Ən yaxşı müəllimin dərs nümunəsi

 

VI SİNİF

 

COĞRAFİYA  FƏNNİ

 

Mövzu: "Dünya okeanı".

Standart. 2.1.5 Yer sətində suyun paylanmasını şərh edir.

Təlim nəticələri (məqsədlər):

1. "Dəniz", "Körfəz", "Boğaz", "Ada", "Yarımada" anlayışlarını şərh edir.

2. Coğrafi obyektləri sadalayır xəritə üzərində göstərir.

3. Dənizlərin, körfəzlərin, yarımadaların hansı okean hövzəsinə aid olduğunu müəyyən edir.

4. Xəritədə dənizləri müəyyən edir.

5. Kontur xəritədə coğrafi obyektləri qeyd edir. Böyütmək üçün seçin

İnteqrasiya: ədəbiyyat, tarix

Təlim forması:  kollektiv , qruplarla .

Təlim üsulu: "beyin həmləsi", proqnozlaşdırılmış oxu, müzakirə, kontur xəritə üzərində .

Resurs: dərslik, vərəqləri, kompüter, slaydlar, şəkillər, dünyanın Azərbaycanın fiziki xəritələri, qlobus

Dərsin gedişi: Salamlaşma. Ev tapşırığının yoxlanılması.

Bir ya bir neçə şagird əvvəlki mövzu üzrə ev tapşırıqlarının nədən ibarət olması haqqında məlumat verir, icra edilmiş tapşırıqlar təqdim edilir. Ev tapşırıqlarının yerinə yetirilməsi şagirdlərin hazırlıq səviyyəsindən asılı olaraq əvvəlki dərsin qısa sual-cavabla təkrarı da aparıla bilər.

Motivasiya: Problemin qoyulması problem-situasiya vəziyyəti yaratmaq üçün əvvəlcədən hazırlanmış slaydlar nümayiş etdirilir.

M.: -Slaydlarda verilmiş şəkillərdəki quru sahələri arasındakı fərqli cəhət nədən ibarətdir?

Ş.: -Birinci slaydda hər tərəfdən su ilə əhatə olunan nisbətən kiçik quru sahəsi (ada) təsvir olunmuşdur.

İkinci slaydda isə qurunun okeana daha çox daxil olan hissələri (yarımada) əks olunmuşdur.

M.: - 3 4-cü slaydlarda  verilmiş su hövzələrinin əsas xüsusiyyətləri nədən ibarətdir?

Ş.: - Üçüncü slaydda quru sahələrini ayıran, su hövzələrini isə birləşdirən ensiz su sahəsi ( boğaz), 4-cü slaydda isə quruya daha çox daxil olan su sahəsi (körfəz, buxta) təsvir olunmuşdur.

Tədqiqat sualı: Bu slaydlardan sonra tədqiqat sualı belə formalaşdırılır:Böyütmək üçün seçin

Dünya okeanı qurunun əsas hissələri hansılardır?

Tədqiqatın aparılması: Sinif 4 qrupa bölünür, qruplar "Neft daşları", "Abşeron", "Bosfor" "Qızılağac" adlandırılır.

Müəllimin şərhi: Şagirdlərə mətnin hissələrini proqnozlaşdıraraq oxumaq tanış olmayan coğrafi terminlərin mənasını müəyyənləşdirmək tapşırığı verilir. Mətndəki bəzi coğrafi terminlər qısa şərh edilir. Bu mərhələdə qruplara tapşırıqlar verilir, onların müstəqil işi təşkil olunur.

"Bosfor" qrupuna: Yarımkürələrin fiziki xəritəsi, atlasdan istifadə edərək Avropa sahillərini əhatə edən əsas dəniz, körfəz boğazları müəyyənləşdirin. Onların oxşar fərqli cəhətlərini təyin edin.

"Neft daşları" qrupuna: Dərsliyin mətnindən, xəritə atlasdan istifadə edərək dünyanın ən iri adalarını tapın. Adaların materiklərlə oxşar fərqli xüsusiyyətlərini Venn diaqramı ilə təsvir edin.

"Abşeron" qrupuna: Dünyanın fiziki xəritəsindən istifadə etməklə nəhəng yarımadaların yerini müəyyənləşdirib xəritədə göstərin. Ada yarımadaların oxşar fərqli xüsusiyyətlərini Venn diaqramı ilə ifadə edin.

"Qızılağac" qrupuna: Azərbaycan Respublikasının əsas ada yarımadalarını, körfəzlərini fiziki xəritədə taparaq kontur xəritədə qeyd edin. Son vaxtlar varlı ölkələrin yaratdıqları süni adalar haqqında məlumat toplayaraq şərh edin.

Məlumat mübadiləsi: Bu mərhələdə hər qrupdan bir nümayəndə qrup işini təqdim edir.

Məlumatın müzakirəsi:

Şagirdlərə müzakirə üçün yeni öyrəndikləri mövzu üzrə suallar verilir:

1.Materiklərin sahillərinin girintili-çıxıntılı olmasının coğrafi nəticələri.

2. Dünya okeanında hansı su hövzələri fərqləndirilir?

3. Dünya okeanı onun hissələrinin təsərrüfat əhəmiyyəti.

Aparılan müzakirələr əsasında nəticələr çıxarılır.

Nəticə ümumiləşdirmə: Aparılmış tədqiqat işlərinin nəticələrinə əsasən yeni əldə olunmuş biliklər belə ümumiləşdirilir:

1. Sahillərin girintili-çıxıntılı olması sahil boyunda xeyli sayda dəniz, körfəz, ada, yarımada və boğazların olmasını ifadə edir.

2. Təbii sərhədlərə malik olan dənizlər okeanın bir hissəsidir. Onlar coğrafi yerləşməsinə görə fərqlənirlər.

3. Körfəzlər və buxtalar liman şəhərlərinin və gəmiçiliyin inkişafı üçün əlverişlidir

Yaradıcı tətbiqetmə: Şagirdlər 5-ci slaydda verilmiş cədvəli dünyanın fiziki xəritəsindən istifadə etməklə tamamlayırlar.

Ev tapşırığı: Şagirdlərə internet resurslarından istifadə etməklə dünyada son vaxtlar yaradılan süni adalar (o cümlədən Xəzər dənizində), boğazların altından çəkilən nəhəng tunellər (məsələn, La-ManşBosfor boğazları altından) və s. haqqında əlavə materiallar toplamaqla təqdimat hazırlamaq tapşırılır.

Qiymətləndirmə: Şagirdlərin qiymətləndirilməsi müəyyən qiymətləndirmə meyarlarına əsaslanaraq əvvəlcədən hazırlanmış cədvəl üzrə həyata keçirilir.

  

Akif  HÜSEYNLİ,

 

Bakı şəhər Heydər Əliyev adına liseyin coğrafiya müəllimi,

"Ən yaxşı müəllim" müsabiqəsinin (2009) qalibi

 

Azərbaycan müəllimi.- 2015.- 30 may.- S.12.