Onlar bizi I Avropa
Oyunlarında təmsil edəcək
Təhsil Nazirliyi nəzdində
fəaliyyət göstərən
idman məktəblərindən
I Avropa Oyunlarında iştirak edəcək idmançılar
ALEKSANDRA YEVGENİYEVNA BİRYUKOVA
1993-cü il noyabrın 18-də
Bakı şəhərində
anadan olub. Orta təhsillidir. 2008-ci ildən atletika ilə məşğul olur. Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi-müəllim Ziyad Xəlfəyevin rəhbərliyi
altında atletikanın
hündürlüyə tullanma
növü üzrə
məşq edir. Ötən il atletika üzrə Azərbaycan çempionatında
iştirak edərək
hündürlüyə tullanma
üzrə 1,70 m nəticə göstərib
və I yeri tutub. Azərbaycan Kuboku yarışlarında
da 1,63 m nəticə ilə I olub. 2014-cü il fevralın 17-də Gürcüstanda
keçirilən Qafqaz
Kuboku yarışlarında
1,63 m nəticə ilə I yerə çıxıb.
EYYUB AKİF OĞLU BAYRAMOV
1992-ci il yanvarın
17-də Bakı şəhərində
anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. 2007-ci ildən atletika ilə məşğul olur. Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi
Aqil Paşayevin rəhbərliyi altında
atletikanın hündürlüyə
tullanma növü üzrə məşq edir. Atletika üzrə Azərbaycan
çempionatında və
açıq Gürcüstan
çempionatında iştirak
edib. Azərbaycan
çempionatında hündürlüyə
tullanma üzrə 2,12 m, Gürcüstan çempionatında isə
2,10 m nəticə göstərib.
KAMRAN XEYRƏDDİN OĞLU
ƏSGƏROV
1993-cü
il martın
21-də Bakı şəhərində
anadan olub. Orta təhsillidir. 2009-cu ildən idmanın atletika növü ilə (əsasən sprint
estafet qaçışı)
məşğul olur.
Hazırda Bakı şəhər
5 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi-müəllim
Valentin Buliçevin rəhbərliyi altında
məşq edir.
Atletika üzrə Avropa Kubokunun mükafatçısıdır.
Həmin turnirdə
4x100 m estafet qaçışında III yerə çıxıb.
Atletika üzrə Azərbaycan çempionatında 100 m - 200 m qaçışda
I yeri tutub.
YEKATERİNA ANDREYEVNA SARIYEVA
1995-ci il dekabrın
18-də Bakı şəhərində
anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
təkmübarizlik fakültəsinin
bakalavriat səviyyəsi
üzrə II kursunda təhsil alır. 2009-cu ildən atletika
ilə məşğuldur.
Üç təkanla uzunluğa
tullanma növündə
ixtisaslaşıb. Bakı şəhər
5 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi-müəllim
Nazim İsrafilovun rəhbərliyi altında
məşq edir.
İslam Oyunlarının
qızıl, Avropa turnirinin gümüş mükafatçısıdır.
Hər iki mükafatı üç təkanla tullanma üzrə alıb.
YEKATERİNA ALEKSANDROVNA SOKOLOVA
1993-cü
il sentyabrın
9-da Bakı şəhərində
anadan olub. Orta təhsillidir. 2008-ci ildən idmanın atletika növü ilə məşğuldur.
Sprint (60 m, 100 m) qaçışı
üzrə ixtisaslaşıb.
Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi-müəllim
Elvin Əliyevin rəhbərliyi
altında məşğul
olur. Bu il fevralın 13-14 tarixlərində
keçirilən Azərbaycan
çempionatında 60 metr
qaçışda 8,91
san. nəticə göstərib. Fevralın
21-də İstanbulda keçirilən
Balkan Oyunlarında isə
60 m məsafəni 8,83
saniyəyə qaçıb.
ALYONA VİTALYEVNA SETİNA
1993-cü il martın 5-də Bakı şəhərində
anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
təkmübarizlik fakültəsinin
bakalavriat səviyyəsi
üzrə IV kursunda təhsil alır. 2007-ci ildən atletika
ilə məşğul
olur. Sprint qaçışı
(60, 100 və 200 m) üzrə
ixtisaslaşıb. Bakı
şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi-müəllim
L.Əliyevanın rəhbərliyi
altında məşğul
olur. Atletika üzrə Azərbaycan çempionatında 60 m qaçışda
7,92 san. nəticə
göstərib. Bakı
çempionatında isə
200 m məsafəyə qaçışda
nəticəsi 25,62
san. olub.
İSMAYIL MİKAYIL OĞLU
ƏLİYEV
1993-cü il fevralın 26-da Balakən rayonunda anadan olub. Orta təhsillidir.
