Respublika fənn olimpiada

larının nəticələri barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 2014-2015-ci tədris ili üzrə keçirilmiş məktəblilərin Respublika fənn olimpiadalarının başa çatdığını nəzərə alaraq, nəticələrin elan edilməsi və qaliblərinin mükafatlandırılması məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 8.14-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2014-2015-ci tədris ili üzrə Respublika fənn olimpiadalarının nəticələri elan edilsin (əlavə olunur).

2. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb yerlərə göndərilməsini, "Azərbaycan müəllimi" qəzetində və Nazirliyin "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.              

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

15 may 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 23 may.- S.3.