Kurikulum üzrə dərs nümunəsi

 

VI SİNİF

FİZİKA FƏNNİ

 

Kurikulum üzrə təlim əzbərçiliyə deyil, həyati bacarıqlara, başlıca nəticəyə aparan yoldur. Bu yolda müəllim şagirdlərin fəaliyyət mexanizmi dəyişir. Müəllim , şagird axtarır, tədqiq edir. Müəllim şagirdləri müstəqil, yaradıcı fəaliyyətə istiqamətləndirməklə onun öz fəaliyyətinin nəticələrini qiymətləndirməyi bacaran şəxsiyyət kimi formalaşmasına bələdçilik edir. O, "Öyrənməyi öyrətmək"lə biliyi müstəqil əldə etmə bacarığı formalaşdırır.

Kurikulum üzrə təlim prosesində müəllim dərsin mövzusunu elan etmir, motivasiyanı elə qurur ki, dərsin mövzusu şagirdlərdən alınsın.

Kurikulum üzrə təlim prosesində təfəkkürün fəallaşdırılması nəticəsində biliklər daha müstəqil, sərbəst qavranılır mənimsənilir; məntiqi, tənqidi yaradıcı təfəkkür, habelə problemlərin həlli qərar qəbul edilməsi üzrə vərdişlər, elmi-tədqiqat aparmaq bacarığı formalaşdırılır; qarşılıqlı hörmət hissi əməkdaşlıq vərdişləri aşılanır; təlimin səmərəliliyi xeyli artır.

Buradan görünür ki, kurikulum üzrə dərslərin quruluşu taksonomiyanın mərhələləri üzrə aşağıdakı kimi təşkil olunmalıdır: motivasiyanın yaradılması problemin qoyuluşu; tədqiqatın aparılması; informasiya mübadiləsi; informasiya müzakirəsi təşkili; müqayisə, ümumiləşdirmə nəticə; yaradıcı tətbiqetmə; qiymətləndirmə refleksiya; evə tapşırıq.

Mövzu: "Ölçü cihazları".

Standart: 3.1.5, 3.1.2, 3.2.1.

Dərsin məqsədləri: Həyatda müxtəlif fiziki kəmiyyətləri ölçmək üçün:

* Ölçü cihazları ilə tanış olmaq;

* bu cihazların ölçü həddini, bir bölgüsünün qiymətini müəyyən etmək;

* alınan ərzağın kütləsini, avtomobilin sürətini, yolun uzunluğu, sinfin uzunluğu enini, keçən vaxtı

təyin etmək;

* temperatur, təzyiq suyun həcmini ölçmək.

Resurslar: ruletka, tərəzi, kurvimetr, odometr, menzurka, ştangenpərgar, təzyiqölçən, termometr, xətkeş, saniyəölçən, elektron tərəzisi, saat, su, kurə daşlar, sap, karandaş, işçi vərəqləri.

Təlim formaları: Əməkdaşlıq, kiçik qruplarla , cütlərlə .

Təlim üsulu: Əqli hücum, müsahibə, nümayiş, tədqiqat, yaradıcı tətbiqetmə, BİBÖ.

Dərsin gedişi. 1.Sinfin təşkili - 2 dəq.

Müəllim sinfə daxil olub, salamlaşdıqdan sonra davamiyyəti yoxlayıb, dərsdə iştirak etməyənləri qeyd edir, lazım gələrsə qısa tərbiyəvi söhbət aparır. Sinfi 4 qrupa bölür, işçi vərəqləri, fizika dərsliyi, elektron mexaniki tərəzi, çəki daşı dəsti, kütləsi təyin ediləcək cisimlər, içərisində su olan qab, menzurka, ruletka, xətkeş, termometr, saat, təzyiqölçən, kurvimetr, ştangenpərgar, odometr, saniyəölçən, bölgülü qabı kiçik qruplara paylayır.

Motivasiya problemin qoyuluşu - 5 dəq.

Bu məqsədlə sinfə aşağıdakı suallarla müraciət olunur: - Həyatda fiziki kəmiyyətləri ölçmək üçün etməliyik?

- Hansı ölçü cihazlarından istifadə etməliyik?

Bu suallara cavab vermək üçün lövhədə bir tablo asılır. Tabloda göstərilmiş böyük sual işarəsinin altında bir anlayış gizlənib. Bu anlayışı müəyyən etməkdən ötrü əvvəl bir neçə kiçik suala cavab verməliyik

 

Şükür ƏLİZADƏ,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin professoru

 

Azərbaycan müəllimi.- 2015.- 30 may.- S.12.