrə əsasən təşkil olunub. Mütəxəssis
hazırlığı Azərbaycan təhsil
standartlarının xüsusiyyətlərini nəzərə
almaqla Corciyada istifadə olunan müvafiq tədris planları
üzrə aparılır. Fransanın
Sofiya-Antipolis və İtaliyanın Genuya universitetləri ilə
1999-cu ildən etibarən ölkə sənayesi
üçün vacib olan "Ətraf mühit və neft sənayesi"
istiqaməti üzrə birgə mütəxəssis
hazırlığı həyata keçirilir. 2001-ci ildən
Almaniya Federativ Respublikasının Zigen Universiteti ilə
"İqtisadiyyat" və "Sənayenin təşkili və
idarə olunması" ixtisasları üzrə birgə
mütəxəssis hazırlığına
başlanılıb. Hazırda sözügedən
universitetlə "Mexatronika" ixtisası üzrə
bakalavrlar hazırlanması haqqında danışıqlar
aparılır. 2014-cü ildə "Baker Hughes",
"VR", "Halliburton", "KCA Deutag",
"Schlumberger", "AMEC", "Cameron", "Fugro
Offshore Survey" şirkətlərinin nümayəndələri
ilə ADNA tələbələrinin görüşləri
keçirilib, testlər əsasında sorğulardan müvəffəqiyyətlə
keçən məzunlar iş yerləri ilə təmin
olunublar.
Xəzər
regionunda qazma işləri üzrə aparıcı yer tutan
KCA Deutag şirkəti ilə Təqaüd Proqramı çərçivəsində
birgə işlər aparılır və bu proqrama qaz-neft mədən,
neft-mexanika, energetika və istehsalat proseslərinin
avtomatlaşdırılması fakültələrinin tələbələri
cəlb olunub. Hazırda IV kursda təhsil alan
6 tələbə şirkətin təqaüdçüsüdür,
III kursun tələbələri arasında seçim
aparılır. Belə bir proqram artıq üç il "AMEC" şirkəti tərəfindən
də II kursun tələbələri üçün həyata
keçirilir. Həmin şirkətdən
kompüterlər və əlavə texniki vasitələr
alınaraq kafedra və şöbələrə paylanıb.
Bu ildən başlayaraq "Azərişıq"
Açıq Səhmdar Cəmiyyəti də təqaüd
proqramını elan edib və "Energetika" fakültəsinin
beş tələbəsini
mükafatlandırıb. Qeyd etmək lazımdır ki,
sözügedən tələbələr maddi dəstəkdən
əlavə, təhsillərini başa vurduqdan sonra iş yerləri
ilə də təmin olunurlar. Tanınmış
BP beynəlxalq neft şirkəti də 2007-ci ildən
başlayaraq "Tələbələrə dəstək
proqramı" adlı layihədə ADNA ilə əməkdaşlıq
edir. 2011-ci ildə layihəyə neft
mühəndisliyi və geologiya ixtisaslarına əlavə
neft-mexanika, energetika və istehsalat proseslərinin
avtomatlaşdırılması fakültələrinin, 2012-ci
ildə isə kimya-texnologiya fakültəsinin birinci kursuna
yüksək ballarla qəbul olunmuş tələbələri
də qoşulublar. Bu il I kursun 42 tələbəsi
sözügedən proqram çərçivəsində
mükafatlandırılıb və bu, respublika üzrə
qaliblərin 90 faizini təşkil edir.
2009-cu ildən başlayaraq BP şirkətinin top-menecerləri
və mütəxəssisləri tələbələr
üçün geologiyanın və neftçıxarmanın
müasir problemləri haqqında silsilə mühazirələr
oxuyurlar, ötən ildə də belə görüşlər
keçirilib.
Belə ki, xarici ölkə səfirləri,
şirkətlərin rəhbərləri, universitetlərin
rektorları, mətbuat nümayəndələri ilə
çoxlu sayda görüşlər keçirilib.
Çin
Xalq Respublikasının səfirliyinin dəstəyi ilə
"İnformasiya-ölçmə və kompüter
texnikası" kafedrasının müdiri, professor Rəhim Məmmədov
bu ölkədə üç həftə müddətində
keçirilən "Bulud hesablamalar və superkompüterlər
üzrə seminar"da iştirak edib. Çin hökuməti
tərəfindən
ayrılmış qrant əsasında ADNA-da
"Elektron universitet"in yaradılması nəzərdə
tutulub. "Schlumberger" şirkəti ilə
geologiya və neftçıxarma sahələrində
müasir kompüter proqramları ilə təmin olunma və
bir neçə müəllimlərin müvafiq treninq
keçməsi barədə razılıq əldə edilib.
Şirkət eyni zamanda ali məktəbdə
neft avadanlığı ilə təchiz olunmuş laboratoriya
da yaradacaq.
