Valideyn, müəllim və

abituriyentlərin nəzərinə!

 

Qəbul imtahanları ərəfəsində nələri bilmək lazımdır?

 

Ali məktəblərə qəbul imtahanlarına qısa bir vaxt qalır.  Abituriyentlər  bir neçə gündən sonra qəbul imtahanlarına girərək nəticələr qazanacaqbundan sonrakı həyatlarının istiqamətlərini az-çox müəyyən etmiş olacaqlar. Bu gənclərin əksəriyyəti sərbəst şəkildə özlərini  buya digər şəkildə bu imtahanla isbat edəcəklər. Bilik və bacarıqlarını nümayiş edərəcək,  3 saat ərzində suallara doğru cavab verməklə uğur əldə etməyə çalışacaqlar.

İmtahan  insan üçün elə bir hadisədir ki, onun adı çəkiləndə və onun haqqında düşünəndə belə  həyəcan və stres ən yaxın "dost"un olur.  Bu "dost" səni imtahan bitənə kimi, hətta nəticələr açıqlanana kimi tək buraxmaq istəməyəcək.  Bəzən isə yaxşı və ya pis nəticə əldə etdikdən sonra belə abituriyentlərimiz ciddi fizikipsixoloji narahatlıqlar keçirir, hətta xoşagəlməz hadisələr belə yaşanır.  Bütün bu yaşananlardan isə birinci növbədə abituriyentin özü olmaqla, onun ailəsi, müəllimləri və ümumilikdə cəmiyyət əziyyət çəkir.  Bəs bütün bunların baş verməməsi üçün valideynlər, müəllimlər və ətrafda olan digər insanlar nələrə diqqət etməli, abituriyentin fizikipsixi vəziyyətini necə müəyyən etməli və hansı davranışlar sərgiləməlidirlər?  Bunlarla bağlı düşüncələrimizi oxucularla bölüşmək istədik.

İlk növbədə valideyn və müəlimlər müəyyən etməyə çalışmalıdırlar ki, abituriyentdə stres psixi simptomlarla (emosional gərginlik, əhəmiyyətsiz hadisələrə qarşı reaksiya, reallığın itirilməsi, qorxu, öz üzərində nəzarətin itirilməsi və s.) və fiziki simptomlarla (bədəndə titrəmə, əl-ayaq tərləmələri, əzələ gərginliyi, təngnəfəslik, qarın nahiyəsində baş verən diskomfortlar, keyləşmə və sancma, baş ağrıları və s.) özünü büruzə verirmi?  Əgər bu tip hallar baş verirsə və bununla bağlı olaraq da çalışmaq istəməmək, həvəssizlik, özünə inamsızlıq, vaxtın düzgün bölünməməsi, ümidsizlikneqativ enerji daim abituriyentin şikayətləri olacaqbu da təbii ki, qazana biləcəyi uğurun qarşısını alacaqdır. Bütün bunlarla yanaşı valideyinin, müəllimin, ətrafdakı digər  insanların abituriyentdən yüksək gözləntilərinin olması və bunun da  sözlə və ya bədən hərəkətləri ilə nümayiş etdirmələri abituriyenti çıxılmaz vəziyyətə salacaqdır.

Bəs nə etməli? Abituriyentə pozitiv enerji verilməlidir: İstər ailədə olsun, istər məktəbdə, hamı abituriyenti həvəsləndirməli və daha yaxşı oxuması üçün pozitiv enerji verməlidir. Daim onlara təbəssüm etməli, boş vaxtlarında onlarla maarifləndirici söhbətlər aparmalı, həyatdakı bütün uğurların bu imtahandan asılı olmadığını, gələcəkdə daha gözəl günlər olacağı bildirilməlidir. Yaşanacaq bütün hadisələrin daim yaxşılığa doğru olduğu bildirilməli və onların yanında  olduğumuzu,  nəticənin necə olmasından asılı olmadan onları çox sevdiyimizi hiss etdirməliyik. Davamlı pozitv düşünməli, davranmalıyıq ki, abituriyento enerjini bizdən ala bilsin. Bəzən sözdə hər şeyin yaxşı olacağını deyirik, amma bədənimiz bütün narahatlığını və neqativliyini qarşı tərəfə əks etdirir. Uşaqlarımıza, şagirdlərimizə izah etməliyik ki, səhv etmələrindən qorxmasınlar, onlardan nəticə çıxarmağı öyrənsinlər. Ümidsizlik bizi qarşıda gözləyən uğurlarımızdan məhrum edəcəkdir. Ona görə də baş verən hər hansı bir hadisəni belə pozitiv qəbul etməli və abituriyentə də belə aşılamalıyıq.

Yuxu və istirahət rejiminə diqqət yetirilməlidir: Bəzən abituriyentlər bütün günü məktəbə, hazırlığa gedir, evdə daha çox dərs oxumağa çalışır, ayaqüstü yeməklərlə qidalanır, gec saatlarda yatır və zənn edirlər ki, daha çox uğur qazanacaqlar. Daha çox çalışmaq lazımdır, amma bunlar planlı olmalıdır. İlk növbədə nizamlı gecə yuxusu insanın növbəti gündə daha aktiv olması üçün olduqca vacibdir. Abituriyent gecə saat  23.00-dan səhər saat 06.00-a qədər yatmalıdır və bu mütəmadi xarakter daşımalıdır. Yəni bazar günü və digər önəmli (bayram, toys.) günlərdə belə istisnaların olmaması rejimin stabilləşməsini təmin edəcəkdir.