2013-cü ildən atletika ilə məşğul olur. Bakı şəhər 5 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika
Məktəbində məşqçi-müəllim
Oktay Şahtaxtinskinin rəhbərliyi altında atletikanın
yadro itələmə növü üzrə ustalığını
artırır. Atletika üzrə
Azərbaycan çempionatında
yadronu 11 m 77 sm itələyərək II yerə
çıxıb. Azərbaycan Kuboku
uğrunda yarışda
isə 11 m 94 sm nəticə ilə III yeri tutub. Təmsil etdiyi idman növü
üzrə beynəlxalq
yarışlara da qatılır.
NƏRMİN NAZİM QIZI RAMAZANOVA
1999-cu il yanvarın 15-də Xırdalan şəhərində
anadan olub. Hazırda Xırdalan şəhər
3 nömrəli tam orta
məktəbdə təhsil
alır. VIII sinif şagirdidir. İdmanın akrobatika gimnastikası
növü ilə məşğul olur.
Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika
Məktəbində məşqçi-müəllim
İradə Qurbanovanın rəhbərliyi
altında ustalığını
artırır. Akrobatika gimnastikası
üzrə respublika çempionatında qadın
qrupunda I yeri tutub. Belarusun paytaxtı Minsk şəhərində
keçirilən beynəlxalq
turnirdə III yerə
sahiblənib, Avropa çempionatında isə
V nəticə göstərib.
ELNARƏ RASİM QIZI
ƏLİƏSGƏROVA
1990-cı
il martın
3-də Bakı şəhərində
anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin IV kursunda təhsil alır. 2013-cü ildən
yadro itələmə
ilə "Təhsil"
Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbində məşqçi
Soltan Babayevin rəhbərliyi altında
məşğul olur.
Atletikanın yadro itələmə
növü üzrə
2 qat Azərbaycan çempionudur. Beynəlxalq yarışlarda
ən yaxşı nəticəsini 2014-cü ildə
Tbilisidə komandalar arasında keçirilən
Avropa çempionatında
(VI yer) qazanıb.
AMİL FAMİL OĞLU QASIMOV
1986-cı il fevralın 8-də Gəncə şəhərində
anadan olub. 2007-ci ildə Gəncə
Dövlət Universitetinin
fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsini
bitirib. 1995-ci ildən idmanın sambo növü ilə məşğul olur. Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər
İdman Məktəbində
məşqçi-müəllim, əməkdar məşqçi
Əli Hacıyevin rəhbərliyi altında
məşq edir.
Dəfələrlə Azərbaycan çempionu
olub. 2014-cü ildə kişilər arasında Avropa və dünya çempionu adını qazanıb. 2015-ci ildə
Moskvada keçirilən
beynəlxalq turnirdə
I yeri tutub.
RÜFAT NAZİM QIZI QULİYEVA
1989-cu il iyulun 27-də Qazaxıstan Respublikasının Çimkənt vilayətində anadan olub. 2001-ci ildən idmanın stolüstü tennis növü ilə məşğul olur. 2007-ci ildə idman ustası normativini ödəyib.
2008-ci ildə Sankt-Peterburqda keçirilən Avropa çempionatında III yeri tutub. 2014-cü ildə Bakı şəhər çempionatında I, Azərbaycan çempionatında II, Azərbaycan Kuboku yarışlarında III yerə çıxıb. Həmin il Portuqaliyada Avropa çempionatında iştirak edib. Bu il Azərbaycanda keçirilən "Tor-16" turnirində I, Tehranda baş tutan 4-cü Fajr Cup qoşa yarışlarında III nəticə göstərib.
2013-cü il martın 1-dən Bakı şəhər 7 nömrəli İOEUG Tennis İdman Məktəbində məşqçi-müəllim işləyir.
RAMİL
NƏRİMAN OĞLU CƏFƏROV
1982-ci il avqustun 11-də Ermənistanın Quqark şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. 1992-ci ildən idmanın stolüstü tennis növü ilə məşğul olur. 1999-cu ildə idman ustası normativini yerinə yetirib.
1996-cı ildə ilk dəfə gənclər arasında Slovakiyada keçirilən Avropa birinciliyində iştirak edib. İranda, Türkiyədə, Rusiyada keçirilən beynəlxalq turnirlərdə mükafatçılar sırasında olub. Dəfələrlə Azərbaycan çempionu olub, Azərbaycan Kuboku yarışlarında I yerə çıxıb. Dünya və Avropa çempionatlarında iştirak edib.
Hazırda Bakı şəhər 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis İdman Məktəbində məşqçi-müəllim işləyir.
Azərbaycan müəllimi.- 2015.-
16 may.- S.4.