Ötən
ilin sentyabr ayında Anqola dövlətinin prezidenti, ADNA-nın
məzunu Joze Eduardu duş Santuşun dəvəti ilə ali məktəbin dörd nəfərdən
ibarət nümayəndə heyəti bu ölkədə
keçirilən simpoziumda iştirak edib. Vyetnamın
Hanoy şəhərində noyabr ayında keçirilmiş
konfrans-sərgiyə iki müəllim ezam olunub.
Ötən
il tələbələr müxtəlif
beynəlxalq şirkətlər və təşkilatlar tərəfindən
təşkil olunmuş tədbirlərə fəal cəlb
olunub. Belə ki, tələbələr
Qazaxıstan, Türkiyə, Avstriya, Rusiyaya ezam edilib. İl ərzində Qazaxistanın Aktau səhərində
yerləşən Kaspi Dövlət Texnologiya və Mühəndislik
Universitetinin 37 magistrantı ADNA-da stajkeçmədə
iştirak edib. ADNA-da təhsil alan
xarici tələbələr arasında Türkmənistan tələbələri
son illər sayca birinci yer tuturlar. Bu səbəbdən səfirliklə
sıx əlaqə saxlanılır, ali məktəbidə
diplomatların tələbələrlə görüşləri
keçirilib. 6-7 aprel tarixlərində Türkmənistanın
bitərəfliyinin beynəlxalq aləmdə
tanınmasının 20-ci ildönümünə və
"Sağlamlıq və xoşbəxtlik ayı"na həsr edilmiş yarış təşkil
olunmuşdu. Dövlət Miqrasiya Xidmətinin
Baş İdarəsinin rəisi ilə 20 fevral tarixində təşkil
olunmuş görüş zamanı xarici tələbələrə
ölkəmizə giriş-çıxışla
bağlı məlumat çatdırılıb. Böyük Britaniyanın Confidence Capital şirkəti
ilə birlikdə aprelin 9-10-da ulu öndər Heydər
Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr
olunmuş 8-ci beynəlxalq "Xəzər Neft-Qaz Ticarət və
Nəqliyyat Konfransı" keçirilib.
ADNA Avropa
Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi
Universitetləri Assosiasiyası və Avroasiya İpək Yolu
Universitetləri Konsorsiumunun üzvüdür.
Əcnəbi vətəndaşların
təhsili
Əcnəbi vətəndaşların təhsilinin təşkili
və idarə edilməsi məqsədilə ADNA-da 2 qurum
"Əcnəbi vətəndaşlar üçün
hazırlıq fakültəsi" (ƏVHF) və "Əcnəbi
tələbələrlə iş" üzrə dekanlıq
(ƏTİ) fəaliyyət göstərir. 2013/2014-cü
tədris ilində ƏVHF-də dünyanın 10 ölkəsindən
76 nəfər olmaqla (Türkiyə-2, İran-3, Türkmənistan-35,
Suriya-1, Çin-26, Yəmən-1, Yunanıstan-1,
Əfqanıstan-1, Danimarka-1, Rusiya-4) əcnəbi vətəndaş
mühəndis ixtisası üzrə təhsil alıb.
2013-2014-cü tədris ilində ADNA-nın əsas ixtisas
fakültələrində dünyanın 17 ölkəsindən
425 nəfər (Türkiyə-46, Çin-127, İran-9,
Türkmənistan-155, Yəmən-1, İraq-9, Pakistan-3,
Rusiya-15, Sudan-1, Suriya-19, Danimarka-1, Nigeriya-1, Qazaxıstan-5,
Özbəkistan-1, Gürcüstan-1, Ukrayna-1, Vyetnam-29) təhsil
alan əcnəbi vətəndaşdan 368 nəfər
bakalavriatura, 46-sı magistratura, 11 nəfər isə
doktorantura səviyyələrində təhsil alıb. 2014/2015-ci tədris ilində ADNA-nın əsas ixtisas
fakültələrinə dünyanın 10 ölkəsindən
108 nəfər (Çin-54, Türkmənistan-40,
Əfqanıstan-1, Türkiyə-3, İran-2, Yunanıstan-1,
Suriya-1, İraq-1, Yəmən-1, Rusiya-4) əcnəbi vətəndaş
qəbul olunub.
Tələbə Həmkarlar
İttifaqı Komitəsi
THİK tələbələrin
tədris, tərbiyə, elmi fəaliyyətlərinin
artırılması, sosial-iqtisadi problemlərinin həlli,
onların hüquqlarının qorunması, asudə
vaxtlarının səmərəli təşkili,
dünyagörüşlərinin artırılması, idmana və
başqa dərnəklərə cəlb olunması, müsabiqələrin,
seminarların, festvalların, toplantıların, sərgilərin,
"dəyirmi masa"ların, təlim kurslarının,
diskussiya klublarının, görkəmli şəxslərlə
görüşlərin təşkil edilməsi istiqamətində
fəaliyyət göstərən tələbə təşkilatdır.