Eyni zamanda qidalanma çox önəmlidir. Abituriyentlər gün ərzində 3 dəfə güclü 3 dəfə zəif olmaqla ən az 6 dafə qidalanmalıdır. Məktəbə hazırlığa getdikləri zaman çantalarında mütləq meyvə, quru meyvə ya evdə hazırlanan buterbrod olmalıdır.  Bu gün gənclərin əksəriyyətinin ən böyük problemlərindən biri səhər yemək yeməmələridir. Təbii ki, bu da orqanizmin  normal inkişafına ciddi əngəllər törədir. Ona görə səhər yeməyi vərdişlərini formalaşdırmaq xüsusilə enerji ilə zəngin yeməklərə üstünlük verilməlidir.

Vaxt düzgün bölüşdürülməlidir: Birmənalı olaraq bilinməlidir ki, çox material oxumaq, saatlarla dərs hazırlamaq deyil, informasiyanı yadda saxlamaq mənimsəmək daha önəmlidir. Xüsusən  hazırlığa gedən abituriyentlər günün yarısından çoxunu dərsə ayırırlar. Bu dərs hazırlaşmaları plansız olduğu zaman abituriyentdə gərginliyi daha da artırır informasiyanın qəbul edilməsi mənimsənilməsi prosesi yavaşıyır. Bu hal da getdikcə abituriyentin zəifləməsinə özünəinamsızlığına gətirib çıxarır. Gün ərzində vaxt düzgün  bölüşdürülüb 6 saat dərs oxumaq daha məqbul sayıla bilər. Abituriyentə eyni zamanda təkrarlama vərdişləri texnikası öyrədilməlidir. Bəzən qəbul imtahanı zamanı abituriyent çətin sualların öhdəsindən rahatlıqla gəlməsinə baxmayaraq, asan sadə suallarda yanlışlıqlara yol verir. Bunun baş verməsinin başlıca səbəblərindən biri çətin mövzulara həddən artıq vaxtın ayrılması, asan mövzulara isə əhəmiyyət verilməməsi təkrar edilməməsidir. Mümkün olduğu qədər internet televiziyadan abituriyenti uzaq tutmaq lazımdır. Boş vaxtlarında daha çox gəzintiyə ayırıb, bol- bol oksigen qəbul etməlidirlər.

Nəticələri öncədən təxmin etməməlidir: Adətən hər kəsdə həyəcan yaradan səbəblərdən biri hadisələrin inkişaf xəttinin təsəvvür edilməsidir. Bu cür hallar gün ərzində abituriyentdə davamlı olaraq baş verir. Ətrafda olan dostları, ailə, müəllim - hər kəs imtahandan danışır. Hər kəs abituriyenti ilk gördüyü anda ona ürək-dirək verməyə çalışaraq, "səndən yaxşı nəticələr gözləyirik",  "imtahan yaxınlaşır...", "sən neçənci qrupa verirsən", "yaxşı hazırlaşırsanmı?", "bax, yaxşı oxu, bu il çətin olacaq, deyəsən", "sən gör kimin qızısan, sən universitetə girməsən..."  s. kimi sözlər işlədərək davamlı imtahan həyəcanını bilmədən olsa artırırlar. Ən çox da ailələr. "Biz boğazımızdan kəsirik səni oxuduruq", "Universitetə girməsən atanın ürəyi partlayar", "Gözümüzü sənə dikmişik", "Filankəsin oğlu instituta girdi, sən girməsən necə olar?" s. bu kimi sözlər yeniyetməlik yaşında olan abituriyenti qayğılara bürüyür. Abituriyent dərs oxumaq əvəzinə nəticələri özündə öncədən təhlil etməyə başlayır. Dərs oxuduğu yerdə ya istirahət etməli olduğu məqamda imtahanı fikirləşir, "Görəsən universitetə girə biləcəmmi...?" deyib davamlı düşünür. Bu da təbii olaraq onun psixi fiziki gərginliyinə gətirib çıxarır, dərs çalışmasına ciddi əngəllər törədir. Bunların baş verməməsi üçün imtahan nəticələri haqqında ümumiyyətlə danışılmamalıdır. Əgər söz açılsa belə, hər şeyin yaxşı olacağını, əlindən gələni edib nəticəni fikirləşməyin əhəmiyyətsiz olduğunu bildirmək lazımdır.

Zəhmət çəkmədən uğur qazanmaq mümkün deyil. Hər işdə olduğu kimi qəbul imtahanlarında da uğur qazanmaq üçün çalışımaq lazımdır. Sistemli səbirli olmaq lazımdır. "Bacara bilmərəm" ya "bacarmaz" fikirini özünə ya başqa birisinə aid etməməliyik. Hər bir insan gizli bir xəzinədir. Gələcəkdə hansı abituriyentin kim olacağını bilmək asan deyil. Bəlkə bu gün sizin övladınız, şagirdiniz gələcəkdə dünya dahisi olacaqdır. Onlara bu gündən dəstək vermək bizim mənəvi borcumuzdur.

 

Vüsal RZAYEV, 

İnsan resursları üzrə mütəxəssis

 

Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.14.