İbtidai siniflərdə nümunəvi riyaziyyat dərsi

 

III SİNİF

 

RİYAZİYYAT  FƏNNİ

 

Mövzu: Kütlənin ölçülməsi

Standart:

4.2.2. Kəmiyyətin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.

4.2.3. Ölçmənin dəqiqliyini aparmaq üçün daha kiçik vahidlərdən istifadə edir.

2.3.2. Kəmiyyətlər arasında əlaqəni daha asanlıqla başa düşdüyünü ifadə edir.

Məqsəd:

- kütlənin ölçü vahidlərini tanıyır;

- kütlə ölçü vahidlərinin qarşılıqlı əlaqəsindən hesablamalarda istifadə edir;

- sadə hallara uyğun əşyaların kütlələrini  təxmin edir.

İnteqrasiya:

Ana dili: 1.2. - Şagird şifahi nitq bacarığına  malik olduğunu nümayiş etdirir.

Həyat bilgisi: 2.2.3. - Verilmiş şərtlərə uyğun ailə büdcəsi tərtib edir.

Təsviri incəsənət: 2.2.2

Təlim forması:

Böyükkiçik qruplarla .

Təlim üsulu:

Beyin həmləsi, müzakirə, şaxələndirmə, təqdimat.

Resurslar:

Dərslik, dəftəri, vərəqləri.

Dərsin gedişi: Motivasiya, problemin qoyuluşu.

Salamlaşma. Ötən dərsin qısa sual-cavabla təkrarı. Motivasiya yaratmaq üçün  aşağıdakı slaydı nümayiş etdirirəm. 

Şagirdlərlə slayddakı hər bir şəkil haqqında sorğu aparıram. Məsələn,

Sual: - Sağdan birinci şəklidir?

Cavab: - Xoruz (toyuq).

Sual: - Bəs ikinci şəklidir?

Cavab: - Fil.

Sual: - Bu iki heyvandan hansı böyükdür (ağırdır)?

Cavab: - Fil.

Beləcə bütün şəkillər üzrə müqayisəli sual-cavab apardıqdan  sonra şagirdlər əllərində yoxlamaq üçün iki əşyanı tutub onların ağır-yüngüllükləri ilə bağlı fikir yürüdürlər: hansı ağırdır, hansı yüngüldür?  Əlavə suallar verirəm:

- Əşyanın materialının onun kütləsinə təsiri varmı?

- İki kisədən biri yun, digəri qumla doludur. Hansı daha ağırdır?

İki təyyarə modeli göstərirəm. Biri kağızdan, digəri isə dəmirdən hazırlanmışdır.  Sual verirəm:

- Hansı daha ağır olar: kağızdan hazırlanmış, yoxsa dəmirdən hazırlanmış?

- Bir çantada 3, digərində isə  8 eyni kitab var. Hansı çanta ağırdır? 

 Şagirdlərə aşağıdakı sualları  verməklə şaxələnmə aparıram:

- Hansı  ölçü  vahidlərini  tanıyırsınız?

- Kütlə  vahidləri  hansılardır?

- Ən  kiçik    ən  böyük  kütlə  vahidi hansıdır?

- Biz  hansı  uzunluq  ölçü  vahidlərindən istifadə  edirik?

- Standart  ölçü  vahidləri  hansılardır?

- 1 dm,  3 dm 5 sm  neçə  sm-dir?

- 1 m  neçə sm-dir?

- 1sm neçə mm-dir?  s.

- Ən  kiçik   ən  böyük  uzunluq  ölçü vahidi  hansıdır?

- Şərti  ölçü  vahidlərini  kim  sadalayar?

- Biz    zaman  şərti  ölçü  vahidlərindən  istifadə  edirik?

- Biz bu  ölçü  vahidlərini  başqa  necə  adlandıra   bilərik?

- Kəmiyyətlər  haqqında hansı  məlumatları  toplamısınız?

Şagirdlərin  cavabları:

- Kəmiyyət  alınma  sözdür.

- Ölçü  sistemi  ilk  dəfə  Fransada  yaranıb.

- Metr  yunanca  ölçü deməkdir.

- Əsas  ölçü  vahidi  metrdir.

- Metr sözünün  əvvəlinə  ön  şəkilçilər  artırmaqla metrdən  böyük    kiçik  ölçü  vahidləri  yaratmaq  olur.

Yardımçı sual:

- Əşyanın kütləsi vaxt artır?

Tədqiqat sualı:

Deyilənləri ümumiləşdirərək tədqiqat sualını bu cür qoyuram: Kütlə necə ölçülür? Kütlə ölçü vahidləri hansılardır? Çəki vahidlərini bilmək bizə üçün  bu qədər vacibdir?

Tədqiqatın aparılması:

Şagirdləri üç qrupa bölürəm.  Qruplara tapşırıq yazılmış vərəqləri verirəm. Qruplar liderlərini seçirlər. Sonra şagirdlərin müstəqil işləri təşkil olunur.

İnformasiya mübadiləsi:

Hər qrup öz işini təqdim edir.  Qrupların işləri lövhədən asılır.

İnformasiyanın müzakirəsi:

Qrupların təqdimatı  başa çatdıqdan sonra şagirdlərə sual verirəm:

1. Kütlə nədir?

2. 1 kq neçə qramdır?

3. Böyükdən kiçiyə kütlə vahidlərini söyləyin.

4. Hansı kütlə bir pomidora uyğun ola bilər: 5 kq, 50 kq, 50 q?

5. Aşağıdakı kütlələrin  hansı uyğundur?

Sonra şagirdlərin mümkün cavabları dinlənilir.

Test tapşırıqları vasitəsilə mövzunu  daha da möhkəmləndirirəm.

Nəticə ümumiləşdirmə:

Şagirdlərin cavablarından ümumi nəticəyə gəlinir ki,  əşyaların  kütlələri  tərəzi  vasitəsilə  ölçülür. Əşyaların kütləsini ölçmək üçün çəki vahidlərini bilmək lazımdır.

Sonra dərslikdəki çalışmalar yerinə yetirilir  (səh.90).

Ev tapşırığı:

Səh.90, məsələ ¹ 3.

İş dəftəri səh.86, misal ¹1- 5. 

Qiymətləndirmə:

 

Xuraman ŞABANİ,

Bakı şəhər 6 nömrəli  məktəb-liseyin ibtidai  sinif   müəllimi, 

"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 

Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.12.