Tələbələrin yay istirahətlərinin
təşkili də THİK-nin fəaliyyəti çərçivəsindədir.
Hər ilin yay aylarında tələbələrin
müraciətlərini nəzərə alaraq təşkilat,
akademiyanın Nabranda yerləşən "Şəfa"
istirahət zonasına göndəriş verir. Tədris müddətində Azərbaycanın
müxtəlif rayonlarına qısamüddətli ekskursiyalar təşkil
olunub. Ötən il ərzində
1000-dən çox tələbəyə asudə
vaxtlarını səmərəli keçirmək
üçün konsertlərə, teatrlara və kinolara biletlər
alınaraq paylanılıb. Fakültələrdə
şəhidlərin xatirəsinə həsr olunan gecələr
keçirilir.
Qış və yay imtahan sessiyaları dövründə
THİK bilavasitə imtahanların gedişinə nəzarətdə
iştirak edir.
Təşkilatın fəaliyyətini
günün tələbləri səviyyəsində qurmaq
üçün tələbələr arasında sorğu
keçirilir, sorğu nəticəsində bildirilən irad və
təkliflər THİK-nin rəyasət heyətində
müzakirə edilir və lazımi qərarlar qəbul olunur.
THİK-nın ADNA-da apardığı fəaliyyət
istiqamətlərindən biri də tələbələrin mədəni
kütləvi tədbirlərə cəlb olunmasıdır. Burada 100-dən
çox tələbənin birləşdiyi "Gənclik"
mahnı və rəqs ansamblı fəaliyyət göstərir.
Ansambl istər ölkədaxili, istərsə də
beynəlxalq festivallarda bir çox uğurlar əldə edib.
Bunlara misal olaraq ali məktəb tələbələrinin
özfəaliyyət kollektivlərinə baxış
müsabiqəsində "Gənclik" ansamblı artıq
neçə ildir ki, I yerə layiq görülür. Beynəlxalq
festivallara gəldikdə isə ötən il
"Gənclik" ansamblı Türkiyənin Girəsun, Bursa
və Samsun şəhərlərində keçirilən beynəlxalq
festivallarda iştirak edərək Qran-pri mükafatına layiq
görülüb. Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin təşkil etdiyi özfəaliyyət
kollektivlərinə baxış festivalında I yer tutub.
THİK teatr klubunun uşaqlar və qocalar evində təşkil
etdiyi xeyriyyə konsertlərini, festivalları, bayram tədbirlərini
də qeyd etmək lazımdır.
THİK təşkilati işlərlə yanaşı, həm də tələbələrin təhsili və onlar arasında maarifləndirmə işinin aparılması, liderlik xüsusiyyətlərinin aşkar edilib formalaşdırılması, natiqlik bacarığının təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görüb. Belə ki, bu işlərə akademiya daxilində keçirilən və peşəkar təlimçilərin dəvət olunduğu liderlik təlimlərini, natiqlik bacarığının inkişafı istiqamətində təşkil edilən Azərbaycan Dövlət Neft Akademiyasının Debat Klubunu, İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən "Breyn-rinq" və "Kim? Harada? Nə zaman?" intellektual oyunlarını aid edə bilərik.
İdman
uğurları
THİK-nın iş planına müvafiq olaraq hər il 2 dəfə 12 idman növü üzrə spartakiada təşkil olunur. Spartakiadaya 1500 nəfərdən çox tələbə qoşulub. Keçirilən yarışlarda gənclərin idmana marağını artırmaq məqsədi ilə hər idman növü üzrə 1, 2 və 3-cü yerləri tutan tələbələrə pul mükafatları, medallar və kuboklar təqdim olunub. Ötən il komanda idman növləri üzrə akademiyanın futbol komandası ATİAHİ Respublika Komitəsinın təşkil etdiyi yarışda II yer, Təhsil Nazirliyinin təşkil etdiyi "Təhsil kuboku"nda III yer, YAP Nəsimi rayon təşkilatının keçirdiyi turnirdə I yer, Gənclər və İdman Nazirliyinin ali məktəb tələbələri arasında keçirdiyi çempionatda II yer tutub. Basketbol və voleybol komandası II yerə, həndbol komandası isə III yerə layiq görülüb.
Ali məktəb tələbələri
arasında keçirilən üzgüçülük
yarışında akademiyanın tələbələrindən
ibarət yığma komandası I yeri tutub. Şahmatçı oğlan və
qızlardan ibarət komanda son universiadada II yeri tutub.
Stolüstü tennis komandası ali məktəb
tələbələri arasında yarışda III yerin sahibi
olub.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.6-7.